İctimai Palata deyilən qurum iflasa uğradı
19.04.2011 [09:41]
“Biz əvvəllər də demişdik ki, müxalifətin sosial bazası yoxdur. Bu gün də onların mitinq cəhdi dediklərimizi bir daha göstərdi, təsdiq etdi. Keçən dəfə ordan-burdan, aldatmalar, yaxud pul yoluyla cəmisi təxminən 300 adam yığmışdılarsa, bu dəfə 50-60 nəfər belə olmadı”. Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov APA-ya açıqlamasında İctimai Palatanın (İP) aprelin 17-dəki aksiya cəhdini şərh edərkən deyib.
O, bunun həm də xalqın İP-nin aksiyasına münasibətinin göstəricisi olduğunu vurğulayıb: “Deyirdilər ki, xalq bizi dəstəkləyir. Ancaq göründü ki, bu, qətiyyən belə deyil. Xalq dövlətçiliyin, Prezidentin ətrafındadır. çünki xalq onların kim olduqlarını çox yaxşı bilir. Bu gün öz rəhbərlərinin də heç biri bir neçə nəfəri çıxmaq şərti ilə aksiyada iştirak etməyə gəlməmişdilər. Bircə Pənah Hüseyn idi ki, o da “Park Bulvar”da, “Sahil” metrosunun yaxınlığında görünüb, sonra da sakitcə çıxıb gedib. Digər bir neçə şəxs də belə edib. Qalanları özləri isə kütləvi aksiyaya inanmadıqları, etibar etmədikləri üçün gəlməyiblər. İctimai Palata deyilən qurum iflasa uğradı. Biz bunun belə olacağını bilirdik. Keçən dəfə rayonlardan beş-altı adamı pul verib gətirmişdilərsə, bu dəfə həmin adamlar da gəlmədi. Bu gün olanlar sübut edir ki, Azərbaycan xalqı ağı qaradan seçə bilir”.
S.Novruzov deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palataya kütləvi aksiyanın keçirməsi üçün yer ayırsa da, onlar sosial bazaları olmadığından həmin yerdən imtina edib: “Qəzetlərə müsahibə verib deyirlər ki, həmin ərazidən şəhər görünmür. Bəyəm şəhərə baxmağa gedirsən, yoxsa aksiya keçirməyə? Bütün bunlar göstərir ki, həmin adamların məqsədi ara qarışdırmaqdır. Əks halda, razılaşdırılmış yerdə aksiya keçirərdilər. Keçirsinlər, jurnalistlər də, bəzi beynəlxalq təşkilatlar da, səfirlər, onların köməkçiləri, pul verənləri gəlib baxsın. Bir səfirin İsa Qəmbərlə dialoqu var. Səfir deyir 600 adam çıxartmışdınız, İsa Qəmbər də deyir yox, 800 adam idi. Sonra ictimaiyyətə də bəyan edirlər ki, 5 min adam olub. Ayıbdı axı... Bunlar Azərbaycan seçicisinin 0,1 faizinin belə dəstəyini ala bilmirlər”.
S.Novruzov İctimai Palatanın qanunsuz təşkilat olduğunu da söyləyib: “İP-in ipinin kimin əlində olması da bəllidir, ipi tərpətdikcə, bunlar da tərpənir, hərəkət edir. Ancaq bugünkü baş tutmayan aksiyadan sonra onların ictimaiyyət arasına çıxmağa üzləri, deməyə sözləri olmamalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32

