2010-cu il diaspor təşkilatlarımızın həyatında çox uğurlu il olub
18.12.2010 [09:38]
Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, Vətənimizlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) tərəfindən bir sıra tədbirlər həyata keçirilib. ümumilikdə götürdükdə isə, başa çatmaqda olan 2010-cu il diaspor təşkilatlarımızın həyatında çox uğurlu bir il kimi yadda qalacaq. Bu fikri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ötən gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında səsləndirdi. Onun sözlərinə görə, hesabat ilində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması DİDK-in diqqət yetirdiyi əsas məsələlərdən olub. Bundan əlavə, cari il ərzində Azərbaycan diaspor təşkilatlarının nəzdində yeni kütləvi informasiya vasitələri təsis edilib, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən KİV-lərdə Azərbaycanla bağlı məqalə və materialların işıqlandırılması istiqamətində tədbirlər görülüb.
İl ərzində 20 Yanvar faciəsinin iyirminci və Xocalı soyqırımının 18-ci ildönümləri, eləcə də, 31 Mart-Azərbaycanlıların Soyqımı günü ilə əlaqədar İsveç, İsveçrə, Finlandiya, Norveç, Niderland Krallığı, Böyük Britaniya, Belçika, Latviya, Litva, Estoniya, Rusiya Federasiyası, Ukrayna, Belarus, Bolqarıstan, Türkiyə, özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Rumıniya, ABŞ, Kanada və digər ölkələrdə müxtəlif formatlı tədbirlər təşkil edilib. Eyni zamanda, ölkəmizin taleyüklü problemlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində mühüm işlər görən Heydər Əliyev Fondu Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar xarici ölkələrdəki Azərbaycan icma və birliklərini müvafiq məlumatlar və sənədlərlə təmin edib.
İslam Konfransı Təşkilatının üzvü olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında elan edilmiş “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində 2010-cu il ərzində dünyanın bir çox ölkələrində etiraz aksiyaları, elmi-praktiki konfranslar və digər tədbirlər həyata keçirilib. Həmin tədbirlərdə Azərbaycan diaspor təşkilatları da fəal surətdə iştirak edib.
Komitə sədri xarici ölkələrdə təşkil olunan tədbirlərdə həmin ölkələrdə yaşayan və təhsil alan gənclərimizin iştirakını sevindirici hal kimi qiymətləndirdi. Onun sözlərinə görə, Rusiya Azərbaycan Gənclər Təşkilatının (RAGT) başçısı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyəti dünyadakı Azərbaycan diaspor təşkilatları üçün örnək olar bilər. Nazim İbrahimov, həmçinin, Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərovun da bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdi.
Komitə sədri qeyd etdi ki, xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqətinin qorunub saxlanılması, onların ölkəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Odur ki, hesabat ilində diaspora quruculuğu və Azərbaycan lobbisinin yaradılmasında gənclərin fəal iştirakına xüsusi diqqət yetirilib.
Bu ilin aprelində Dnepropetrovsk şəhərində Ukraynada yaşayan, may ayında isə Gürcüstanda yaşayan azərbaycanlı gənclərin I qurultayları keçirilib. Sadalanan tədbirlərdə gənclərin diaspora quruculuğundakı fəaliyyətləri, eləcə də, yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyasının daha da artırılması tövsiyə olunub.
Mayın 22-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində keçirilən RAGT-ın II birillik fəaliyyətinə yekun vurulub, onun inkişaf perspektivləri müəyyən olunub.
Nazim İbrahimov, həmçinin, qeyd etdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilib. DİDK və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi tədbirdə Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri ilə yanaşı, ölkəmizdən 41, dünyanın 23 ölkəsindən isə 131 gənclər təşkilatlarının nümayəndələri, eləcə də, 25 ölkədən 41 diaspor təşkilatlarının rəhbərləri, bir sıra xarici ölkələrdəki səfirlərimiz iştirak ediblər. Toplantıda aparılan müzakirələr və irəli sürülən təkliflər əsasında üç mühüm sənəd qəbul olunub ki, bunlardan biri də Dünya Azərbaycanlıları Gənclər Birliyinin (DAGB) təsis edilməsi ilə bağlıdır.
Komitə sədri bildirdi ki, artıq bu istiqamətdə müəyyən hazırlıq işlərinə başlanılıb və 2011-ci ilin birinci yarısında DAGB-ın təsis qurultayının keçirilməsi nəzərdə tutulur.
Nazim İbrahimov, həmçinin, qeyd etdi ki, Dünya Azərbaycanlı Gənclərinin I Konqresi çərçivəsində DİDK-nın Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə birgə hazırladığı “Virtual həftəsonu məktəbi” layihəsinin təqdimatı keçirilib. Onun sözlərinə görə, layihənin əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsi ilə Ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir.
Daha sonra xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində görülən işlərdən danışan komitə sədri qeyd etdi ki, hesabat dövründə dünyanın bir sıra ölkələrində, o cümlədən, Almaniya, İsveç, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Qazaxıstan, Cənubi Koreya və Gürcüstanda ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilib. Beləliklə də, dünya ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızın sayı 370-i ötüb.
Komitənin qarşıdakı illərdə görəcəyi işlər barədə məlumat verən Nazim İbrahimov gələn ilin martında Dünya Azərbaycanlılarının III qurultayının keçirilməsinin planlaşdırıldığını bildirdi. Qurultayın ənənəvi olaraq hər 5 ildən bir keçirildiyini xatırladan natiq, ilk qurultayın ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirildiyini, Ulu öndərin qurultaydakı tarixi çıxışının diaspora fəaliyyəti işində bir proqram təşkil etdiyini vurğuladı. 2006-cı ildə keçirilən növbəti qurultayda Prezident İlham Əliyevin iştirak etdiyini qeyd edən komitə sədri, həmin toplantıda diasporamızın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyini söylədi.
Gələn il də Azərbaycan diasporunu gərgin iş gözlədiyini qeyd edən komitə sədri, həmçinin, 2011-ci ilin diasporumuzun həyatında çox mühüm hadisələrlə yadda qalacağını vurğuladı.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

