Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir
09.07.2011 [12:22]
İqtisadi inkişafın yeni mərhələsinə daxil olan Azərbaycanda infrastrukturun yenidən qurulması istiqamətində iri layihələrin həyata keçirilməsi son illər daha geniş vüsət alıb. Bakı şəhərində və ölkənin bütün regionlarında sosial infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi ilə yanaşı, ən müasir standartlara cavab verən elm, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman obyektlərinin inşası, hündürmərtəbəli yaşayış binalarının, hotel komplekslərinin tikintisi, park və istirahət komplekslərinin, xiyabanların yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. ölkənin hər bir bölgəsi başdan-başa gözəlləşir, yaşıllıqlara bürünmüş ətraf ərazilər füsunkar gözəlliyi ilə insana zövq verir.
Azərbaycana ayaq basan hər bir insan ölkəmizin, əsasən də paytaxtın simasının ildən-ilə dəyişdiyinin, Bakının ən yaraşıqlı şəhərə çevrildiyinin şahidi olur. Bakı şəhərinə gələn əcnəbi vətəndaşlarla bərabər, xaricdə yaşayan soydaşlarımız da hər dəfə paytaxtın giriş qapısına ayaq qoyanda yeni dəyişiklikləri, bir neçə ay əvvəllə müqayisədə Bakının daha da müasirləşdiyini görürlər. Bu günlərdə keçirilən Dünya azərbaycanlılarının III qurultayında iştirak etmək üçün Bakıya gələn xarici qonaqların paytaxtımızla bağlı təəssüratları yuxarıda qeyd etdiklərimizi bir daha əyani şəkildə təsdiq etdi. Xaricdən ölkəmizə təşrif buyuran qonaqlar, eləcə də, soydaşlarımız Bakının bu qədər sürətlə inkişaf etməsindən heyranlıqlarını gizlədə bilmirdilər. Onlar Azərbaycan paytaxtının simasının dəyişərək müasir sivilizasiya mərkəzinə çevrildiyini bildiriblər. Ən müasir infrastruktur obyektləri, xüsusilə də, öz əzəmətli görünüşü ilə şəhərə yaraşıq verən Dövlət Bayrağı Meydanı onlarda xoş hisslər oyadıb. Bir sözlə, Azərbaycan paytaxtının siması az qala hər gün dəyişir - gözəlləşir, müasirləşir. Köhnə binalar, obyektlər bərpa olunur, yeniləri tikilir, paytaxt sürətlə inkişaf edir.
Bakı şəhərinin bütün kənd və qəsəbələrinin istirahət, mədəniyyət, turizm obyektlərinin yenidən qurulmasını daim diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyev bu istiqamətdə davamlı tədbirlərin görülməsi üçün büdcə ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitlərinin ayrılmasına qərar verir. Dövlət başçısının bu diqqət və qayğısının nəticəsidir ki, son illərdə park və mədəniyyət mərkəzlərinin böyük əksəriyyəti ən müasir üslubda yenidən qurularaq insanların istifadəsinə verilib. Paytaxtın küçə və prospektlərində, park və xiyabanlarında davam etdirilən yenidənqurma və abadlıq işlərini gücləndirmək məqsədi ilə davamlı olaraq böyük həcmdə maliyyə vəsaiti ayrılır.
Bu günlərdə Bakıda “Kempinski” hotelinin açılışında paytaxtın inkişafına diqqət çəkən Prezident İlham Əliyev bunu ölkə iqtisadiyyatındakı yüksək dinamikanın göstəricisinin bir nümunəsi kimi səciyyələndirib: “Şəhərimiz inkişaf edir, gözəlləşir, yeni hotellər açılır. İnvestorların Azərbaycan iqtisadiyyatına, xüsusilə, xidmət sektoruna diqqəti və marağı əlbəttə ki, bizi çox sevindirir. Mən çox şadam ki, Bakıda belə gözəl, yaraşıqlı hotel fəaliyyətə başlayır. Bu, şəhərimizə də əlavə yaraşıq, gözəllik verəcək”.
Dövlət başçısı dünyada ən gözəl hotellərin Bakıda fəaliyyətə başlamasının turizmin inkişafına öz töhfəsini verməklə yanaşı, paytaxtımızın daha da gözəlləşməsinə səbəb olduğunu diqqətə çatdırıb.
Bu gün paytaxtımızda ən orijinal tikinti layihələri həyata keçirilir, sosial infrastruktur obyektləri yaradılır, zövqoxşayan istirahət kompleksləri istifadəyə verilir. Bakının bütün prospekt və küçələrinin kənarında və ətrafındakı binaların, park və mədəniyyət ocaqlarının müasir, zövq oxşayan forma və üslubda bərpası, yenidən qurulması işləri davam etdirilərkən həm milli ornamentlər və arxitektura normaları, həm də şəhərsalmanın ən modern üslubları tətbiq olunur. Binaların fasadı üzlük daşlarla üzlənir, pəncərələr yenilənir, eyvanlar milli ornamentə uyğun quraşdırılır. Həmçinin, binaların girişinə dəmir-seyf qapılar qoyulur. Binaların qarşısındakı piyada səkiləri isə metlax və qəmbər daşlarla döşənir. Görülən işlər nəticəsində paytaxtdakı bir əsrə yaxın yaşı olan binalar tarixiliyini saxlamaqla, müasir şəkildə abadlaşdırılır. Bir sözlə, quruculuq və abadlıq işləri paytaxtın hüsnünə zəngin çalarların əlavəsi kimi dəyərləndirilə bilər.
Bakı mükəmməl panoramı ilə ölkə vətəndaşlarını və turistlərin zövqünü oxşayır. Abadlıq işlərinin aparılması göstərir ki, Bakı nəinki öz gözəlliyini qoruyub saxlayır, həm də dünyanın ən zövqlü şəhərinə çevrilir. Bütün bu yenidənqurma işləri paytaxtın simasının dəyişməsinə səbəb olmaqla yanaşı, insanların daha da rahatlığı və istirahəti üçün əlverişli imkanlar açır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
01 May 11:17
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

