/ / İqtidar-müxalifət dialoqu çərçivəsində növbəti görüş Azad Demokratlar Partiyasının sədri ilə keçirilib
İqtidar-müxalifət dialoqu çərçivəsində növbəti görüş Azad Demokratlar Partiyasının sədri ilə keçirilib
24.05.2022 [14:42]
Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mayın 24-də Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şöbə müdiri Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasi dialoq mədəniyyətinin yeni mərhələsinin uğurla davam etdirilməsi, aparılan çoxşaxəli islahatların müvəffəqiyyətlə həyata keçirilməsi, bir çox məsələlərlə bağlı qanunvericilik və institusional tədbirlərin görülməsi və bütün bu islahatlar fonunda ölkəmizdə fikir plüralizminin inkişafı üçün geniş imkanların yaradılması, siyasi baxışlarından asılı olmadan bütün əhali qrupları arasında ictimai iştirakçılığın genişmiqyaslı tətbiqi barədə və çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyindən söz açıb, Azad Demokratlar Partiyasının dövlət qeydiyyatından keçməsi və bugünkü aktiv legitim fəaliyyəti haqqında fikirlərini bildirib.
Azərbaycanda aparılan iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə müxtəlif siyasi partiyaların fəaliyyəti üçün münbit şərait yaradılmasından bəhs edən Ədalət Vəliyev ölkədə sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların normal fəaliyyətinin təmin olunması üçün mütəmadi qaydada iş aparıldığını qeyd edib, bu istiqamətdə işlərin davamlı olacağına diqqət çəkib.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər siyasi dialoq mədəniyyətinin inkişafı üçün yeni yaradılmış partiyalarla əməkdaşlığın digər partiyalarla eyni səviyyədə qurulması və ümumi işə töhfə vermək naminə rəhbərlik etdiyi partiya ilə belə bir görüşün keçirilməsinə görə öz təşəkkürünü bildirib, iqtidarla aparılan siyasi dialoqun dövlətçiliyimizin inkişafına, partiyalarla hakimiyyət arasında və partiyalararası olan siyasi əməkdaşlığın dərinləşməsinə xidmət etdiyini vurğulayıb.
O, həmçinin son illərdə Azərbaycanın siyasi həyatının daha konstruktiv dinamikaya kökləndiyini, siyasi güclər arasında yersiz qarşıdurma, siyasi ittiham, inciklik, süni hüquqi maneələrlə bu və ya digər siyasi xadimlərin və qüvvələrin marginallaşdırılması, partiyalar, siyasi qüvvələrarası ifrat qütbləşmənin aradan qaldırılması istiqamətində böyük işlər görüldüyünü qeyd edib.
Sonda tərəflər dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinin dövlətimizin iqtisadi gücünün göstəricisi olması, xarici siyasətdə qazanılan önəmli qələbələr, Vətən müharibəsi Zəfərinin Azərbaycana bəxş etdiyi dividendlər, Azərbaycanla Ermənistan arasında və ümumilikdə regionda baş verən geosiyasi reallıqlar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında ötən ilin sonu və bu il keçirilmiş üç görüşün nəticələri, Azərbaycanın dünyada artan nüfuzu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

