Bizim üçün ən böyük hədiyyə Azərbaycan xalqının sevgisidir
18.05.2011 [09:04]
Dünən “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Cemalın mətbuat konfransı keçirilib. Mətbuat konfransında qalib cütlüklə yanaşı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl ömərov, “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli, eləcə də digər görkəmli ziyalılar və müxtəlif media orqanlarının nümayəndələri iştirak ediblər.
İlk növbədə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl ömərov 56-cı “Eurovision” mahnı müsabiqəsində əldə olunan qələbə sayəsində bütün Azərbaycan xalqının sevinc və bayram içərisində olduğunu bildirib: “Bu gün biz sevinc, bayram içərisindəyik. Bu qələbə bütün Türk dünyasının, neçə-neçə ölkənin sevincidir. Bu sevinci bizə bəxş edən Nigar xanım və Eldar bəyə təşəkkür edirəm”.
Qazanılan qələbənin doğurduğu sevinc və fərəh hissini sözlə təsvir etməyin mümkün olmadığını deyən İ.ömərov müsabiqə birinciliyini Azərbaycanın hər zaman nail olmağa çalışdığı zirvə adlandırıb. Bu qalibiyyəti tarixi qələbə adlandıran baş direktor 14 may gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləyib. O, həmçinin, Azərbaycanı “Eurovision” musiqi yarışmasında qələbəyə aparan yola nəzər salıb: “Avropa Yayımları Birliyinə üzv olduğumuz 2007-ci ildə bizim bu yarışmaya qoşulmaq istəyimizin və bu istəyin reallaşmasının ilk təşəbbüskarı, onun himayədarı, qayğıkeşi ölkəmizin birinci xanımı hörmətli Mehriban Əliyevadır. Bu gün biz bu minnətdarlıq hissini ona çatdırmalıyıq, çünki bu günün başlanğıcı məhz onun qayğısı, onun birbaşa himayəsi ilə qoyulub”.
İ.ömərov müsabiqəyə göndərilən ifaçıların seçimini həyata keçirən münsiflər heyətinin üzvlərinə də təşəkkürünü bildirib: “Belə bir gündə mütləq onu da xatırlamaq yerinə düşər ki, hər şeyin əsası həm də seçimdən asılıdır. Mən bu seçimi edən, bu qərarı verən münsiflər heyətinə dərin təşəkkürümü bildirirəm”.
O, münsiflərin yekdil qərarının məhz Eldar Qasımovla Nigar Cemalın üzərində cəmləşməsini böyük uğur kimi dəyərləndirib: “Bu seçim ideal seçimdir. Bu, təkcə bizim seçimimiz deyil, bu, bu gün dünyanın seçimidir”.
İ.ömərov qələbənin ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bu qələbə bütün dünyanın diqqətini Azərbaycana yönəldib: “İfaçılarımız parlaq çıxışı ilə Azərbaycanın bütün dünyanın diqqətində bir sivil, demokratik, inkişaf etmiş, təfəkkürlü ölkə kimi obrazını yaratdılar. Bu, çox önəmli bir məsələdir. Biz radio və televiziya işçiləri olaraq, təbii ki, xalqımızın mədəniyyətini, musiqisini yaymaqla onun bütün üstün cəhətlərini dünyaya tanıtmaqla məşğuluq. Amma heç bir tanıtım proseduru, heç bir tanıtım kampaniyası, heç bir digər yüksək səviyyəli tədbirlər Azərbaycanı “Eurovision” yarışmasındakı bu qalibiyyət qədər tanıda bilməz”.
Şirkət rəhbəri “Eurovision-2012”yə ev sahibliyi edəcək Azərbaycanda müsabiqənin keçirilmə prosedurlarının gələn ayın 20-də Avropa Yayımları Birliyinin mərkəzi ofisinin yerləşdiyi Cenevrədə aparılacaq müzakirələr nəticəsində müəyyənləşdiriləcəyini söyləyib. çıxışının sonunda İ.ömərov Azərbaycanda keçiriləcək müsabiqənin yaddaqalan olacağına inamını da ifadə edib: “Mən inanıram ki, bizim xalqımızın üstünlükləri 2012-ci il “Eurovision” müsabiqəsində də özünü biruzə verəcək. Bütün ölkələrdə təmtəraqla keçirilən bu yarışmanın ən gözəl nümunəsi Azərbaycanda olacaq. Bu, bizim dövlətimizin, mədəniyyətimizin gücünü, millətimizin təfəkkürünü göstərəcək”.
öz növbəsində, “Eurovision-2011” müsabiqəsindəki təmsilçilərimiz də onlara dəstək olan hər kəsə təşəkkür ediblər. Eldar Qasımov konfransda çıxışında bildirib: “Mən də bütün Azərbaycan xalqını, nəinki Azərbaycan xalqını bütün Türk dünyasını təbrik etmək istərdim. çünki bu təkcə bizim yox, hamımızın qələbəsidir”.
Eldar Qasımov qalibiyyətin əldə olunmasında əməyi olanlara təşəkkür edib və görülən işi ayrı-ayrı hissələrdən ibarət bütöv bir sistem adlandırıb: “Əgər hər hansı bir hissə çatışmasaydı, nəinki qalib gələ bilməzdik, biz həmin səhnədə istədiyimizi göstərə bilməzdik. Bizə inandığınıza görə hamınıza təşəkkür etmək istəyirəm”.
Nigar Cemal isə müsabiqədəki qalibiyyəti unudulmaz hadisə adlandırıb: “Mən də bu müddətdə bizimlə birgə olan, bizi bu müsabiqəyə hazırlayan Ukraynadan olan komandaya və bizə inandığına görə hər kəsə təşəkkür etmək istərdim. Bu bizim üçün unudulmaz bir hadisədir”.
Daha sonra media nümayəndələri qonaqlara suallar ünvanlayıblar. Media nümayəndələrinin cütlüyün Azərbaycanı ikinci dəfə müsabiqədə təmsil edib-etməyəcəyi barədə suala cavab verən Eldar və Nigar belə bir təklifin olacağı təqdirdə ölkəni məmnuniyyətlə təmsil edəcəklərini bildiriblər.
Azərbaycanda “Eurovision” müsabiqəsinin keçiriləcəyi məkan barədə suala isə İsmayıl ömərov Cenevrədə keçiriləcək müzakirələrdən əvvəl bu məsələ ilə bağlı dəqiq fikir bildirməyin mümkün olmadığını söyləyib. Onun sözlərinə görə, iyun ayının 20-də baş tutacaq görüşdə müsabiqənin keçiriləcəyi yer, tarix və digər detallar ətrafında ilkin fikir mübadiləsi aparılacaq. Ermənistan ictimaiyyətində bu ölkənin Bakıda keçiriləcək “Eurovision-2012”də iştirak etməyəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirən İ.ömərov bunun təəssüfləndirici hal olduğunu söyləyərək musiqi mədəniyyətinin bütün xalqları birləşdirən bir qüvvə olduğunu qeyd edib. öz növbəsində Eldar Qasımov və Nigar Cemal yaradıcılıq fəaliyyətləri barədə onlara ünvanlanan sualları cavablandıraraq birgə fəaliyyəti davam etdirəcəklərini, yeni layihələrlə tamaşaçıların qarşısına çıxacaqlarını söyləyiblər.
Sonda, Nigar Cemal və Eldar Qasımov məşhur “Azərbaycan” və müsabiqədə qalib gələn “Running scared” mahnılarını ifa ediblər. Yekunda ifaçılar və media nümayəndələri birlikdə xatirə şəkli çəkdiriblər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

