Prezident Administrasiyasında Böyük Azərbaycan Partiyasının sədri ilə görüş keçirilib
12.05.2022 [16:57]
Mayın 12-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı şöbə müdiri Ədalət Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühiti siyasi sabitliyin əsası olmaqla yanaşı, dayanıqlı inkişafı təmin edən əsas amillərdən biridir.
Vətən müharibəsi dövründə ölkədə təmin edilən siyasi və milli həmrəyliyin dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayan Ədalət Vəliyev gələcəkdə də bu istiqamətdə aparılan iqtidar-müxalifət dialoqunun davam edəcəyini söyləyib. Yeni siyasi konfiqurasiyanın inkişafı üçün bütün partiyalarla konstruktiv münasibətlərin qurulmasının çox vacib olduğu qeyd edilib. Şöbə müdiri işğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə partiya sədrlərinin birgə səfərləri barədə söz açarkən bildirib ki, belə səfərlər gələcəkdə də təşkil olunacaq.
Görüş zamanı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqunu yüksək qiymətləndirib. Azərbaycanda bütün siyasi qüvvələrin ümummilli məsələlərdə və dövlətçiliyin möhkəmlənməsində vahid güc formasında olmasının vacibliyi qeyd edilib. Bu halın həm də sağlam münasibətlərin bərqərar olmasına və siyasi mədəniyyətin yüksəlməsinə zəmin yaratdığı bildirilib. Dövlətin dialoqla bağlı bütün təşəbbüslərini dəstəklədiyini qeyd edən Elşad Musayev həmrəylik və sabitlik kimi amilləri hər bir ölkənin strateji resursu olaraq dəyərləndirib. Siyasi dialoq təcrübəsinin şaxələnməsinin dayanıqlı ənənələrin formalaşmasında əvəzolunmaz əhəmiyyətə malik olacağını vurğulayan partiya sədri bildirib ki, bu cür təcrübə mütləq şəkildə yeni uğurlu nümunələrlə zənginləşdirilməlidir. Əldə olunmuş Qələbə və ölkənin müxtəlif beynəlxalq təşəbbüsləri sayəsində Azərbaycanın dünya siyasi arenasında çəkisinin əsaslı şəkildə artığı vurğulanıb.
Digər məsələlərlə yanaşı, görüş çərçivəsində İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış ilə bağlı mövzular da geniş müzakirə olunub.
Sonda Elşad Musayev görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi partiyanın iqtidarla müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək verməyə hazır olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

