İkinci sənəd
29.03.2023 [10:26]
Qərbi Azərbaycana doğru...
Daha bir addım
Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi yurd yerlərinə qayıtmaları istiqamətində daha bir mühüm addım atılıb. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar “Yeni Azərbaycan”a verdiyi açıqlamada bildirib ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
Tarixi ədalətin bərpası
Zamanında indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı tarixi ədalətsizliyə yol verilib. Belə ki, məkrli imperiya mərkəzlərinin ssenariləri əsasında yüz minlərlə soydaşımız həmin ərazilərdən zorla çıxarılıb. XX əsrdə azərbaycanlıların indiki Ermənistandan kütləvi deportasiyanın 3 əsas mərhələsini fərqləndirmək mümkündür. Birinci mərhələ 1918-1920-ci illəri əhatə edir. Bu mərhələdə İrəvan quberniyasının İrəvan, Sürməli, Eçmiədzin və Novo-Bəyazid qəzalarında azərbaycanlılar yaşayan 200-dək yaşayış məntəqəsi erməni silahlı dəstələri tərəfindən qarət olunub və nəticədə azərbaycanlı əhali tərəfindən tərk edilib. Azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya edilməsinin ikinci mərhələsi 1948-1953-cü illərə təsadüf edir. Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli Qərarı İ.Stalinin imzası ilə qəbul edilmişdi. 1950-ci il sentyabrın 6-da SSRİ Nazirlər Soveti “1951-1955-ci illərdə Azərbaycan SSR-in Kür-Araz ovalığının kolxozlarına köçürülmə haqqında” yeni qərar qəbul edir. Həmin qərara əsasən, müəyyən edilmiş müddət ərzində Ermənistan SSR-dən 15 min kolxozçu və digər azərbaycanlı əhalinin köçürülməsi nəzərdə tutulurdu.
Azərbaycanlıların dədə-baba torpaqlarından zor gücünə deportasiyasının üçüncü mərhələsi isə 1988-1991-ci illərdə həyata keçirilib. Bu, öz miqyasına və icra üsuluna görə yaddaşlarda ən dəhşətli deportasiya kimi qalıb. Ermənistan hakimiyyəti azərbaycanlı əhalinin öz ev-eşiklərindən çıxardılması prosesinə silahlı birləşmələri də cəlb etmişdi. Bu mərhələdə Ermənistan ərazisindən və işğala məruz qalan Şərqi Zəngəzurdan bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Hazırda tarixi ədalətsizliyə son qoyulur. 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşü bu istiqamətdə atılan çox mühüm addım oldu. Dövlətimizin başçısı həmin görüşdəki çıxışında xalqımızın tarix boyunca üzləşdiyi faciələri xatırlatmaqla yanaşı, müasir şəraitdə qarşıda duran vəzifələri də gündəmə gətirdi. Prezident İlham Əliyevin bəhs olunan çıxışı xalqımızın qan yaddaşının yenilənməsi anlamına gəlir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz Qərbi Azərbaycana qayıdış məsələsini iki il bundan əvvəl gündəmə gətirə bilməzdik. Çünki Vətən müharibəsi başlamazdan əvvəl qarşıda duran əsas ümummilli hədəfimiz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi idi. Vətən müharibəsində xalqımız bu hədəfinə çatdı. İndiki mərhələdə isə soydaşlarımızın tarixi yurd yerlərinə ləyaqətli şəkildə qaydışının təmin olunması əsas vəzifələrimizdən biri kimi müəyyənləşdirilib. Məlum olduğu kimi, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının cari il yanvarın 26-da keçirilmiş iclasında Qayıdış Konsepsiyasının layihəsi səsə qoyularaq təsdiqlənib. Sonra Konsepsiya İcmanın əsas orqanlarının genişləndirilmiş birgə iclasına təqdim olunub. Bu sənədin əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdir.
Erməni yalanlarının iflası
Beynəlxalq təşkilatlarla işin qurulması, Qayıdış Konsepsiyasının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Qərbi Azərbaycan İcmasının fəaliyyətinin mühüm bir istiqamətini təşkil edir. Bu sahədə səmərəli fəaliyyət mexanizminin qurulması yalan üzərində qurulan erməni təbliğatının iflasa uğradılması üçün çox vacibdir. Məlumdur ki, Ermənistan hökuməti Qərbi Azərbaycan İcmasının qayıdış məsələsini gündəmə gətirməsi ətrafında süni ajiotaj yaratmağa çalışır və bunu beynəlxalq ictimaiyyətin diqqətinə Ermənistanın ərazi bütövlüyünə təhdid anlamında təqdim etməyə cəhdlər göstərir. Bu, sırf erməni riyakarlığıdır. İcmanın Ermənistanın ərazi bütövlüyünün dəyişdirilməsinə nail olmaq kimi bir niyyəti yoxdur. Zamanında indiki Ermənistan ərazilərindən qovulan soydaşlarımızın dədə-baba torpaqlarına qayıtmaq istəkləri isə tam başadüşüləndir və onların bu haqqı təmin edilməlidir.
Azərbaycan dövlətinin dəstəyinin və Qərbi Azərbaycan İcmasının uğurlu fəaliyyətinin nəticəsidir ki, artıq bütün dünyada erməni təbliğatının gerçək mahiyyəti üzə çıxır. Qərbi Azərbaycan İcmasının rəsmisi qeyd edib ki, Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir. “Bu uğur bizi sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərimizə geri qayıtmaq istiqamətində apardığımız fəaliyyəti davam etdirməyə daha da ruhlandırır” - deyə Qərbi Azərbaycan İcmasının sözçüsü bildirib.
Xatırladaq ki, bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17

