Günahkar spikerdir...
15.02.2023 [10:36]
Avroparlamentin “şərab” ittihamında
erməni izi Bəzi beynəlxalq statuslu təşkilatlar, təsisatlar “korrupsiya ittihamı” üzərindən manipulyasiyada peşəkarlaşıb. Başqa sözlə, onun dediyini təkrarlamayan, onun maraqlarını təmin edən addımları atmayanlara qarşı bu ittihamı irəli sürmək həmin təşkilatlar üçün “adətə” çevrilib. Amma deyəsən iş dəyişib. Artıq bir müddətdir ki, bu metodologiyadan aktiv şəkildə istifadə edən təşkilatlardan birinin - Avropa Parlamentinin başı qalmaqaldan açılmır. Cəmisi bir neçə ay öncə Belçika polisi Avropa Parlamentinin Belçikada fəaliyyət göstərən 14 vitse-prezidentindən biri olan Eva Kaili rüşvət alma səbəbilə əli olduğu korrupsiya istintaqı ilə əlaqədar paytaxt Brüsseldə saxlamışdı. İndi isə Avroparlament yeni ittihamla çalxalanır.
Bu dəfə spiker günahlandırılır...
Ümumiyətlə, Avropa Parlamentinin spikerinin vəzifələrindən biri bu təşkilatın üzvlərinin bahalı otellərdə, dəbdəbəli restoranlarda keçirdikləri vaxt, təyyarələrdə biznes-salonlarda uçuşlar, şou proqramlarına və idman yarışlarına VIP-lojalarda tamaşa etmək xərclərinin kənar şəxslər tərəfindən ödənilməsi barədə təhqiqat aparmaq və bu barədə hesabatlar təqdim etməmiş Avroparlament deputatlarının cəzalandırılması haqda qərar qəbul etməkdən ibarətdir.
Bəs Avropa Parlamentinin spikeri özü bu qaydalara nə dərəcədə riayət edir?
Almaniya mediasına istinadla KİV xəbər verir ki, Roberta Metsola bu yaxınlarda tənqidə məruz qalıb o, əri ilə birlikdə Fransanın təmtəraqlı otelində keçirdiyi gecənin xərcinin Şərab İstehsalçıları Assosiasiyası tərəfindən ödənilməsi haqda məlumat verməyib. Bu barədə söz-söhbət çox olub, lakin spikerə heç bir sanksiya tətbiq edilməyib. Onun Avropa Parlamentinin spikeri vəzifəsində işi üçün şərab istehsalının nə dərəcədə zəruri olması aydın deyil, bu məsələdə spikerin ərinin rolu isə ümumiyyətlə, tapmacadır.
AP-nin rüşvət “skamyası” - bahalı otellər, uçuşlar...
Avropa Parlamentinin deputatlarının maaşları pis deyil. Lakin bu fakt onların çoxunun səfərlər zamanı bahalı otellərdə qalmaq, aviabiletlər almaq və başqa xərclərin üçüncü şəxslər tərəfindən hədiyyə kimi ödənilməsinə mane olmur. Təmtəraqlı otellərdə gecələmə, qitələrarası uçuşlar, futbol matçları zamanı ən bahalı yerlərdə əyləşmək - bunlar rüşvət deyilmi? DPA agentliyi tərəfindən aparılmış təhqiqat nəticəsində məlum olub ki, Avropa Parlamentinin deputatları bu növ informasiyanın açıqlanması barədə öhdəliklərinə riayət etmirlər. Agentlik Avropa Parlamentinin Almaniyadan olan bütün deputatlarına eyni sualla müraciət edib: onlar səfərlər və parlamentin daxili qaydalarına uyğun olaraq keçirilən tədbirlərlə bağlı xərclərin üçüncü şəxslər tərəfindən ödənilməsi barədə informasiya verirlərmi və bunu vaxtında edirlərmi?
Məlum olub ki, Avropa Parlamenti üzvlərinin yarısının bu qaydadan ümumiyyətlə, xəbəri yoxdur. “Transparency International” təşkilatından bildiriblər: “Parlament üzvləri bu qaydaları ciddi qəbul etmirlər”, nadir bəyannamələr isə çox gec təqdim edilir. Təşkilatın hesabatında deyilir: “Cəzasızlıq mədəniyyəti var”.
“Şərab qalmaqalı”nın görünməyən tərəfi - erməni izləri...
Bəli, zaman-zaman fərqli ölkələrə, həm də Azərbaycana qarşı ikili standartlarla çıxış edən, şər-qarayaxma kampaniyası aparan, hətta qərəzli qətnamələr çıxaran “demokratik” təsisatların iç üzü açılır. Göründüyü kimi, budəfəki “şərab qalmaqalı” ötən ilin sonunda ortaya çıxan “korrupsiya qalmaqalı”ndan heç də geri qalmır. Eyni zamanda, bu dəfəki məsələ özündə bir sıra maraqlı faktları birləşdirə bilər. Məsələn, AP spikerinin xərclərinin “şərabçılar” tərəfindən çəkilməsinin arxasında hansı qüvvələrin dayanması olduqca maraqlı faktdır. Bu rüşvətin nəyin qarşılığında alındığı ortaya çıxmalıdır. Eyni zamanda, bu fakt bir gerçəkliyi növbəti dəfə gün üzünə çıxarır - “demokratik” hesab edilən bu kimi təsisatlar da korrupsiyadan və ya rüşvətdən sığortalanmayıb.
Digər tərəfdən, bu kimi faktlar Avropa strukturlarının da “formatlanmasına” ehtiyac duyulduğunun göstəricisidir. Hətta son dövrlərdə Avropa Parlamentinin əsassız şəkildə Azərbaycana qarşı etdiyi hücumlar belə şərab qalmaqalı ilə bağlı mühüm şübhələrə yer açır. Belə faktlar dəfələrlə qərəzli qətnamələri ilə yadda qalan, birtərəli araşdırmalar aparan, eləcə də birtərəfli qərarları ilə “seçilən” strukturların fəaliyyətini və qərarlarını da şübhə altına alır - bəlkə də, Azərbaycana qarşı aparılan son qərəz kampaniyasının köklərini də məhz bu kimi “erməni şərabı”nın damcıları “suvarmaqdadır”...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50

