Hicab məsələsi siyasi manipulyasiya məqsədilə qabardılır
22.12.2010 [09:28]
Din insanlara xoşgörü, mənəvi saflıq və bu kimi humanist dəyərlər aşılayır. Bu baxımdan, İslam dinində arzu olunan cəmiyyət insanların mehriban və azad yaşadığı, qarşılıqlı hörmət və harmoniya əsasında qurulan cəmiyyətdir. Əhalisinin 90 faizindən çoxunun İslam dininə etiqad etdiyi Azərbaycan toplumu müxtəlif konfessiyalar və etnik qruplar arasında qarşılıqlı anlaşma, sülhsevərlik, tolerantlıq kimi insani dəyərlərə sahibdir. Dünyada “sivilizasiyaların toqquşması” prosesinin getdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini zəmində konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Təsadüfi deyil ki, bu gün tolerantlığın Azərbaycan modeli dünyada nümunə kimi qəbul olunur.
Lakin bəzi maraqlı qüvvələr ölkədəki tolerantlıq mühitini pozmağa yönələn addımlar atır. Bunun üçün isə hicab məsələsi qəsdən qabardılaraq cəmiyyətdə fikir ayrılığı, qarşıdurma yaratmaq üçün istifadə olunur. Bu fəaliyyətin arxasında isə xarici qüvvələrin siyasi, strateji maraqlarının dayandığı şübhə doğurmur. Bildiyimiz kimi, Azərbaycan yüksək inkişaf göstəricilərinə görə regionun aparıcı dövlətinə çevrilib. Hətta ölkəmizə qarşı törədilən hərbi təcavüzün nəticələri, yəni, Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf rayonların işğalı, qaçqın və məcburi köçkün problemi, milyardlarla dollar həcmində dəymiş zərər də Azərbaycanın müstəqil və hərtərəfli inkişafının qarşısını ala bilməyib. Respublikamızın güclənməsindən, regionda lider dövlətə çevrilməsindən narahatlıq keçirən xarici qüvvələr isə ölkəmiz, dövlətçiliyimiz əleyhinə yönələn fəaliyyətlərini genişləndirməyə çalışırlar. Hərbi, siyasi, iqtisadi təzyiqlərin istənilən nəticəni vermədiyini görən həmin qüvvələr öz məqsədlərini həyata keçirmək üçün din amilindən istifadə etməyə çalışırlar. Dünyanın müxtəlif bölgələrində din pərdəsi altında törədilən təxribatların “arzu olunan” effekti verdiyini görən düşmən qüvvələr bu üsulla Azərbaycandakı daxili sabitliyi pozmağa çalışır. Bu məqsədlə, hətta ölkəyə əmək miqrantı adı altında xarici ölkə vətəndaşları göndərilir. Lakin istər ölkəmizdəki tolerant mühit, istərsə də dini azadlıqlara hər cür şərait yaradan qanunlar belə məsələlərin hər hansı qarşıdurma mövzusu olmasına imkan vermir.
Qeyd etdiyimiz kimi, ölkə qanunları dinlə bağlı məsələlərə tam aydınlıq gətirir. Konstitusiyamızda Azərbaycan hüquqi, dünyəvi, unitar dövlət kimi təsbit olunub. Ali Qanunun 18-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmin maddə ilə, həmçinin, insan ləyaqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və dini cərəyanların təbliği qadağan olunub. “Vicdan azadlığı” başlıqlı 48-ci maddədə isə hər kəsin istədiyi dinə etiqad etməkdə azad olduğu əksini tapıb. Həmin maddədə o da göstərilir ki, dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Beləliklə, Azərbaycanda qanun insanlara dini seçim və etiqad etdiyi dinə məxsus ayinləri yerinə yetirməyə imkan verir. Bu, etnik mənsubiyyətindən, dinindən, cinsindən asılı olmayaraq, hər bir kəsə aiddir.
Azərbaycan dünyəvi dövlətdir və bu səbəbdən də din dövlətdən və təhsildən ayrıdır. Bu prinsip ölkə qanunvericiliyində də aydın şəkildə əks olunub. “Təhsil haqqında” Qanun da dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşa bərabər şəraitdə təhsil almaq hüququ verir. Buradan da aydın olur ki, bəzi qərəzli mənbələrin iddialarının əksinə olaraq, Azərbaycanda hansısa dini ayrı-seçkilik, və ya dinin dövlət tərəfindən sıxışdırılmasından söhbət gedə bilməz. Lakin təxribatçı qüvvələr əhalidə belə bir təsəvvür yaratmağa çalışırlar ki, guya ölkə rəhbərliyi hicabın taxılmasını məhdudlaşdırır. Halbuki, dünyəvi dövlət olmasına, dinin təhsildən ayrı olmasına baxmayaraq, Azərbaycanda müəllimlər və universitet tələbələrinin təhsil müəssisələrinə hicabla daxil olmasında heç bir problem yoxdur. Təhsil naziri Misir Mərdanovun da qeyd etdiyi kimi, hicaba qadağa yalnız şagirdlərə aiddir. Bu isə birbaşa olaraq ölkə qanunlarının tələblərindən irəli gəlir. Təhsil Nazirliyinin məktəblərdə məktəbli formasına keçidlə əlaqədar verdiyi əmrdə də aydın şəkildə göstərilir ki, məktəbli formasında kənar elementlərin və dini atributların istifadəsi yolverilməzdir.
Eyni zamanda, hər bir təhsil müəssisəsinin daxili nizamnaməsi mövcuddur ki, hər bir şagird buna riayət etməlidir. Hicabın taxılmasına gəlincə, qızların bu addımı atmazdan əvvəl din barədə formalaşmış təsəvvürlərə yiyələnməsi və müstəqil qərar qəbul edəcək yaşda olması daha münasibdir. Beləliklə, göründüyü kimi, dövlətin mövqeyində qanunazidd heç bir şey yoxdur. Hicab məsələsindən siyasi spekulyasiya vasitəsi kimi istifadə etməyə çalışanlar isə özləri qınaq obyektinə çevriləcəklər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

