Rumıniyalı gənclər ölkəmizdə səfərdədirlər
26.07.2011 [09:22]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyası (PDL) Gənclər Birliyinin nümayəndə heyəti iyulun 23-də Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyub.
Qonaqlar Şəhidlər Xiyabanını da ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüblər.
Rumıniyalı gənclər iyul ayının 24-də isə Oğuz rayonunda səfərdə olublar. Məlumat üçün bildirək ki, iyulun 24-də Oğuzda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Yay məktəbi”nin dördüncü mərhələsi start götürüb.Təlimlərə paytaxtın müxtəlif rayonlarını təmsil edən YAP Gənlər Birliyi (GB) üzvlərindən 50-dən artıq fəal qatılıb. İyulun 3-dən start götürən “Yay məktəbi” lalihəsi respublikanın üç- Oğuz, Qəbələ və Lerik rayonlarında keçirilir.Təlimlərin keçirilməsində əsas məqsəd YAP GB üzlərinin mədəni istirahətini təşkil etmək, gənclərin bir-birləri ilə ünsiyyətini yaxşılaşdırmaq, region gəncləri ilə paytaxt gəncləri arasında əlaqələri möhkələndirmək, gənclərin elmi, intellektual potensialının yüksəldilməsinə xidmət edən yarışları, idman oyunlarını, digər tədbirləri keçirməkdir. “Yay məktəbi”nin rəsmi açılışında YAP Sədrinin müavini - İcra katibi, Milli məclisin üzvü Əli Əhmədov, millət vəkilləri, müvafiq dövlət strukturlarının rəsmiləri iştirak ediblər.
İyulun 24-də “Yay məktəbi”nin iştirakçıları Oğuz rayon mərkəzində Ulu öndər Heydər Əliyevin adını daşıyan parka gəliblər, burada ümumilli liderin xatirəsinə ucaldılan abidənin önünə tər çiçək dəstələri düzüblər.
Tədbirdə YAP-ın mətbuat xidmətinin rəhbəri, partiyanın Siyasi Şurasının üzvü Hüseyn Paşayev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, YAP GB-nin sədri Seymur Orucov və Oğuz rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Həmin gün Azərbaycanda səfərdə olan Rumıniyanın hakim Liberal-Demokrat Partiyasının gənc üzlərindən ibarət nümayəndə heyəti də Oğuz rayonuna səfərə gəliblər. “Afra” hotelinin önündə YAP gəncləri Rumıniyadan olan həmkarlarını gül-çiçəklə qarşılayıblar.
Sonra Oğuz Olimpiya Kompleksində YAP və PDL gənclər təşkilatları arasında mini-futbol üzrə yoldaşlıq matçı təşkil olunub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci hissəsində YAP gəncləri daha fəallıq göstəriblər.
Birinci hissə 1-0 hesabı ilə “meydan sahibləri”nin xeyrinə başa çatıb.
İkinci hissədə qonaqlar fəallıqlarını artırıblar və rəqibi oyunu mərkəzdən başlamağa məcbur ediblər. Az sonra YAP gəncləri də qonaqlara eyni “jest”lə cavab veriblər.
Hakimin final fiti səslənənədək YAP gəncləri hesabdakı malik olduqları üstünlüyü qoruya biliblər. Yoldaşlıq görüşü elə 2-1 hesabı ilə də başa çatıb.
Sonra Oğuz rayonunda YAP Gənclər Birliyinin “Yay məktəbi”nin iştirakçıları “Gənclik və müasirlik” adlı seminar keçiriblər.
Qonaqlar isə Şəkiyə səfər ediblər.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

