Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında videoformatda görüş keçirilib
07.07.2022 [16:09]
İyulun 7-də Çin Kommunist Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan arasında videoformatda görüş keçirilib.
Görüşdə partiyalar və dövlətlər arasında mövcud olan münasibətlərin yüksək inkişaf dinamikasından məmnunluq ifadə edilib, ikitərəfli və beynəlxalq platformada əməkdaşlığın qarşılıqlı maraq doğuran bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda qeyd edilib ki, dövlət başçıları arasındakı dostluq və yüksək siyasi dialoq ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edən münasibətlərin daha da genişlənməsinə böyük töhfələr verir.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə qarşılıqlı əlaqələrə böyük önəm verir, ölkələrimiz arasında bu gün siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz uğurla davam edir. Əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin dostluq münasibətlərinin əhəmiyyətini vurğulayan YAP Sədrinin müavini ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın güclənməsinə zəmin yaratdığını qeyd edib.
O, həmçinin Azərbaycanın Çin Xalq Respublikasının irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Zəngəzur dəhlizi isə Azərbaycanın tranzit ölkə kimi potensialını daha da gücləndirəcək, bu dəhliz vasitəsilə Şərq-Qərb istiqamətində beynəlxalq yükdaşımaların əhəmiyyətli dərəcədə artması regionda Azərbaycan və Çinin də fəal iştirakçısı olduğu yeni çoxtərəfli əməkdaşlıq platformasının formalaşmasını təmin edəcək.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan da bildirib ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir. Vurğulanıb ki, Azərbaycan regionda Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən Çin Xalq Respublikası Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır.
Görüşdə, həmçinin Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əlaqələrin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyi, partiya nümayəndə heyətlərinin səmərəli qarşılıqlı səfərlərinin və görüşlərinin həyata keçirildiyi, bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd edilib, partiyaların gəncləri arasında əlaqələrin güclənməsinin zəruriliyi və qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının nümayəndələri arasında iki mövzuda videokonfrans da keçirilib.
“Texnologiya və innovasiya” mövzusunda keçirilən videokonfransda Çin Kommunist Partiyasının Şanxay şəhər komitəsinin nümayəndəsi, professor Dun Yuxun Şanxayın “ağıllı şəhər” modeli haqqında geniş məruzə edib, bu istiqamətdə Çinin təcrübəsini bölüşüb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu çıxış edərək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa işlərində Çin şirkətlərinin iştirakını dostluq nümunəsi kimi dəyərləndirib. O, azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icra olunduğunu və burada beynəlxalq təcrübədən geniş istifadə edildiyini diqqətə çatdırıb.
Növbəti konfrans isə “Bir kəmər, bir yol”un tikintisi və inkişaf perspektivləri” mövzusunda keçirilib. Çin Kommunist Partiyasının nümayəndəsi, ekspert Qonq Paypinq mövzu ilə bağlı geniş təqdimatla çıxış edib.
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iki ölkə arasında münasibətlərin inkişafından, o cümlədən Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəmindən bəhs edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40

