Azərbaycanın bütün gəncləri dövlətimiz, müstəqilliyimiz naminə birgə addımlamağı bacarmalıdır
16.04.2011 [11:17]
Məlum olduğu kimi, bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsinin 20 ili tamam olur. Prezident İlham Əliyevin Sərəncamı ilə müstəqilliyimizin 20 illiyi dövlət səviyyəsində qeyd olunacaq, bu münasibətlə müxtəlif tədbirlər keçiriləcək. “Yeni Azərbaycan” qəzeti də bu çərçivədə bir neçə layihə həyata keçirir. Bunlardan biri də “Müstəqilliyimizin həmyaşıdları” adlanır. Bu rubrika altında müstəqilliyimizlə yaşıd olan, müstəqil ölkədə dünyaya gəlmək və bu ölkənin vətəndaşı olmaq xoşbəxtliyini yaşayan gənclərimizin Azərbaycan dövlətinin keçdiyi inkişaf yolu haqqında fikirlərini, onların ölkəmizdə baş verən hadisələrə münasibətini öyrənərək, dərc edəcəyik. Layihəmizin növbəti qonağı isə Kərimova Nərgiz Sahib qızıdır.
1991-ci ilin avqustunda Ucarda dünyaya gələn Nərgiz Kərimova 1998-ci ildə Yevlax şəhər 8 saylı orta məktəbin I sinfinə daxil olub. Gəncə Dövlət Universitetinin II kurs tələbəsi olan Nərgiz Kərimova Azərbaycan Respublikasının müstəqilliyi ilə həmyaşıd olduğu üçün fəxr etdiyini deyir: “Mənim üçün çox sevindirici haldır ki, məhz, Azərbaycanın müstəqilliyinin elan edildiyi bir ildə, 1991-ci ildə dünyaya gəlmişəm. Artıq bu il Azərbaycanın müstəqilliyinin 20 ili tamam olacaq. Mən istərdim ki, müstəqilliyimiz uzunömürlü, davamlı olsun. Müstəqil bir ölkədə dünyaya gəlmək, böyüyüb boya-başa çatmaq insana başqa bir duyğu bəxş edir”.
“Hazırda Azərbaycan hər bir sahədə inkişaf etmiş dövlətlər sırasındadır və bu məni müstəqil dövlətin gənc vətəndaşı kimi çox qürurlandırır”, - deyən Nərgiz Kərimova bu inkişafın banisinin məhz Ulu öndər Heydər Əliyev olduğunu bildirib: “Müstəqilliyimizin elan edildiyi ilk dövrlər xatirimdə olmasa da, aldığım məlumatlara görə, 1991-ci ildə növbəti dəfə əldə etdiyimiz müstəqilliyimiz bizə heç də ucuz başa gəlməyib. Torpaqlarımızın işğal edilməsi, 20 Yanvar, Xocalı və digər bu kimi faciələr, xalqımızın qeyrətli oğul və qızlarının şəhid olması müstəqillik uğrunda mücadilə tariximizin ilk səhifələrinə yazılıb. Amma şükürlər olsun ki, ötən əsrin əvvəllərindən fərqli olaraq, bu dəfə xalqımız müstəqilliyimizi qoruyub saxlaya bilib. Daha doğrusu, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edib. Məhz Ulu öndərin sarsılmaz və uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan başının üstünü almış təhlükələrdən xilas olub. Tez bir zamanda ölkə daxilində sabitliyin yaradılmasına nail olan Ulu öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanması isə müstəqil ölkəmizin inkişafının əsasını qoyub. Məhz buna görə də, biz çəkinmədən bəyan edirik ki, müstəqilliyimizin xilaskarı Ulu öndər Heydər Əliyevdir. Heydər Əliyevin adı bu gün mənimlə həmyaşıd yüzlərlə gəncin qəlbinə yazılıb. çünki bu dahi şəxsiyyət əməyi, uğurları, vətənpərvərliyi ilə Azərbaycan tarixində iz qoyub. Elə iz qoyub ki, bu gün biz hamımız o izlə addımlayır və yeni-yeni uğurlar qazanırıq”.
ötən 20 il ərzində Azərbaycanda demək olar ki, hər gün dəyişikliyin, inkişafın baş verdiyini deyən Nərgiz Kərimova əlavə edib ki, bunu yaşadığı Yevlax şəhərinin timsalında da aydın şəkildə görmək mümkündür: “Hazırda yaşadığım Yevlax şəhərində son illər ərzində abadlıq-quruculuq işlərinin geniş vüsət tapdığını açıq-aydın görmək mümkündür. Salınan rəngarəng parklar, tikilən fəvvarələr, gənclərin asudə vaxtının təşkili üçün Gənclər evi göz oxşayır. Bundan başqa, fəaliyyəti bərpa edilən, eləcə də, yeni tikilən fabrik, zavodlar Yevlağın sənaye sahəsində inkişafını sürətləndirən əsas amillərdir. Yevlaxda yeni müasir avadanlıq və texnologiyalarla təsis edilmiş xəstəxana, həmçinin, bir sıra yeni məktəb binaları tikilərək istifadəyə verilib”.
Gələcəyə çox nikbinliklə baxan müsahibimiz ümid edir ki, bütün arzuları həyata keçəcək, dövlətimizin inkişafı daha da sürətlənəcək. Onun ən böyük arzusu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmasıdır: “İnanıram ki, tez bir zamanda bu münaqişə sülh yolu ilə və ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Eyni zamanda, onu da qətiyyətlə bəyan edirəm ki, Azərbaycan gəncliyi möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Vətən uğrunda döyüşlərə atılmağa hazırdır”.
Hazırda müstəqil Azərbaycanda gənclərin təhsil alması, həmçinin, ictimai-siyasi prosesdə fəal iştirakı üçün münbit şəraitin yaradıldığını da söyləyən Nərgiz Kərimova bu şəraitdən lazımi şəkildə bəhrələnməyin tərəfdarıdır: “Təəssüf ki, son dövrdə bəzi gənclər ayrı-ayrı məkrli qüvvələrin təsiri altına düşərək ölkədə icazəsiz aksiyaların keçirilməsində iştirak edirlər. Mən Yeni Azərbaycan Partiyasının üzvü kimi, həmçinin, bir gənc olaraq cənab Prezidentimizin apardığı siyasəti dəstəkləyirəm. Eyni zamanda, bütün gənclərimizi ölkəmizdə görülən işlərə düzgün qiymət verilməsinə çağırıram. Bizlər bu gün hansısa etiraz aksiyalarının iştirakçısı deyil, günü-gündən inkişaf edən Vətənimiz Azərbaycanın tərəqqisi üçün çalışan şəxslər olaraq tarixə düşməliyik. Azərbaycanın bütün gəncləri dövlətimiz, müstəqilliyimiz naminə birgə addımlamağı bacarmalıdır”.
Nadir
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59

