G7 ölkələrindən Rusiyaya qarşı “taxıl” ittihamı
18.05.2022 [10:14]
40 milyon ton Ukrayna taxılı necə ixrac oluna bilər?
N.BAYRAMLI
Dünyanın ən çox inkişaf etmiş iqtisadiyyata sahib olan yeddi ölkəsi (G7) Rusiya-Ukrayna müharibəsinin yoxsul ölkələri təhdid edən qlobal ərzaq və enerji böhranına səbəb olduğuna diqqət çəkib. Belə ki, Ukrayna anbarlarındakı təxminən 40 milyon ton taxıl ixracı üçün təcili həll yolunun tapılmalı olduğu barədə xəbərdarlıq edilib. Almaniya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiya xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsinin Almaniyanın Şlezviq Holşteyn əyalətindəki Vanqels şəhərində üç günlük görüşdən sonra yaydığı birgə bəyanatda müharibənin səbəb olduğu qlobal qida qıtlığını aradan qaldırmaq və atılacaq addımlar vurğulanıb.
Bəyanatda G7 ölkələrinin xarici işlər nazirləri tərəfindən Rusiyanın Ukraynaya qarşı müharibəsi qətiyyətlə pislənilib, G7-nin Rusiyanın iqtisadi və siyasi təcridini artırmaq və Ukraynanı dəstəkləməyə davam etmək fikri xatırladılıb. Birgə bəyanatda vurğulanır: “Böyük yeddilik olaraq birlik və həmrəylik içində hərəkət etməyə davam edərək Rusiyaya qarşı iqtisadi və siyasi təzyiqi daha da artırmaq əzmində olduğumuzu bir daha bildiririk. Müharibə yaxın tarixin ən ağır qida və enerji böhranlarından birini yaradır. Bu böhranlar hal-hazırda yoxsul ölkələri təhdid edir. Ukrayna anbarlarındakı təxminən 40 milyon ton taxılın ixracat üçün yolları təcili açılmalıdır. “Böyük Yeddilik” olaraq biz qlobal ərzaq təhlükəsizliyini qorumaq üçün koordinasiya edilmiş çoxtərəfli cavabı sürətləndirmək və bu məsələdə ən həssas tərəfdaşlarımızın yanında olmaq əzmindəyik”.
G7 ölkələrinin xarici işlər nazirləri Rusiyanı Ukraynanın buğda ixracının mühasirəsini dayandırmağa da çağırıblar. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, Ukraynadakı müharibə ilə əlaqədar dünyada 43 milyona yaxın insan aclıq təhlükəsi ilə üzləşib. Onun sözlərinə görə, iqlim şəraitinə görə buğda istehsal edə bilməyən Afrika və Yaxın Şərq ölkələri də ciddi zərər görürlər: “Hazırkı durum ərzaq təminatı sahəsində qeyri-müəyyənliyə, qiymətlərin sürətli bahalaşması isə beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlara yardım işini çətinləşdirir. Buna görə də G7 ölkələri yoxsul ölkələrin əhalisinin aclığına yol verməmək, onların ərzaq təminatına yardım üçün “Ərzaq təhlükəsizliyi üzrə Qlobal Alyans” yaradılması təşəbbüsü ilə çıxış ediblər. Eyni zamanda, “Böyük Yeddilik” ölkələri BMT Baş katibi Antoniu Quterreşin yaxın 5 il ərzində dünyada hər bir kəsin ekstremal hava və iqlim dəyişikliyindən qorunmasını təmin edəcək erkən xəbərdarlıq sisteminin yaradılması ideyasını dəstəklədiklərini də ifadə ediblər. XİN başçılarının görüşündə Qara dəniz limanlarından taxıl məhsullarının ixracının dayanması məsələsi də diqqət mərkəzində olub. Rusiyanın hücumu nəticəsində Ukrayna limanları faktiki olaraq işləmir. Halbuki, bu limanlarda 4,5 milyon ton taxılın olduğu bildirilir”.
C.Əhmədli qeyd edib ki, hazırkı vəziyyətdə Ukraynada taxıl əkinləri 30 faizdən çox azalıb: “Bu isə əlavə bir problem deməkdir. G7 ölkələri bütün bunların fonunda Ukraynadakı taxıl məhsullarının döyüş gedən bölgələrdən çıxarılaraq dünya bazarına ixracının təşkil edilməsi yollarını da axtarırlar. Avropa İttifaqı isə qarşıdakı bir neçə ay ərzində Rumıniya ərazisi vasitəsilə ixracının təmin olunmasına çalışır. Amma müharibə bitməyincə, bu tipli problemlər böyük təhlükə olaraq qalacaq”.
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33

