16 saylı Yasamal ikinci seçki dairəsinin seçicilərinin vahid seçimi Abel Məhərrəmovdur
28.10.2010 [09:23]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 16 saylı Yasamal ikinci seçki dairəsindən namizədi Abel Məhərrəmov Zahid Xəlilov 59 ünvanında yaşayan sakinlərlə görüşüb.
Seçicilərlə növbəti görüşdə “Şöhrət” ordenli akademikin Azərbaycan elminə bəxş etdiyi yeniliklərdən bəhs edən namizədin vəkili, akademik Vasim Məmmədəliyev kimya sahəsində tanınmış mütəxəssislərin yetişməsində əvəzsiz xidmətləri olan Abel müəllimin insani keyfiyyətlərindən söz açıb: “Hər kəs alim də ola bilər, cəmiyyətdə xeyirxah insan kimi də tanınar. Amma Abel Məhərrəmov kimi bəşəri dəyərləri milli-mənəvi keyfiyyətlərlə sintez edib öz şəxsiyyətində formalaşdırmaq az adama nəsib olan xoşbəxtlikdir. Onu yaxından tanıyanların hamısı üçün Abel müəllim amalına, əqidəsinə, məsləyinə sadiq bir şəxsiyyət, elm fədaisidir. Akademik kimi elmin çətin yollarında bu gün də inamla addımlayan, yaradıcı, təşəbbüskar rektor kimi nüfuz qazanan Abel Məhərrəmov təmsil olunduğu YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvü kimi, ümummilli lider Heydər Əliyev ideyalarının ardıcılı kimi özünü təsdiqləyib, Azərbaycanın yeni obrazda dünyaya tanıdılması istiqamətində yorulmadan çalışır. Dünyanın ən tanınmış universitetlərinin fəxri üzvü seçilən, beynəlxalq mükafatlara layiq görülən Abel Məhərrəmov elmə böyük töhfə verən məhsuldar alim kimi böyük nüfuz qazanıb”.
Namizədin digər vəkili, akademik Məsumə Məlikova deyib ki, Abel müəllimin bütün görüşlərdə iştirakçılara seçici kimi yox, “əziz dostlarım” deyə xitab etməsinin bir rəmzi mənası var: “ötən beş ildə Abel müəllim seçiciləri ilə o qədər səmimi olub ki, bu yaxınlıq dostluq səviyyəsinə ucalıb. Abel müəllim müasirlik, yenilik tərəfdarıdır. Dünənki təcrübəni təkmilləşdirərək sabah, gələcək üçün formalaşdıran yaradıcı, təşəbbüskar insanlardandır. Təkcə elm sahəsində yox, cəmiyyətdə qazandığı böyük nüfuza görədir ki, seçiciləri onunla görüşə belə kütləvi surətdə gəlir, ona etimad göstərəcəklərini bildirirlər. Abel müəllimin seçiciləri ilə görüşlərinin şahidi olduğum üçün əminliklə deyə bilərəm ki, harada keçirilməsindən asılı olmayaraq, onun haqqında söz demək istəyənlərin çoxluğu diqqət çəkir. Bu o deməkdir ki, millət vəkili kimi özünü doğruldan Abel müəllimin parlamentdə təkrar təmsil olunması çoxsaylı seçicilərinin istək və arzusunun ifadəsidir”.
çıxış edən namizədin digər vəkili Abuzər Xələfov vurğulayıb ki, xalqın siması onun ziyalılarıdır: “Mən əminliklə deyə bilərəm ki, Abel müəllim xalqın sözünü deyə biləcək qabiliyyətə, qətiyyətə malik insandır. Azərbaycanı belə inkişaf yolu ilə dünyaya tanıdan Ulu öndər Heydər Əliyev ideyalarına sonsuz rəğbət bəsləyən, onun inkişaf konsepsiyasını gündəlik həyatında fəaliyyət proqramı kimi həyata keçirən Abel Məhərrəmov kimi işinə məsuliyyətlə yanaşan insanlara el məhəbbəti qazandıran onların xalq üçün çalışmalarıdır. Belələri həqiqətən millət vəkili adına layiqdirlər”.
Seçicilər adından çıxış edənlər 7 noyabrda Abel Məhərrəmova səs verməklə ölkəmizi dünyada tanıdan Prezident, YAP-ın Sədri İlham Əliyevlə həmrəyliklərini növbəti dəfə təsdiqləyəcəklərini, daha qüdrətli Azərbaycan naminə birlik nümayiş etdirəcəklərini bildiriblər. Onlar Abel Məhərrəmovun yenidən millət vəkili kimi görmək istədiklərini söyləyiblər.
YAP-nın namizədi Abel Məhərrəmovun ötən beş ildə gördüyü işləri əhatə edən hesabat xarakterli çıxışı maraqla dinlənilib. Akademik deyib ki, ona etimad göstərən hər seçicinin ürəyindəki arzu və istəklər onun platformasını tamamlayacaq: “Fəaliyyət prinsipimi təmsil etdiyim YAP-ın inkişafa səsləyən “Güclü dövlət, yüksək rifah” çağırışına uyğun müəyyənləşdirəcəyəm. Hər bir təklifi, xalqın maraqlarını əks etdirən, insanlıq naminə edilən məsləhətləri gündəlik iş prinsipi kimi diqqətdə saxlayacağam. Daim sizinlə olacaq, insanların sosial müdafiəsinin təminatına yönəldilmiş islahatların aparılmasına çalışacağam”.
Sonda YAP-ın namizədi Abel Məhərrəmov seçicilərlə söhbət edib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42

