/ / "Eurovision-2011" müsabiqəsi bir daha Azərbaycanın Avopa ölkələri sırasına qəbul edildiyini göstərdi
"Eurovision-2011" müsabiqəsi bir daha Azərbaycanın Avopa ölkələri sırasına qəbul edildiyini göstərdi
17.05.2011 [03:24]
N.Məmmədovun fikrincə, belə qələbə bu gün Azərbaycanın hərtərəfli lider olduğunu bir daha sübut etdi: “Mən belə başa düşürəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərin silsiləsinə bunu da əlavə etmək lazımdır və bundan sonra da uğurlar davam edəcək. Belə qələbələri, məhz, Prezident İlham Əliyevlə birgə qazanmaq daha asan olur”.
PA rəsmisi bəzi ölkələrin Azərbaycana az səs verməsinə də münasibətini açıqlayıb: “Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Azərbaycanla çox yaxından əməkdaşlıq edən bəzi dövlətlər - Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Norveç, Bolqarıstan, Danimarka kimi ölkələr heç 3-4 bal da vermədilər. Lakin bunu onların mahnıya qiymət verməmələri ilə yox, həmişəki kimi, onların özlərinin müəyyən mövqeyinin olması ilə qiymətləndirirəm”.
PA-nın şöbə müdiri təəssüflənir ki, bu gün Azərbaycanın sürətli, hərtərəfli inkişafı, regionda liderə çevrilməsi, beynəlxalq aləmdə özünün möhkəm mövqeyini formalaşdırması bəzi dairələrin xoşuna gəlmir və onlar qısqanclıqlarını nümayiş etdirirlər: “Bu möhtəşəm qələbədən sonra Qərbdə bir neçə qəzet Azərbaycanın qələbəsinə öz qərəzli münasibətlərini gizlədə bilmədi. Onlar belə bir sevinci işğal altında olan torpaqların qaytarılması ilə də yaşamaq arzumuza qərəzlə yanaşaraq, qəribə fikirlər səsləndirirlər və Ermənistanın iştirak etmədiyini göstərərək bu ölkəyə məhəbbətlərini gizlədə bilmirlər. “New York Times”, “Şpigel” qəzetlərində bununla bağlı yazılıb. Bu qəzetlər öz qərəzli münasibətini gizlədə bilmədilər. Əslində gizlətməyə heç çalışmadılar da. “Azərbaycan “Eurovision”da qalib gəlib” cümləsini çox çətinliklə yazandan sonra Azərbaycanı tənqidə keçdilər. Bu da bizi narahat etməməlidir, çünki bizim yolumuz düzdü, siyasətimiz müstəqildir, bütün ölkələrlə məhsuldar, qarşılıqlı əməkdaşlıq edirik və öz yolumuzla da gedəcəyik”.
N.Məmmədov hesab edir ki, belə qələbələr bütün xalqı birləşdirir: “Əksəriyyət gənclər olmaqla, bütün xalqın küçələrə çıxması, iftixar hissini nümayiş etdirməsi ölkənin əhval-ruhiyyəsindən xəbər verir. Yəni, bu ölkədə proseslər düzgün istiqamətdə gedir. Avropanın əhalisi, ictimaiyyət, məhz, gənclərimizin sənətinə, sənətkarlığına, ustalığına qiymət verdilər. Bu nöqteyi-nəzərdən, həqiqətən bizimkilər birinci yerə layiq idilər. Onların çox böyük bal fərqi ilə birinci yerdə olmaları artıq Azərbaycan sənətkarlığının nə qədər yüksək səviyyədə olduğunun bir daha nümayiş etdirdi, çünki onların qarşılarında heç bir rəqib qala bilmədi”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40

