/ / Ankarada YAP Sədrinin müavini ilə AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini arasında görüş olub
Ankarada YAP Sədrinin müavini ilə AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini arasında görüş olub
29.10.2022 [21:04]
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində növbəti görüş keçirilib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala arasında Ədalət və İnkişaf Partiyasının qərargahında baş tutan görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin, o cümlədən YAP-AK Parti əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub, perspektivlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Türkiyə-Azərbaycan münasibətlərinin “bir millət, iki dövlət” prinsipinə əsaslandığını söyləyən Efkan Ala partiyalarımız arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb.
Partiya nümayəndələrinin qarşılıqlı səfərlərinin əməkdaşlığın dərinləşdirilməsində vacib rol oynadığını bildirən AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini deyib: “Qırx dörd günlük Vətən müharibəsinin nəticələri qürur mənbəyimizdir. Azərbaycanın möhtəşəm Qələbəsindən sonra yeni reallıqlar yaranıb. Bu tarixi mərhələ ölkələrimiz və partiyalarımız üçün yeni vəzifələr müəyyənləşdirib. Mövcud çağırışlar iki qardaş ölkənin hakim partiyaları arasında təmasların gücləndirilməsini və əməkdaşlığın genişləndirilməsini zəruri edir”.
Efkan Ala YAP nümayəndə heyətinin “Türkiyənin yüz ili” təqdimat proqramında iştirakının Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsi olduğunu bildirib, dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq iki hakim partiyanın birlikdə mühüm nailiyyətlərə imza atacağına inamını ifadə edib.
Dəvətə görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dostluq, qardaşlıq nümunəsi olan və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğunu və dünya üçün örnək təşkil etdiyini vurğulayıb. Qırx dörd günlük Vətən müharibəsinin Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin sarsılmazlığını bir daha sübut etdiyini deyən Tahir Budaqov diqqətə çatdırıb ki, postmüharibə dövründə ölkələrimizin strateji təşəbbüsləri və məqsədyönlü fəaliyyəti regionda yeni nizam, davamlı sülh və etibarlı təhlükəsizlik mühiti formalaşdırır.
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim müştərək şanlı tariximizdir. Yeni mərhələdə atılan addımlar Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyini daha da möhkəmləndirir. İki ölkə mühüm təşəbbüslərlə çıxış edir, bölgədə sülh və etimad quruculuğuna yönələn həlledici addımlar atır. Heç şübhəsiz, yeni çağırışlar qardaş ölkələrin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının da əməkdaşlıq əlaqələrinin genişləndirilməsini zəruri edir. Təqdirəlayiq haldır ki, bu istiqamətdə mühüm addımlar atılır, ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Ötən il iki partiya arasında Əməkdaşlıq Protokolunun imzalanmasından sonra mühüm əhəmiyyətli siyasi-ideoloji layihələr həyata keçirilib. YAP və AK Parti yeni reallıqlardan və çağırışlardan irəli gələn hədəfləri bundan sonra da birlikdə reallaşdırmaq əzmindədirlər”, - deyə Tahir Budaqov əlavə edib.
Yeni Azərbaycan Partiyasının “Türkiyənin yüz ili” təqdimat proqramına Türkiyə xaricindən dəvət edilmiş yeganə siyasi təşkilat olduğunu xatırladan YAP Sədrinin müavini bu faktın iki qardaş ölkə və dost partiya arasındakı münasibətlərin sarsılmazlığını əks etdirdiyini vurğulayıb.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsənin və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovun da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57

