"Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun aqrar sahənin inkişafına xidmət edəcək
28.12.2010 [08:44]
Milli Məclisin Aqrar siyasət komitəsi tərəfindən xeyli vaxtdır ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin hazırlanması üzərində iş aparılırdı. Komitənin sədri Eldar İbrahimovun verdiyi məlumata görə, dekabrın 30-da parlamentin payız sessiyasının son iclasında sözügedən qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur.
“Qanun layihəsinin ictimai müzakirəsini də keçirmişik”, - deyən E.İbrahimov bildirib ki, bu sənəd aqrar sahənin inkişafına xidmət edəcək. Onun sözlərinə görə, ölkəmiz ümumdünya Ticarət Təşkilatına (üTT) daxil olmaq ərəfəsindədir və bu baxımdan, Azərbaycanda rəqabətə davamlı məhsulların istehsalı ən vacib məqamlardan biridir. Bunu təmin etmək üçün isə kənd təsərrüfatı kooperasiyasının inkişafı vacibdir. Komitə sədri deyib ki, hazırda Azərbaycanda 179 kənd təsərrüfatı kooperativi var, ancaq bunlar azlıq təşkil edir.
E.İbrahimov bildirib ki, bu, heç də keçmiş kolxozların bərpası demək deyil: “Nə kolxoz olacaq, nə sədr olacaq, nə də mühasib. Burada qazanan sadə insanlar olacaq. Zaman, dövr dəyişir. Vaxtilə torpaqlar özəlləşdirilməyə başlandı, insanlara pay torpaqları ayrıldı. Ancaq indi insanlar birləşərək bir təsərrüfat yaradıb, orada əkib-becərmək, qazanmaq istəyirlər. Hesab edirəm ki, bizdə də kənd təsərrüfatı kooperasiyasının inkişafına təkan vermək lazımdır”.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi də belə bir qanunun qəbulunun tərəfdarıdır. Parlamentin Aqrar siyasət komitəsinin son iclasında iştirak edən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib ki, bu qanunun qəbuluna çoxdan ehtiyac var.
Qeyd edək ki, parlamentdə indiyə qədər qəbul edilən qanunlar arasında 200-dən artıq aqrar sahə ilə bağlı qanunvericilik aktı mövcuddur. Gələcəkdə isə “Aqrar sahənin dövlət tənzimlənməsi haqqında” qanun layihəsinin də hazırlanması gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

