Azərbaycanın səsi Şuşadan dünyaya yayıldı
14.05.2022 [09:28]
Qarabağda muğam sədası və ermənilərin sükutu
Ümid QARA
Torpaqlarımızın işğaldan azad edilməsi təkcə ərazi bütövlüyümüzün deyil, həm də milli qürurumuzun, milli ləyaqətimizin və mənəviyyatımızın bərpasıdır. Bu gün müzəffər xalqın nümayəndələri, qalib dövlətin vətəndaşları kimi həmin qürur hissi ilə yaşayır, Zəfər tariximizin növbəti parlaq səhifələrinə şahidlik edirik. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi də bu baxımdan əlamətdar və tarixi hadisədir. Bütün dünya doğma Qarabağda xalqımızın həmrəyliyinin, dövlətimizin qüdrətinin şahidi olur. 30 ilə yaxın müddət ərzində əzəli və əbədi Azərbaycan torpağını - Əziz Şuşanı hərbi-siyasi əsarətdə saxlayan ermənilər də...
Təsadüfi deyil ki, “Xarıbülbül” festivalı Ermənistanda narahatlıq, təlaş və təşvişlə izlənilir. Bu ölkə mediası müxtəlif məsələlərə toxunur: Azərbaycanın gücündən, Ermənistanın aciz, zəif və miskin durumundan bəhs edir, xalqımızın milli qürurunu bərpa etməsindən yazır, qəzəb və tənqid oxlarını Ermənistan hakimiyyətinə, hərbi-siyasi elitasına tuşlayır. “Armenianreport” yazır: “Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Mehriban Əliyevanı Şuşaya muğam dinləməyə çağırmışdı. Mehriban Əliyeva hazırda Şuşadadır, muğama qulaq asır və həyatdan zövq alır. Bəs Akopyan özünü necə hiss edir? O, hətta sosial şəbəkədə heç nə yaza bilmir, susur”.
Bəli, “Qarabağ şikəstəsi”nin sədaları Şuşa dağlarına yayıldıqca ermənilər susur - sükuta bürünür. Mehriban xanım Əliyeva isə Şuşada nəinki muğama, hətta dünya xalqlarının folklor nümunələrinə qulaq asır. Onlar bir daha Azərbaycanın gücünə - qüdrətinə, əzminə - iradəsinə bələd olur, İlham Əliyevin sözünün imzası qədər keçərli olduğunu, söz ilə əməlin vəhdətini yaratdığını görürlər.
Yaxşı xatırlayırıq: bir vaxtlar işğalçılar Şuşada, Cıdır düzündə eyş-işrət, içki məclisləri qururdular, sərxoş halda rəqs edirdilər. Paralel olaraq Anna Akopyan Mehriban Əliyevanı Şuşaya muğam dinləməyə çağırırdı. Azərbaycan Prezidenti isə qətiyyətlə bəyan etmişdi ki, biz torpaqlarımızı azad, işğalçıları isə doğma yurd-yerlərimizdən rədd edəcəyik. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə erməni terrorçu və işğalçılarını döyüş meydanında layiqincə cəzalandırdı. Doğma torpaqlarımıza müzəffər xalq, qalib dövlət kimi qayıtdıq. 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində qeyd etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaqdır. Milli qürurumuz kimi “Xarıbülbül” festivalı da bərpa edildi - yenidən təşkil olundu. Azərbaycanın mədəniyyət paytaxtı yenə doğmalarını, qonaqlarını qarşıladı. Əziz Şuşa 12 may 2021-ci il tarixdə başlayan “Xarıbülbül” musiqi festivalına uğurla ev sahibliyi etdi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak etdilər. Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olundu, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirildi, klassik musiqi əsərləri təqdim olundu. Əsl musiqi, mədəniyyət bayramına çevrilən festivalın sonunda Cıdır düzündə hamının birlikdə “Qarabağ Azərbaycandır!” söyləməsi isə bizi müzəffər xalqın nümayəndələri, qalib dövlətin vətəndaşları kimi bir daha qürurlandırdı.
Ötən il “Xarıbülbül” musiqi festivalının açılışında çıxış edən İlham Əliyev “Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır”,- deyə vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”. Bəli, bu il 12-14 may tarixlərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi Prezidentimizin həmin fikirlərinin əyani təsdiqidir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatıldılar. Və dünya Şuşada muğamın sədasını duydu, Azərbaycan xalqının əbədi qayıtdığına bir daha əmin oldu.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54

