Vardanyan Moskvaya niyə gedib?
11.02.2023 [10:30]
Moskvanın açıq gündəliklə göndərdiyi milyarder ümidləri doğrultmadı
Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyarder Ruben Vardanyanın “sərgüzəştləri” bitmiş kimi görünür. Qeyd edək ki, Ermənistan KİV-inin yaydığı məlumata görə, Araik Arutyunyanın ardından Rusiyaya gedən Vardanyandan xəbər yoxdur. Ermənistanın “Hrapark” nəşri Vardanyanın hələ də Moskvada olduğunu yazıb. “Hraparak” Moskva səfərinin Vardanyan üçün yolun sonu olacağını da iddia edib: “Arutyunyanın tərəfdarları onun Moskvadan kifayət qədər yüksək əhval-ruhiyyədə qayıtdığını deyirlər. İndi Vardanyan Moskvada özünə qarşı münasibətə aydınlıq gətirir. Ola bilsin ki, qayıdandan sonra aranı sakitləşdirmək üçün könüllü “istefa” versin”. Hətta onun geri qayıtmayacağı da istisna edilmir...Vardanyanın ilk fiaskosu - ekoaksiya...
Əslində baş verənləri “Vardanyan layihəsi”nin rəsmi olaraq uğursuzluğu kimi də dəyərləndirmək olar. Çünki Qarabağa “göndərilən” zaman Vardanyanın qarşısına konkret situasiyanı dəyişmək kimi vəzifə qoyulmuşdu. Amma plan işləmədi - Vardanyan kartının əsl üzü, əsl məqsədi çox tez bəlli oldu. Azərbaycan ilk addımdaca Vardanyanla bağlı həqiqətləri bəyan etdi - Ruben Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib bir cinayətkardır. Sonradan hətta Rusiya vətəndaşlığından imtinası belə Vardanyanı siyasi baxımdan “xilas” etmədi. Beləliklə, Moskvadan çox aydın gündəliklə göndərilən Vardanyanın “Qarabağ arzuları” dövrü başladı ki, bu arzular tükənməz olduğu qədər, gülünc və qeyri-ciddi xarakter daşıyırdı. Qarabağ separatçılarına qoşulan zaman Azərbaycanın təbii sərvətlərini rahat şəkildə oğurlayacağını, beləliklə də həm özünün varidatını artıracağını, həm də havadarlarının ciblərini dolduracağını düşünən Vardanyanın elə ilk həmlədəcə oxu daşa dəydi. Azərbaycan dövləti Vardanyanın qeyri-qanuni hərəkətlərini ifşa etdi. Rubenin ilk vəzifəsi bu sərvətlərin Laçın yolu ilə Ermənistana daşınmasını təmin etmək idi - Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər isə Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axmalı idi. Ötən ilin dekabrın 12-dən başlayaraq hələ də davam edən ekofəalların iştirakı ilə keçirilən aksiya isə separatçı “nazirin” əl-qolunu bağladı. Hətta Fransanın “köməyi” belə işə yaramadı - Ermənistan, separatçı rejim və onun havadarları heç bir beynəlxalq təşkilatda bu məsələ ilə bağlı ciddi addım ata bilmədilər. Beləliklə də Laçın yolundakı ekoaksiya Vardanyanın ilk fiaskosunu reallaşdırdı...
Müharibə ritorikası nəinki işə yaramadı, hətta...Eyni zamanda, Vardanyanın qarşısına qoyulan, amma yerinə yetirilməyən ən mühüm şərtlərdən biri Qarabağ ermənilərini Azərbaycana qarşı birləşdirmək idi. Bu da alınmadı. Buna ən bariz sübut - Xankəndində 100 minlik etiraz aksiyası təşkil edəcəyini deyən, sonradan isə bu “qərarını” ləğv edən Vardanyan düşdüyü çıxılmaz durumu pərdələməyə çalışması idi. Sonradan “keçirdiyi” aksiyadan yayılan fotoşəkillər isə gülünc bir mənzərə formalaşdırırdı - 100 minlik dediyi “mitinqdə” 100 nəfər yox idi.
Təbii ki, burada da mühüm amillər mövcuddur. Birincisi, Vardayanın son dövrlərdə səsləndirdiyi müharibə, terror, təxrtibat ritorikası - bu ritorika real sayıla bilməzdi. Qarabağda yaşayan ermənilərin qarşısında pafosa güc verən Vardanyan arxasında heç bir real resurs olmadan danışırdı. Bu isə onun Qarabağ erməniləri qarşısında qeyri-ciddi obrazını formalaşdırırdı. Müharibə istəməyən sadə ermənilər Vardanyanın onlara “vəd etdiyi” yolla irəliləmək istəmədi.
Vardanyanın avantürizmə söykənən absurd fikirlərinin həyata keçməsi üçün isə heç bir şans yox idi. Onun yersiz müharibə çağırışının səbəbi və hədəfi də bəlli idi - 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində yaradılmış qondarma rejimin “ömürünü uzatmağa” çalışırdı. Eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında gedən sülh danışıqları prosesində qondarma qurumun “tərəf” kimi danışıqlar aparması istiqamətində səylər göstərilirdi. Məqsəd ermənilərin Azərbaycanın daxilində hansısa statusla yaşamasını təmin etmək idi ki, Azərbaycanın məsələdəki mövqeyi bu gün də dəyişilməzdir - Bu olmayacaq...
Əksinə, Azərbaycan hər addımda bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan Konstitusiyası ilə müəyyən olunmuş bütün hüquq və azadlıqlar onlara da şamil olunur. Azərbaycanın qəti mövqeyi belədir ki, kənardan gətirilib xüsusi qaydada statuslandırılan kiminləsə deyil, məhz Qarabağdakı ermənilərin içindən çıxmış və sözün əsl mənasında onları təmsil edə biləcək şəxslərlə müəyyən edilmiş səviyyədə dialoq apara bilər. Qarabağda yaşayan sıravi ermənilər isə anladılar ki, onların üzərinə qurulan oyunların qurbanına çevriliblər. Vaxtilə Robert Koçaryan və Serj Sarkisyan kimi, Vardanyan da onlardan istifadə edərək Ermənistanda hakimiyyəti ələ keçirmək, sərvət sahibi olmaq fikrindədir. Bu baxımdan da, Xankəndidə keçirilən mitinqdə 100 nəfərdən artıq adam iştirak etmədi...Özünü “təsdiq” edə bilmədi
Bütün bunlar isə nəticədə Rusiyanın planlarını “suya saldı”. Vardanyanı açıq gündəliklə Xankəndiyə göndərənlərin əsl məqsədləri ondan qəhrəman obrazı düzəldərək İrəvana yolunu açmaq idi. Başqa sözlə, Vardanyanın Xankəndidə əldə edəcəyi “uğurlar” onu İrəvan hakimiyyətinin Olimpinə daşıyacaqdı. Vardanyanın separatçı rejim üçün bu qədər “iş görməsi” görüntüsünün fonunda isə Paşinyanın daha bacarıqsız və aciz kimi təqdim olunması diqqəti cəlb etməli idi. Ən azından erməni KİV-nin Rusiyanın nəzarətində olan seqmentinin son aylardakı təbliğatı məhz bu istiqamətdə yönəlmişdi. Erməni baş nazirin Qarabağı “unutduğunu” idda edənlər yenidən aktivləşdirilirdi.
Amma Vardanyan özünü “təsdiq” edə bilmədi, ümidləri doğrultmadı. Onun Qarabağdan İrəvana “transferi” isə artıq çətin məsələdir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

