Süni qiymət artımına qarşı mübarizə tədbirləri gücləndirilir
11.03.2011 [00:37]
Son zamanlar istehlak bazarında bəzi ərzaq məhsullarının qiymətinin artması müşahidə olunur. Məsələn, cari ilin yanvar-fevral ayına olan statistik göstəricilərə görə, bitkiçilik və heyvandarlıq məhsullarının qiymətləri 2,2 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq məhsullarından qarğıdalının qiyməti 4,7, arpa, noxud, qoz 0,2, kartof 1,7, yem bitkiləri 1,7, baş soğan 0,7, xurma 0,9, nar 23,2, alma 22,7, armud 0,6, heyva 0,5, şabalıd 5,7, fındıq isə 8,8 faiz bahalaşıb.
Ənənəvi olaraq, Novruz bayramı ərəfəsində ərzaq məhsullarına tələbatın artması ilə əlaqədar olaraq qiymətlərdə yüksəlmə meyilləri özünü göstərməkdədir. Hazırda bazarda meyvə qurularının qiymətləri 9-10 manatdan başlayaraq artır. Bu isə ötən illə nisbətdə 2-3 manat artım deməkdir. Qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri demək olar ki, bəzi məhsul növləri üzrə inhisarçıların bazarlara nəzarət etməsidir. Bunu eyni məhsul üzrə bazarlardakı fərqli qiymətlərin qeydə alınması da bir daha sübut edir. Araşdırmalardan da məlum olur ki, bir sıra hallarda bahalaşma dünya bazarında ərzaq məhsullarının qiymətinin artması ilə bağlı olsa da, bir çox hallarda bu proses obyektiv amillərdən asılı olaraq deyil, süni şəkildə qiymət artımı hesabına baş verir. Dövlət isə bu prosesin qarşısının alınması üçün müvafiq tədbirlərlə yanaşı, ictimai nəzarəti gücləndirməkdə, eləcə də, inhisarçılıqla mübarizədə inzibati və cəza metodlarının tətbiqində israrlıdır.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş iclasında ölkədə süni bahalaşmaya toxunaraq bildirib ki, ölkə daxilində istehsal olunan kənd təsərrüfatı, ərzaq məhsullarının süni şəkildə bahalaşması yolverilməzdir: “Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır və İqtisadi İnkişaf Nazirliyi, digər qurumlar istehlak mallarının qiymətlərinə ciddi nəzarət etməlidir. Həm inzibati tədbirlər görməliyik, eyni zamanda, inhisarçılıqla mübarizə, bax, ən gözəl addım olacaqdır”.
Dünya ölkələrinin təcrübəsi ilə yaxından tanış olanda məlum olur ki, sırf iqtisadi amillər, tələb və təklif, eyni zamanda, neftin bahalaşması obyektiv olaraq ərzaq məhsullarının qiymətinin artmasına səbəb ola bilər. Azərbaycanda isə qiymət artımı başlıca olaraq bayram ərəfəsində və qış mövsümündə reallaşır. Digər tərəfdən isə, sahibkarlar gəlirlərini artırmaq, əlavə mənfəət əldə etmək məqsədilə xüsusən, tələbin daha çox olduğu dövrdə böyük miqdarda vəsait qazanmaq üçün əsassız olaraq bəzi ərzaqların qiymətini 30-50 faiz artırırlar.
Dövlət başçısı Bakı şəhər İcra Hakimiyyətində keçirilən ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə bu məsələyə bir daha toxunub. özəl müəssisə və təşkilatlarda əsassız yoxlamaların aparılmaması, hüquqi və fiziki şəxslərə dövlət tərəfindən istənilən, hətta siyasi dəstək göstərildiyini bildirən Prezident İlham Əliyev öz növbəsində, sahibkarları da məsuliyyətli olmağa, xüsusən də bayram ərəfəsində, demək olar ki, bütün növ ərzaq məhsullarının bilərəkdən qiymətinin artırılmasına son qoymağa çağırıb: “Məsuliyyət və bir də vicdan olmalıdır. Bunlar yerində olmayanda cəza tədbirləri görüləcəkdir. Bu gün özlərini vicdansızcasına aparan sahibkarlar, süni şəkildə qiyməti artıran bir neçə yumurta istehsalçısı görəcək ki, dövlətin onlara qarşı cəza tədbiri nədən ibarət olacaqdır. Qoy o birilərə də dərs olsun. Kim burada qiymətin süni şəkildə artımı ilə məşğul olmaq istəyirsə, özü üçün nəticə çıxarsın və fikirləşsin ki, onu hansı aqibət gözləyir. Qiymət Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri əsasında tənzimlənir, ancaq biz də bilirik dünya qiymətləri nədir, Azərbaycanda qiymətlər necədir?!”.
Bununla yanaşı, süni şəkildə yerli məhsulların qiymətinin artırılmasının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır, qiymət artımının səbəblərini araşdırır və müvafiq qiymətlərin süni şişirdilməsi, qiymətlərlə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görür.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

