Bahar Muradova: Müxalifətin nə vaxt xarici dəstəyi olub ki?
20.04.2011 [09:49]
- Müxalif İctimai Palatanın aprelin 17-də Bakıda keçirdiyi aksiyanı necə qiymətləndirirsiniz?
- Mən heç bir aksiya müşahidə eləmədim. Həmin gün aksiyanın keçiriləcəyi deyilən yerin yaxınlığında, Yeni Azərbaycan Partiyasının qərargahında idim. Lakin hər hansı bir aksiyanın şahidi olmadım.
- İctimai Palata mitinq təyin etmişdi. Siz isə deyirsiniz ki, mitinq olmayıb. Əgər belədirsə, onda, sizcə, niyə belə alındı? Buna nə səbəb oldu?
- Birinci səbəb odur ki, insanlar qeyri-qanuni aksiyalarda iştirak etmək istəmirlər. Əlbəttə ki, müxalifətə dəstəyin məhdudluğu, onların seçdiyi yolun insanları qane etməməsi amili də var. Amma əsas odur ki, artıq Azərbaycan cəmiyyətində getdikcə belə bir fikir hakim olur - bütün fəaliyyətlər qanun çərçivəsində olmalıdır. Əgər Sahil bağında aksiya keçirməyə icazə verilməyibsə, icazə verilməyən yerə gedilmirsə, deməli, insanlar qanunu pozmaq istəmirlər.
- İcazə verilən yerə getsələr, müxalifətin mitinqində iştirak edən olarmı?
- İndiyədək onların icazə verilən yerdə aksiya keçirdiyinin şahidi olmamışam, buna görə də hər hansı fikir söyləmək imkanım yoxdur. Hər halda düşünürəm ki, onlar söylədikləri kimi möhtəşəm aksiya keçirmək iqtidarındadırlarsa, insanlar gecə-gündüz müxalifətin aksiya keçirməsi və orada iştirak etmələri arzusundadırlarsa, bunu sübut eləmək üçün aksiyanı icazə verilən yerdə keçirməli idilər. Cəmiyyət də bunu gözləyir. İnsanlar təhlükəsiz, polisin qanunla nəzərdə tutulmuş formada müdaxilə etməyəcəyi yerdə aksiya olmasını istəyə bilərlər. İcazə verilməyən yerə insanları çağırmaq, nəinki insanları çağırmaq, özlərinin ora gəlməməsi - buna aksiya demək olmur. Hesab edirəm ki, insanların vaxtını alıb belə qaçdı-tutdu oyunu oynamağa münasibət bildirməyin özü düzgün deyil.
- İctimai Palatanın 2 aprel mitinqindən sonra hakimiyyət nümayəndələrinin xarici ölkə nümayəndələrinə iradları vardı. Parlamentdə də bu məsələ qalxmışdı ki, xarici qüvvələr insanların Bakıda küçələrə çıxmasına dəstək veriblər. 17 aprel aksiyası ilə bağlı nə demək mümkündür bu baxımdan?
- Söhbət dəstəkdən getmirdi. Heç kim düşünmür və bu fikri də ifadə etməyib ki, müxalifət xaricdən dəstəyə malikdir. Müxalifətin nə vaxt xarici dəstəyi olub ki? Azərbaycanı istəməyən bəzi dairələrin müxalifəti əlində alət etmək cəhdləri hər vaxt var. Bu dəfə də olan bu idi. Və biz səfirlərin oyuncaq bir qurumun nümayəndələri ilə görüş keçirməsinə qarşı çıxış edəndə heç də fikrimiz ondan ibarət deyildi ki, onlar xaricdən dəstək alır və bu bizi qane etmir. Sadəcə, həmin şəxslərin ictimaiyyətə bəlli olmayan, ictimaiyyətdən gizli söhbətlər etməsinə, eyni vaxtda xeyli ölkənin nümayəndəsinin bir araya gəlməsinə, orada jurnalistlərin iştirakına imkan verilməməsinə öz etirazımızı bildiririk. Parlamentdə hansısa gizlin söhbətlərin olmasına, məlumatların olmamasına etiraz bildirilmişdi.
Bu etiraz heç də o demək deyil ki, öz taleyindən narazılıq kompleksi yaşayan, Azərbaycanda heç bir siyasi marağını reallaşdıra bilməyən radikal müxalifət hansısa siyasi perspektivə malikdir, hansısa ölkələr və onların iqtidarları tərəfindən dəstəklənir.
- Bahar xanım, hakim partiyanın İcra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov deyib ki, 2 aprel mitinqində xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Onun sözünə görə, onların əllərində xəritələr olub, müxalifətə göstəriş veriblər, çəkiliş aparıb, hətta şüar səsləndiriblər. YAP-ın müşahidələri necədir? 17 aprel mitinqində həmin qüvvələr yenə iştirak edibmi?
- Aksiyaya cəhd dövründə müşahidə olunanlarla bağlı mövqeyimizi açıqladıq. O ki, qaldı 2 aprel mitinqində xaricilərin çox olmasına, görünür, bəzi dairələrdə də bu maraq varmış ki, görək bu insanlar meydana kimisə çıxartmağa qadirdirlərmi? 2 aprel mitinqində həmin dairələrin ümidləri puç olub. Aprelin 17-də isə elə həmin dairələrə aydın oldu ki, bu insanlar nəinki bir ölkənin, nəinki bir dövlətin, xalqın taleyində iştirak imkanına, hətta öz fərdi talelərindən ötrü hərəkət etmək imkanına da malik deyillər.
İnanıram ki, bir çox jurnalistlər meydanda qaçdı-tutdunun təkrar olunmasını istəyirdilər, amma o da alınmadı. Bu, Azərbaycanda radikalizmin dəstəklənmədiyini sübut edir. Radikalizmi yeganə özünüifadə forması seçən dairələrin iflasıdır, onlara istinad edib Azərbaycanda hansısa qarışıqlıq salmaq istəyən, erməni dairələrinə bağlı, Azərbaycanı sevməyən insanlara bağlı dairələrin ehtimallarının puça çıxmasıdır.
- İctimai Palatanın gələcəyi ilə bağlı proqnozlarınız necədir?
- Bu günü olmayan oyuncaq bir təşkilatın gələcəyi nə ola bilər? Bu İP deyilən təşkilat, vallah, bilmirəm nədir...
- Aprelin 17-də xeyli adam saxlanıb, barələrində cərimə, xəbərdarlıq və həbs cəzaları seçilib. Onlardan biri də AXCP sədrinin müavini Gözəl Bayramlıdır. Son bir neçə ildə ilk dəfədir aksiyada iştirak edən qadın inzibati həbs cəzası alır. Buna münasibətiniz necədir?
- Mən çox təəssüf edirəm ki, Azərbaycan qadınlarının nümayəndəsi özünə elə fəaliyyət forması seçib ki, törətdiyi bəzi hərəkətlərə görə həbs olunub. Onun hərəkətlərinin nədən ibarət olduğunu deyə bilmərəm. Hüquq mühafizə qurumları yəqin ki, onun hərəkətlərinə adekvat cəza tədbirinin seçilməsi barədə qərar çıxarıb. Bu səbəbdən də bunu dəyərləndirmək istəmirəm. ümumiyyətlə isə belə bir halın baş verməsinə təəssüf edirəm. çox istərdim ki, Azərbaycan qadını özünə siyasi yol seçərkən, özünüifadə formaları seçərkən diqqətli olsun.
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:21
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10

