Azərbaycan cəmiyyəti müxalifəti unudub
12.07.2011 [07:29]
Ona görə də cəmiyyətdə hər hansı dəstəyə malik deyil. Cəmiyyətdə dəstəyini itirən müxalifət öz mövqelərini ya qoruyub saxlamaq, ya da iddialarını büruzə verməkdən ötrü çox qəribə bir üsul seçib. Bu üsul xaricdə dəstək axtarmaqdan ibarətdir. Dəstəyi xaricdə axtaran müxalifəti, yaxud siyasi qüvvəni isə təbii ki, Azərbaycan cəmiyyəti, Azərbaycan insanı dəstəkləməkdən imtina edib”. APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov deyib. O, bildirib ki, Azərbaycan cəmiyyətində müxalifətə qarşı çox qəribə hiss yaranıb: “Bu hiss ondan ibarətdir ki, cəmiyyət müxalifəti unudub. Ən azından bu gün mövcud olan müxalifət Azərbaycan cəmiyyəti tərəfindən unudulub. Ona görə də onların keçirdiyi, yaxud gələcəkdə keçirəcəyi “zirvə toplantısı”nın, hazırlayacaqları “zirvə sənədi”nin Azərbaycandakı ictimai-siyasi duruma hər hansı təsir imkanı mövcud deyil”.
Ə.Əhmədov müxalifətə hər hansı məsləhət, tövsiyə vermək fikrində olmadığını da bildirib: “Onlar onsuz da 20 ildir, özləri məsləhət verirlər, toplaşırlar, zirvələrə qalxırlar, birləşirlər, ayrılırlar. Bir vaxtlar bir mahnı vardı: küsüb barışmağın öz ləzzəti var. Bunlar da tez-tez küsüb barışırlar, görünür, burada da nə isə bir məqsədləri var...”
Bütün bunlarla yanaşı Ə.Əhmədov Azərbaycanda müxalifətin olmamasının tərəfdarı kimi çıxış etmədiklərini də deyib. “Ancaq onların səsləndirdikləri fikirlər də, “proqram” adlandırdıqları nəsə varsa, o da özlərinin siyasi ambisiyalarından başqa bir şey deyil. Əlbəttə, siyasi partiya siyasi ambisiyalarına uyğun fəaliyyət göstərməlidir. Ancaq istənilən partiyanın siyasi ambisiyası ictimai tələbatı ifadə etmirsə, insanların onu dəstəkləməsi mümkün deyil. Azərbaycan müxalifəti bax belə bir çətin duruma düşüb”, - deyə Ə.Əhmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

