4-cü raund...
19.05.2023 [10:30]
Moskva görüşü nələr vəd edir?
Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü gündəmin əsas mövzularından biridir. Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrovun görüşü zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinə dair məsələlər diqqət mərkəzindədir.
Zaxarovanın açıqlaması
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mayın 17-də keçirdiyi brifinq zamanı bildirmişdi ki, Rusiya XİN başçısının azərbaycanlı və ermənistanlı həmkarları ilə üçtərəfli görüşdən əlavə ikitərəfli görüşləri də baş tutacaq. Məlumdur ki, Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə geniş əlaqələr mövcuddur. Tərəflər vaxtaşırı görüşərək bərabərhüquqlu əsasda ikitərəfli münasibətlərin ayrı-ayrı aspektlərini müzakirə edirlər. Ermənistana gəlincə, bu ölkə Rusiyanın forpostudur və bir çox cəhətdən Moskvadan asılıdır. Ona görə də, Rusiya forpostuna həmişə öz şərtlərini diktə edir.
Mariya Zaxarova görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların keçiriləcəyini demişdi: “Ayrıca olaraq, Azərbaycan və Ermənistan XİN başçılarının sülh müqaviləsi ilə bağlı ikitərəfli danışıqları da keçiriləcək. Xarici siyasət qurumlarının başçıları Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması perspektivlərinə baxacaqlar. Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması, ictimaiyyət, ekspertlər və parlamentari xətti ilə təmasların qurulması daxil olmaqla, üçtərəfli razılaşmaların həyata keçirilməsinin predmetli müzakirəsi baş tutacaq. Ayrıca görüşlərdə Rusiya XİN başçısı ikitərəfli münasibətlərə və beynəlxalq gündəmə dair aktual məsələlərin müzakirəsi planlaşdırılıb. Ümid edirik ki, bu təmaslar Bakı və İrəvana mübahisəli məsələləri nizamlamağa, tərəflər arasında etibarı yüksəltməyə, eləcə də Cənubi Qafqazda sabitliyi möhkəmləndirməyə yardım edəcək”.
Qərbin vasitəçiliyinə münasibət
Qeyd edək ki, Rusiya XİN nümayəndəsinin nazirlərin Moskva görüşü ilə bağlı açıqladığı məqamlarda yeni məsələ yoxdur. Zaxarovanın səsləndirdiyi məqamlar əvvəllər də rəsmi Moskva tərəfindən vurğulanıb və indiyədək Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlarda müzakirə mövzusu olub. Xatırladaq ki, sülh sazişi ilə bağlı danışıqların üç raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş ötən ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Amma uzun fasilədən sonra bu il 1-4 may tarixlərində XİN başçılarının Vaşinqton görüşü isə tərəflərin masaya qayıtmasının təsdiqidir. Bu, məlum platforma üzrə üçüncü görüş oldu.
Bugünkü Moskva görüşünü isə Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh sazişi üzrə danışıqların dördüncü raundu hesab etmək olar. Qeyd etdiyimiz kimi, sülh sazişi üzrə sonuncu danışıqlar təxminən iki həftə əvvəl ABŞ-da keçirilmişdi. 1-4 may tarixlərində keçirilən görüşlərdə tərəflərin bəzi məsələlərdə razılığa gəldiyi bəyan edildi. Ardınca mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçirildi. Rusiya isə ABŞ və Avropa İttifaqının vasitəçiliyini müsbət qarşılamır. Rəsmi Moskva hesab edir ki, bütün bunlar Qərbin “geosiyasi oyunudur” və məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. O da qeyd edilir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli Bəyanat əsasında öz həllini tapmalıdır. Bu baxımdan, Rusiya prosesdən kənarda qalmaq istəmir və mayın 19-da XİN başçısılarının Moskva görüşü də buna dəlalət edir.
Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinə rəsmi Moskvanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatla son qoyulub. Bundan əlavə liderlərin digər görüşləri də keçirilib və Soçidə imzalanmış üçtərəfli bəyanatlar da buna nümunədir. Eləcə də, üç ölkənin XİN rəhbərləri müxtəlif formatlarda bir araya gəliblər. Amma ötən ilin dekabr ayında Moskva görüşünə Ermənistan tərəfinin qatılmaması Rusiyada müsbət qarşılanmamışdı. Bununla belə, 19 may Moskva görüşü sülh prosesində növbəti mərhələni təşkil edir.
Təşəbbüslər sülhə xidmət edirsə ...
Azərbaycan bölgəmizdə sülhün təmin olunması naminə irəli sürülən bütün beynəlxalq təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünə də bu kontekstdə yanaşılmalıdır. Dövlətimiz sülhə, sabitliyə xidmət edən bütün təşəbbüsləri təqdir edir. Bu baxımdan, keçirilən görüş sülh yolunda irəliləyişə səbəb olacaqsa, Azərbaycan tərəfindən dəstəklənəcək.
Beləliklə, hazırda hər iki tərəf sülh müqaviləsinin imzalanması ilə əlaqədar təmasları davam etdirirlər. Prosesin ləng getməsinin səbəbi isə Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsidir. Bu da sülh sazişinin imzalanmasına əngəl olan amildir. Lakin erməni tərəfinin sülh müqaviləsinə qeyd-şərtsiz imza atmaqdan başqa yolu yoxdur. Eyni zamanda, əgər rəsmi Moskva həqiqətən də iki ölkə arasında münasibətlərin normallaşmasının tərəfdarıdırsa, o zaman sülhə gəlmək üçün Ermənistana təsir imkanlarından istifadə etməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

