Türkiyədə yeni konstitusiya islahatı aparıla bilər...
12.05.2023 [10:36]
Prezident Ərdoğan seçkilərdən sonra bu məsələnin qaldırılacağını deyib
14 may seçkilərindən sonra Türkiyədə yeni siyasi inkişaf mərhələsinə qədəm qoyulacaq. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Dövlət Şurası sədrliyinin yaranmasının 155-ci ildönümündə çıxışı zamanı bildirib. Dövlət başçısı çıxışında Türkiyə Respublikası Dövlət Şurası sədrliyinin formalaşdırılmasında zəhməti olan tarixi şəxsiyyətləri yad edib. Qeyd edib ki, qurulduğu gündən etibarən təşkilat daim inkişaf edərək xalqa və dövlətə xidmət edib. Prezident Ərdoğan vurğulayıb ki, seçkilərdən sonra yeni konstitusiyanın hazırlanması məsələsi qaldırılacaq: “Türkiyəni milli iradə ilə hazırlamış yeni konstitusiya ilə qovuşdurmaq istəyirik”. Prezident Ərdoğan bildirib ki, seçkilərdən sonra bu məsələ Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq: “Türkiyənin yaradılmasının yüzüncü ildönümündə ən önəmli hədəflərindən biri bu olacaq”.
R.T.Ərdoğanın sözlərinə görə, yeni konstitusiya xüsusilə məhkəmə qurumlarının fəaliyyəti ilə bağlı müddə?ları ehtiva edəcək.
Konstitusiya dəyişikliyi müzakirəsi...
Türkiyədə konstitusiya dəyişikliyinə ehtiyac olması ilə bağlı artıq uzun müddətdir ki, müzakirələr getməkdədir. Hətta ötən ilin sentyabrında Türkiyə Ali Məhkəməsindəki çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan son 20 ildə Türkiyədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm islahatlar həyata keçirildiyini diqqətə çatdırmışdı. Bildirmişdi ki, Türkiyənin hazırkı konstitusiyası 1982-ci ildə qəbul edilib və bir sıra dəyişikliklərə baxmayaraq, artıq dövrümüzün çağırışlarına cavab veramir.
Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyası hələ 2021-ci ildə ölkənin Əsas Qanun layihəsini hazırlayıb, lakin bu təşəbbüs digər siyasi qüvvələr tərəfindən lazımi dəstək almayıb.
1982-ci ildə qəbul edilmiş Ana Yasanın əsas mahiyyəti...
Qeyd edək ki, Türkiyə Respublikasının hazırkı Konstitusiyası 7 noyabr 1982-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilib. Bu Konstitusiyanın layihəsi 12 sentyabr hərbi çevrilişindən sonra hərbi rəhbərliyin əmri ilə Məşvərət Məclisi tərəfindən hazırlanıb və 23 sentyabr 1982-ci ildə Məşvərət Məclisi, 18 oktyabr 1982-ci ildə Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib. Konstitusiya referendum nəticəsində 91,37 faiz lehinə olmaqla qəbul olunub. Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi və ona dəyişiklik təklif edilməsi dördüncü maddə ilə qadağandır. Türkiyə konstitusiyasına 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib. Konstitusiyada 7 bölmə, 177 maddə və 16 müvəqqəti maddə var. 1980-ci il hərbi çevrilişinin əsas “səbəbi” olaraq dövlətin zəifliyi göstərildiyi üçün tərtib edilən yeni konstitusiyanın əsas məqsədi dövləti gücləndirmək, onu müxalifətdən qorumaq olmuşdu. Çevrilişçilərin qurduğu Milli Məclis ilə hazırlanmış olan yeni konstitusiyaya “Milli Güvenlik Konseyi” tərəfindən bəzi dəyişikliklər edilib, hazır vəziyyətə gətirilmişdi. 1982-ci il konstitusiyası, əsasən, 12 sentyabr 1980-ci il tarixindən əvvəl ortaya çıxan problemləri aradan qaldırmaq və qanunların icrası zamanı ortaya çıxan narahatlıqlara son vermək üçün hazırlanmış konstitusiyadır. Dövlətin güclənməsi onun icraedici gücü ilə əlaqələndirilmiş, hətta dövlətin fövqəladə hallarda konstitusiyaya zidd qanunlar qəbul etməsinə belə icazə verilmişdi. İcraedici orqanların qərarlarına mühakimə orqanı nə qədər nəzarət etsə də, hökumətin hətta insan hüquqlarına qarşı olan qərarlar qəbul etməsinə də şərait yaradılmışdı.
Konstitusiya dəyişikliyini zəruri edən şərtlər...
Konstitusiya hər bir ölkənin idarə edilməsində, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində, hüquqi dövlət quruculuğu prosesində ən önəmli aktıdır. Bu baxımdan, labüd olan inkişaf bəzi məqamlarda ən ideal hesab olunan sənədlərin də yenilənməsini, müasir tələblərə uyğunlaşdırılmasını tələb edir. Yeni konstitusiyanın qəbulu və ya ona hər hansı bir dəyişiklik, əlavə isə yalnız ümumxalq səsverməsi - referendum yolu ilə baş tutur. Təbii ki, indiki halda Türkiyədə Ana Yasanın dəyişdirilməsi və ya yenidən qəbulu bu bağlı məsələ qarşıdakı perspektivdə ölkənin daha uğurlu inkişafının təmininə yönəlib. Ümumiyyətlə isə Türkiyə son 20 ildə böyük bir yol keçib. Son dövrlərdə isə bu irəliləyiş, bu inkişaf daha çox nəzərə çarpmaqdadır. Artıq Türkiyə regional deyil, qlobal siyasi aktor qismində çıxış edir. Belə olduğu halda isə müəyyən yeniliklər və ya dəyişikliklər də zəruri hal ala bilər.
1982-ci ildə qəbul edilmiş Türkiyə konstitusiyası dövlətin gücünü qorumaq prinsipi daha prioritet idi. 1961-ci il konstitusiyasında məhdudiyyətlər istisna, azadlıq isə qayda olaraq yer alırdısa, 1982-ci il konstitusiyasında əksinə - məhdudiyyətlər daha önəmli yer tutmuşdu. Düzdür, sonradan bir sıra dəyişikliklər və əlavələr edilsə də, konstitusiyanın mahiyyəti dəyişməmişdi. İndiki halda, insan hüquq və azadlıqlarının daha geniş təsbit edilməsi, dövlətin bu istiqamətdə məsuliyyəti əsas qanunların ana xəttini təşkil edir. Bu mənada, Azərbaycan Konstitusiyası ən gözəl örnəkdir. Konstitusiyamızın üçdə iki hissəsi insan hüquq və azadlıqlarının təsbitinə həsr olunub.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

