Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Niyə getmişdi, niyə qayıtdı?

Niyə getmişdi, niyə qayıtdı?

16.02.2023 [10:56]

Vardanyan Xankəndi fiaskosuna cavab axtarır

Son proseslərin inkişafı bir daha sübut edir ki, Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Orada baş verən bütün hadisələr və cərəyan edən proseslər barədə tam dolğun məlumatımız var. Proseslərin təhlili göstərir ki, vəziyyət Azərbaycanın xeyrinədir. Dekabrın 12-dən etibarən başlanan və davam edən ekoaksiya isə beynəlxalq hüquqa əsaslanan mövqeyimizin ictimai nümayişidir - Azərbaycan ictimaiyyəti əzəli və əbədi torpağımız olan Qarabağda sərvətimizin talanmamasına göz yummayacağını bildirir. Baş verənlər isə onu göstərdi ki, nə Ermənistan, nə onun havadarları, nə də hər hansı üçüncü bir qüvvə bu vəziyyəti dəyişə bilməz. Qarabağda qurulmasına çalışılan oyunların isə heç bir perspektivi yoxdur - Xankəndidə yerləşən hərbi-quldur dəstəsi heç bir siyasi məna və ya mahiyyət daşımır. Elə o mənada da, həmin quldur dəstəsinə kimin və ya kimlərin başçılıq etməsi də heç bir önəmə malik deyil.

Missiya yerinə yetirilmədi...

Beləliklə, bir neçə ay öncə Qarabağda “peyda” olan, xarici maraqların təmsilçisi kimi separatçı rejimə “təyinat” alan Vardanyan fiaskosu davam edir. Qeyd edək ki, Ruben Vardanyanın Moskva “macərası” başa çatıb və KİV-də yayılan məlumatlara görə, o Qarabağa qayıdıb. Onun bu gedişi və qayıdışı isə bir sıra məqamlarla izah oluna bilər.

İlk növbədə, Vardanyan onun qarşısına qoyulan heç bir öhdəliyi yerinə yetirə bilmədi - son 6 ayda baş verənlər “Vardanyan layihəsi”nin rəsmi uğursuzluğu kimi də dəyərləndirilməlidir. O, Qarabağa “göndərilən” zaman konkret situasiyanı dəyişmək kimi vəzifə ilə “görəvləndirilmişdi”. Amma onu göndərən qüvvələrin arzusu puç oldu - Vardanyan kartı vaxtından tez ifşa edildi. Azərbaycan ilk addımdaca Vardanyanla bağlı həqiqətləri cəmiyyətə bəyan etdi və bildirdi ki, Ruben Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib bir cinayətkardır. Sonradan hətta Rusiya vətəndaşlığından imtinası belə Vardanyanı bu siyasi asılılıqdan “xilas” etmədi. Beləliklə, Moskvadan çox aydın gündəliklə göndərilən Vardanyan Qarabağ separatçılarına qoşulan zaman Azərbaycanın təbii sərvətlərini rahat şəkildə oğurlayacağını, beləliklə də həm özünün varidatını artıracağını, həm də havadarlırının ciblərini dolduracağını düşünürdü - amma Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axmadı. Ekofəalların aksiyaları Vardanyanı Xankəndinə göndərənlərin qarşısında “üzüqara” çıxardı. Yayılan informasiyalara görə, bunun nəticəsidir ki, Vardanyan Moskvada hər hansı bir ciddi şəxs və ya qurum rəhbəri tərəfindən qəbul edilməyib.

Separatçıların “qiyafəsini” dəyişə bilmədi...

İndiki halda onun Moskvaya getməsinin və qayıtmasının da mühüm ştrixləri mövcuddur. Belə ki, ona güvənən, hətta yeni mərhələdə onu İrəvan hakimiyyəti üçün “nəzərdə tutan” qüvvələr qarşılaşdıqları fiaskodan çıxış yolu axtarırlar. Amma bu yol üçün artıq Vardanyan işə yaramayacaq - onun “istifadə müddəti” bitdi. Eyni zamanda, Vardanyanın separatçı “rejimi” yeni qiyafədə təqdim etmək cəhdləri də alınmadı. Vurğulayaq ki, o, Moskvadan Xankəndiyə göndərilərkən həm də bu istiqamətdə təlimat almışdı:

- Separatçı rejimə bu və ya digər yollarla müəyyən beynəlxalq status qazandırmaq - Vardanyanın Xankəndiyə hava yolunun açılması ilə bağlı təklifi buna hesablanmışdı;

- Biznes ortaqlarının əli ilə xarici ölkələrdə rejim təmsilçilərinin “təbliğatını” təşkil etmək - Arutunyanın Fransadakı “media macərası” da bundan qaynaqlanırdı;

- Hərbi quldur dəstəsindən “siyasi tərəf” olmaq mərhələsinə adlamaq - I Qarabağ Müharibəsindən “miras” qalmış Balasanyan kimi şəxslərlə davası da buna əsaslanırdı.  Beləliklə, Vardanyanı göndərənlər bu yolla seapartçı rejimi danışıqlar prosesinə pərçim edə bilcəyini düşünürdülər... 

Amma bütün bunlar alınmadı - Azərbaycan dövləti hər zaman bəyan edib ki, Ermənistanın Qarabağda yaratdığı qondarma separatçı qurumla hər hansı bir məsələni müzakirə etmək fikrində deyil. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Cinayətkar separatçı qurumla isə hər hansı bir müzakirə aparılmayacaq. Azərbaycanın bu məsələdə mövqeyi qəti və dəyişməzdir.

Ruben şələ-küləsini yığıb...

Vardanyanın dönüşü həm də yeni situasiya formalaşdıra bilər. Belə ki, bu qayıdış Azərbaycanın separatçı rejimə qarşı beynəlxalq hüquqa əsaslanan antiterror əməliyyatı məsələsini yenidən aktuallaşdıra bilər. Ölkəmiz bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüquqda - BMT Nizamnaməsində də özünü tövsif edir. Başqa sözlə, hər hansı bir təxribat və ya bu kimi düşüncələr bütün hallarda onların özlərinin əleyhinə yönələcək. Son bir il ərzində baş verənlər, erməni təxribatları bunun əyani sübutudur. Bu gün Azərbaycan bütün strateji yüksəklikləri əlində saxlayır - Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər ölkəmizə böyük strateji üstünlük təmin edir. Vardanyan isə yeni macəra axtarışına çıxmamış şələ-küləsini də yığıb Qarabağı tərk etsə, özünə daha yaxşılıq etmiş olacaq...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31