"İctimai Palata"nın mitinq taktikası fiaskoya uğradı
22.04.2011 [09:31]
Məlum olduğu kimi, aprel ayının 2-də və 17-də “İctimai Palata” adlanan qurumda birləşən radikal müxalifətçilər Bakı şəhərinin mərkəzində icazəsiz kütləvi aksiyalar keçirməyə cəhd göstərdilər. Amma onların hər iki cəhdi iflasa uğradı. Bu fiaskonun səbəbi isə təbii ki, Azərbaycan xalqının onlara dəstək verməməsidir. Həmin qurumun rəhbərləri öz şəxsi maraqları naminə və xaricdən aldıqları tapşırıqları həyata keçirmək üçün insanları qanunsuz mitinqə çağıraraq, ictimai-siyasi sabitliyi pozmağa çalışırdılar. Amma bu məqsədləri puç olanlar indi çox çətin duruma düşüblər. Hər iki mitinq cəhdindən sonra radikallar bir daha anladı ki, onların Azərbaycan cəmiyyətində sosial dəstəyi yoxdur. Bu fakt sübut edir ki, cəmiyyətimiz radikalizmə “yox” deyir, təkamül yolu ilə inkişafı dəstəkləyir. Mitinqləri təşkil edən radikal müxalifət başçılarının, o cümlədən, İsa Qəmbərin və Əli Kərimlinin isə meydanda olmaması onların şou ilə məşğul olduqlarını bir daha nümayiş etdirdi.
Aprelin 2-də və 17-də “İctimai Palata”nın fiaskosu ilə müşayiət olunan “kütləvi aksiya” bir sıra maraqlı cəhətləri ilə də yadda qaldı. Birinci növbədə onu qeyd etmək lazımdır ki, müxalifət, əslində, bu cür ucuz şoularla cəmiyyətin diqqətini özünə cəlb etməyə çalışsa da bu, mümkün olmur. Bundan başqa, Azərbaycan xalqı tərəfindən dəstəklənməyən bu düşərgə təmsilçiləri bəzi ərəb ölkələrindəki hadisələrdən “ruhlanaraq” özlərini xaricə göstərmək üçün əllərinə fürsət düşdüyünü fikirləşirdi. Müəyyən illərdə özünü bir sıra xalqlarla müqayisə etməyə çalışan, bəzi zamanlarda gürcü, bəzi vaxtlarda ukraynalı, bəzi dövrlərdə isə ərəb olmağa üstünlük verən, həmçinin, bu ziddiyyətlər arasında özünü bütünlüklə məhv edən Azərbaycanın radikal müxalifəti yalnız reallığı nəzərə almadan özünü küçəyə atmaq üçün sıraya düzülür. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, öz erməni “partnyorlarının” köməkliyi ilə xaricdə yaşayan erməni lobbisinin də yaxından dəstəyini qazanan düşərgə artıq kartlarını açır və bütünlüklə iflasa uğradığını özü də etiraf edir.
Bununla yanaşı, onlar hər zaman pafosa üstünlük verərək kütləvi aksiya təşkil edəcəklərini bildirsələr də, sonda gücləri yalnız lokal şəkildə bir neçə qrupu küçəyə çıxarmağa çatır. Bu isə onların nə qədər zəif və aciz olduğunu bir daha göstərir.
Artıq hər kəsə bəllidir ki, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini xarici dairələrin maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət təmsilçiləri son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edirlər. öz bəyanatlarında insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və “dayı”larının maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq göstərirlər. İcazəsiz aksiyalar da məhz bu metodlardan biridir. Bu aksiyalar isə baş tutmur və dağıdıcı müxalifət hər dəfə rəzilliklə fiaskoya uğrayır. çünki yuxarıda da qeyd etdiyimiz kimi, radikal müxalifətin sosial dayaqları, reytinqi yoxdur və onlar, demək olar ki, öz funksionallıqlarını itiriblər. Siyasi partiya adı altında fəaliyyət göstərən bu qüvvələr həqiqətdə təxribatçı-dağıdıcı təzyiq qrupu funksiyasını yerinə yetirirlər. Bu amil isə onların mütəmadi məğlubiyyətlərini təmin edən dəyişməz faktor kimi çıxış edir.
ümumiyyətlə, Azərbaycan cəmiyyəti uzaqgörən və siyasi cəhətdən təkmilləşmiş bir toplumdur və radikal müxalifətin dağıdıcı mövqeyini heç zaman qəbul etmir. Xalqımız bu gün Azərbaycanın inkişafını təmin edən mövcud hakimiyyətin siyasətini dəstəkləyir və mövqeyini də seçkilər zamanı nümayiş etdirir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

