Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir
25.05.2022 [21:09]
28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir.
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedevdən:
"Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan dövlət müstəqilliyi illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə ölkədə siyasi və sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə istiqamətlənmiş kompleks dövlət islahatları yolu ilə inamla irəliləyir.
Əminəm ki, Sizin çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının inkişafına və onun xalqının rifahının yaxşılaşmasına xidmət edəcək, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli əməkdaşlığımız isə gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, bütün Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
***
Sudan Respublikasının Suveren Keçid Şurasının sədri Abdel Fattah Abdelrahman Al-Burhandan:
"Zati-aliləri.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi, ailənizi, Zati-alinizin simasında Azərbaycan xalqını və dövlətini Sudan hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan ikitərəfli əlaqələrdən məmnunluq hissi duyduğumu bildirərək, aramızdakı dostluq və qardaşlıq münasibətlərinin getdikcə daha da möhkəmlənəcəyinə əminliyimi bildirirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".
***
Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahdan:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına şəxsən öz adımdan və Kraliça adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası daha güclü iqtisadi tərəqqiyə nail olacaqdır.
Məmnuniyyətlə qeyd edirik ki, Malayziya ilə Azərbaycan arasında səmimi münasibətlər bundan sonra da davam edəcəkdir. Ölkələrimiz arasındakı çoxşaxəli əməkdaşlığın xalqlarımızın rifahı naminə daha da möhkəmlənməsini arzu edirik.
Allah-Taala Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına, onun xalqına sülh və firavanlıq bəxş etsin".
***
“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən:
"Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə “VTB Bank”ın İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.
Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq nüfuzunu möhkəmləndirərək hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir.
Düz 30 il bundan əvvəl Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub. Ötən dövr ərzində ölkələrimiz ikitərəfli tərəfdaşlıqdan müttəfiqlik fəaliyyətinədək uzun yol qət edib.
Rusiyada Azərbaycan Respublikası ilə tarixi dostluq əlaqələrini yüksək qiymətləndirirlər. Bu gün dövlətlərimizin mehriban qonşuluğu dəstəkləmək və Rusiya-Azərbaycan əməkdaşlığının potensialını artırmaq istəyi həmişəkindən daha vacibdir.
"VTB Bank"ın Azərbaycanda məhsuldar fəaliyyəti, Azərbaycan Dövlət Neft Fondunun "VTB Bank"ın kapitalında iştirakı iki ölkənin qarşılıqlı fəaliyyətinin möhkəmliyini və strateji xarakterini əyani şəkildə göstərir.
Hörmətli İlham Heydər oğlu, Zati-alinizə məsul vəzifənizdə yeni-yeni uğurlar, Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzulayıram".
***
İspaniyanın Kralı VI Felipedən:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.
Dərin hörmət və ehtiramla".
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50

