Strasburqda Xocalı soyqırımı ilə bağlı mitinq keçiriləcək
26.02.2011 [22:53]
Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor mudiri Qafar Əliyev, Milli Məclisin deputatı Fuad Muradov və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev Strasburqa səfər ediblər. Səfərin məqsədi Strasburq şəhərində keçiriləcək mitinqi təşkil etmək və buna hazırlıq görməkdən ibarətdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri fevralın 25-də Strasburqda yaşayan türk və Azərbaycan gənclərinin toplaşdığı COJEP-in (Plural Düsüncəli Gənclər Təşkilatı) mərkəzi ofisində olublar. Görüşdə əsas müzakirə mövzusu Strasburqda yaşayan Azərbaycan və türk gənclərinin Xocalı mitinqində həmrəyliyinə nail olmaq və mütəşəkkiliyi təmin etmək olub.
Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Avropa Şurasının mərkəzi qərargahında qurumun insan hüquqları üzrə komissarının köməkçisi Bojana Urumova ilə görüşüblər. Görüşdə nümayəndə heyətinin üzvləri B.Urumovaya Dağlıq Qarabağ probleminin mahiyyəti, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün üzləşdiyi problemlər və onların pozulmuş insan hüquqlarını, eyni zamanda, 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımla bağlı ətraflı məlumat veriblər.
Nümayəndə heyətinin üzvləri Avropa Şurasının insan hüquqları üzrə komissarından bu məsələ ilə bağlı prinsipial mövqe tutmağı və Azərbaycanın haqq işinin müdafiə olunmasını xahiş ediblər.
Görüşdə Avropa Şurasının insan hüquqları üzrə komissarının köməkçisi xanım B.Urumova komissarla birlikdə Azərbaycana növbəti dəfə səfər edəcəyini və bu məsələdə daim obyektiv olacağını bildirib. Xanım B.Urumovaya Dağlıq Qarabağ problemini və Xocalı soyqırımını tanıdan geniş məlumat və materiallar təqdim olunub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Strasburqun Elzas bölgəsinin Aşağı Rena rayon baş konseyinin (icra hakimiyyəti) baş müsaviri, Fransa Yaşıllar Partiyasının həmin bölgə üzrə yerli nümayəndəliyinin rəhbəri xanım Andre Münxenbaxla da görüşüb. Görüşdə əsas məqsəd Xocalı faciəsi ilə əlaqədar keçiriləcək tədbirlərin mahiyyəti haqqında yerli icra hakimiyyətinin məsul səxslərini məlumatlandırmaq, bir daha soyqırımın mahiyyəti haqqında onlara əlavə məlumatlar və materiallar təqdim etmək, nəzərdə tutulan mitinqdə mümkün qədər yerli hakimiyyət orqanlarının dəstəyini və razılıgını almaqdan ibarət olub.
Görüş zamanı faciənin canlı şahidi Cavid Əliyev Xocalı soyqırımı ilə bağlı geniş məlumat verib, təkzibolunmaz faktlarla bu hadisələrin gerçək bir soyqırımı olduğunu ortaya qoyub. ATXƏM-in sədri İlham İsmayılov bir milyondan çox əhalisi olan Elzas bölgəsinin yerli icra hakimiyyəti, bələdiyyə və partiya rəsmisi kimi xanım A.Münxenbaxı qaçqınların vəziyyəti ilə tanış olmaq və əsl həqiqətləri öyrənmək üçün Azərbaycana dəvət edib.
Azərbaycan nümayəndə heyəti, həmçinin, Strasburqda fəaliyyət göstərən Strasburq Ailələr Birliyinin nümayəndələri ilə görüşüb. Görüşdə Strasburqda keçiriləcək Xocalı mitinqində birgə fəaliyyətə dair məsələlər müzakirə olunub.
Görüşdə Strasburqda Xocalı mitinqində iştirak etmək üçün Ankaradan gəlmiş Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin köməkçisi, sabiq deputat Abbas Bozyel, eyni zamanda Fransa-Türk Konfederasiyasının Fransa üzrə rəhbəri Namiq Şahin, Strasburq Türk Ailələri Birliyinin sədri Celebi Qoçaq, qurumun İdarə Heyətinin üzvü Ayhan Sahan, sədrin müavini Osman Canlı da iştirak edib.
Qeyd olunub ki, son illər Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Xocalı soyqırımı ilə bağlı apardıqları birgə fəaliyyət dünyadakı erməni lobbisini narahat edib. Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər öz səmərəsini verməkdədir. Bunun əyani sübutu olaraq son illərdə çap olunmuş çoxsaylı nəşrlər Avropa əhalisinin və beynəlxalq təskilatların məlumatlanmasında əvəzsiz rol oynayıb. Artıq Avropa dövlətləri də yaxşı başa düşürlər ki, ermənilərin törətdikləri bu faciələr insanlıqdan kənardır və heç bir hüquqi çərçivəyə sığmır.
Xatırladaq ki, bu gün Strasburqdakı Kleber meydanında Xocalı ilə bağlı möhtəşəm mitinq keçiriləcək.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

