Hamı getdi tək qaldın, üç qoca bir də sən...
30.10.2010 [12:06]
Təbii ki, bunun bir sıra səbəbləri var. O baxımdan ki, müxalifətin irəli sürdüyü namizədlər xalq tərəfindən qəbul olunmur. çünki bu namizədləri xalq tanımır. özünü tanınmış hesab edənlərin görüşləri isə açıq şəkildə seçicilər tərəfindən boykot edilir. Məsələn, Müsavat Partiyasının sədri İsa Qəmbərin görüş adı altında küçədə əyləşib dincələn yaşlı insanlara yaxınlaşıb və ya dərsdən qayıdan uşaqları başına toplayıb şəkil çəkdirməsi təbliğat-təşviqat sayıla bilərmi?
Bir neçə gün öncə Yasamal rayonunda “görüş” keçirən İsa Qəmbər elə bu taktikadan istifadə edir. Küçələri gəzərkən əyləşib dincələn yaşlı insanlara yaxınlaşaraq şəkil çəkdirən İ.Qəmbər bunu qeyri-rəsmi olaraq nəzarətindəki qəzetdə “təbliğat” materialı kimi ictimaiyyətə sırımağa çalışır.
Bir müddət öncə İsa Qəmbərin müttəfiqi Əli Kərimli də eyni “taktika”dan istifadə etmişdi. Belə ki, Ə.Kərimli görüşünə seçicilərin gəlmədiyini görüb məktəbdən çıxan uşaqlarla şəkil çəkdirib qəzetdə “geniş təbliğat” apardığını iddia etmişdi. İ.Qəmbər isə yaşlı insanlara yaxınlaşıb salam verməsini “təbliğat” kimi qiymətləndirib.
Hər şey ortadadır. Azərbaycan seçicisi açıq şəkildə istər Ə.Kərimlini, istərsə də onun müttəfiqi İsa Qəmbəri boykot edir.
Bunun da obyektiv səbəbləri var. Birincisi, xalq İ.Qəmbərin bir dəfə hakimiyyət başında olarkən nələr etdiyini (və ya nələr etmədiyini) yaxşı görüb. Həmin dövr xalqımızın yaddaşından silinməyib. “Siyasi ustalıqları” sayəsində ölkəni min bir yerə parçalayan İ.Qəmbər və başındakı komanda son anda uçurumun kənarına gətirdikləri Azərbaycanı başsız qoyub hərəsi bir tərəfə dağılmışdı. Birisi öz vəzifəsini dondurur (?), bəzisi oturduğu kreslonu əldən verməmək üçün başına silahlı dəstə toplayıb paytaxtda silahlı qarşıdurma yaradır, digərləri isə ermənilərə işğal üçün şərait yaratmaqda idilər. Belələri bu gün hansı haqla xalqın qarşısına çıxıb ondan səs istəyə bilər?
Təəssüf ki, İ.Qəmbər xalqın iradəsinin əleyhinə yönələn əməllərini hələ də davam etdirir. Belə olmasaydı, bir müddət öncə erməni partiyası ilə “əməkdaşlıq, qardaşlıq, sirdaşlıq” bəyannaməsi imzalayıb xalqın ən ağır dərdini alver predmetinə çevirməzdi. Bu gün Xocalı soyqırımını, Şuşa faciəsini və digər dərdlərimizi başqalarının marağına satanlar, bu qırğını törədən cinayətkarlar ilə dostlaşan, əməkdaşlaşan İ.Qəmbər hansı haqla özünü “millətin vəkili” kimi görmək iddiasına düşür? Axı xalq bilir İ.Qəmbər və dostu Ə.Kərimli kimlərin “vəkilləridir”... Xalqın onları birmənalı şəkildə rədd etməsinin səbəbləri hər kəsə bəlli olduğu kimi, İsa Qəmbərə və ya Əli Kərimliyə bəlli deyilmi???
Əlbəttə ki, etdiklərindən, əməllərindən bezməyən bu insanlar yenə də xalqın dərdləri ilə, hissləri ilə oynamaqda davam edirlər. Onlar pul alıb qarşısında öhdəlik götürdüyü “Sem dayı”larını razı salmaqdan ötrü kimlə desən qardaşlaşarlar... Təki onlara pul versinlər... Seçkiyə qaldıqda isə, bu insanların, sadəcə, siyasi imitasiya ilə məşğul olduqları hər kəsdən öncə özlərinə bəllidir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

