Azərbaycanda yeni layihənin təqdimatı keçirilib
15.04.2011 [09:34]
Dünən Hyatt Bakı hotelində Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” Tvinninq layihəsinin təqdimatı keçirilib. Azərbaycanın dövlət qurumlarının, Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndələrinin, həmçinin, Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arjen Uijterlindenin iştirak etdiyi təqdimat mərasimini giriş sözü ilə vergilər naziri Fazil Məmmədov açıb. Nazir deyib ki, Avropa İttifaqının (Aİ) texniki yardım alətlərindən biri olan Tvinninq proqramı Aİ-nin üzv və ya qonşuluq siyasəti həyata keçirdiyi dövlətlərlə əməkdaşlığı prosesində milli qanunvericiliklərin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması üçün müasir dövlət idarəetməsi elementlərinin tətbiqini nəzərdə tutan ümumi inzibati əməkdaşlıq alətidir.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi ölkəmizdə iri və orta müəssisələrin audit yoxlamaları sahəsində nazirliyin müvafiq strukturlarının texnoloji, metodik, analitik və insan resursları baxımından təkmilləşdirilməsinə, e-bəyannamələrin tətbiqi ilə yanaşı müəssisələrdə mühasibat uçotunun elektron formatda aparılmasına və e-auditin tətbiqinə imkan verəcək: “2010-cu ilin may ayında Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyində Danimarka, Finlandiya, Estoniya, Fransa, Almaniya, Niderland və Litvanın vergi administrasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tenderdə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası qalib gəlib. Niderland Krallığı e-auditin tətbiqi sahəsində Avropada ən qabaqcıl təcrübəyə malik olan ölkələrdən biridir. 2011-ci ilin 1 mart tarixindən iki il ərzində həyata keçiriləcək Tvinninq layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir”.
Vergilər naziri Fazil Məmmədov əlavə edib ki, elektron audit vergilərdən yayınma ilə mübarizədə vacib rol oynamaqla yanaşı, bu vergi yoxlamalarının aparılması prosesində vaxta və insan resurslarına qənaət etməyə də kömək göstərəcək. Nazirin sözlərinə görə, bu gün ölkəmizdə vergi bəyannamələrinin 90 faizə yaxını elektron şəkildə təqdim edilir.
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia isə bildirib ki, layihə Niderland Vergilər Administrasiyası ilə birlikdə həyata keçiriləcək: “Biz ölkənin vergi orqanlarına təkcə maliyyə yardımını göstərməyə deyil, həm də layihənin həyata keçiriləcəyi müddət ərzində nazirliyi dəstəkləməyə hazırıq”.
Onun sözlərinə görə, sözügedən layihə təkcə Azərbaycanın vergi sisteminin inkişafına deyil, həm də biznesin aparılması üçün ölkəmizin cəlbediciliyinin inkişafına töhfə verəcək: “Azərbaycan Vergilər Nazirliyi təkcə vergiqoyma sahəsində deyil, vergilərin tutulması sahəsində, xüsusilə islahatların aparılmasının planlaşdırıldığı elektron audit sistemi məsələsində islahatları həmişə fəal surətdə dəstəkləyir. Güman edirəm ki, bu, Azərbaycan üçün böyük əhəmiyyətə malikdir”.
Tədbirdə, həmçinin, Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arjen Uijterlinde, Vergilər Nazirliyi tərəfindən layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov, Niderland Krallığının Vergi və Gömrük Administrasiyası tərəfindən layihənin rəhbəri Jaap Snaterse, layihə üzrə rezident müşavir Leendert Kers, baş ekspert Joost Kuipers çıxış ediblər.
çıxışlarda qeyd olunub ki, layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və müqavilənin dəyəri bir milyon avrodur. Bu layihəyə 6 komponent daxildir: elektron auditin tətbiqi üçün lazım olan hüquqi bazanın hazırlanması, lazımi proqram təminatının seçilməsi, elektron audit üçün məlumat bazasının yaradılması, metodologiyanın hazırlanması və auditorlar üçün treninqlərin keçirilməsi, orta və iri sahibkarlar tərəfindən tətbiq edilən elektron mühasibatın tətbiqi təcrübəsinin inkişafı, Azərbaycanda elektron audit sisteminin tətbiqi. Hər bir komponent beynəlxalq ekspertlər cəlb edilməklə həyata keçirilir.
Yeri gəlmişkən, Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, Tvinninq layihəsinin reallaşdırılması nəticəsində Azərbaycan MDB məkanında ən müasir e-audit sisteminin tətbiqinə nail olacaq. Bir sözlə, “Kompyüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi” Tvinninq layihəsi ölkəmizin vergi xidmətinin daha da təkmilləşdirilməsinə, texnoloji, metodik və analitik resurslarının gücləndirilməsinə daha bir töhfə verəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

