Beynəlxalq Valyuta Fondu nikbindir
18.07.2026 [10:55]
Azərbaycanda səfərdə olan BVF missiyası iqtisadi sabitliyin dayanıqlı olacağını bəyan edib
Mərkəzi Bankın (MB) baş direktoru Vüqar Əhmədov ölkəmizdə səfərdə olan və Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qlobal iqtisadiyyatda və maliyyə bazarlarında gedən proseslərin ölkə iqtisadiyyatına, makroiqtisadi və maliyyə sabitliyinə təsirləri, eləcə də iqtisadiyyatın inkişaf meyilləri və inflyasiya proqnozları müzakirə olunub. Tərəflər arasında pul siyasətinin ötürücülüyünün təkmilləşdirilməsi və banklararası bazarın inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər, həmçinin cari il və ortamüddətli dövrdə pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas prioritetləri barədə də fikir mübadiləsi aparılıb.
İqtisadi artım qeyri-neft hesabına təmin olunacaq
Beynəlxalq Valyuta Fondu 2026-cı ildə Azərbaycan iqtisadiyyatının orta artım tempi ilə inkişaf edəcəyini, maliyyə sabitliyinin dayanıqlılığının təmin olunacağını, bank sektorunda dinamikanın qorunub saxlanılacağını proqnozlaşdırır. Fond tərəfindən bir neçə ay əvvəl dərc olunmuş “World Economic Outlook” hesabatında Azərbaycan iqtisadiyyatında 1,5-2 faiz artımın olacağı fərz edilir. Neft sektorunda əlavə dəyərin azalacağı, qeyri-neft bölməsində inkişafın yüksələcəyi proqnozlşadırılır. Bu, qlobal enerji bazarlarında qiymət dəyişkənliyi və əsasən, neft hasilatının azalması hesabına baş verəcək.
Fondun təhlil qrupu hesab edir ki, ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatında artımı formalaşdıran mənbələrdə mühüm rol oynayan neft-qaz sektorunda fiskal daxiolmaların azalmasına baxmayaraq, qeyri-neft mənbələri inkişafın əsas drayverləri olacaq. Ortamüddətli perspektivdə neftdənkənar sahələrin illik artım tempi 3 faiz təşkil etməklə ümumi inkişafın təmin olunmasına töhfə verəcək. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksələməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müəssisələrin yaradılmasıdır.
BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 80-82 faizə çatacaq. Fond Azərbaycan hökumətini neft amili nəzərə alınmadan yeni iqtisadi model hazırlayaraq həyata keçirdiyi islahatların müsbət səmərə verəcəyinə də əminliyini ifadə edib. Fond azad biznesin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin daha təkmilləşdirilməsini müsbət dəyərləndirib, eyni zamanda, sahibkarlıq sektorunda maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsini və bankların özəl sektora daha əlçatan kreditlər verməsini də vacib sayır. Tövsiyələrə əsasən, maliyyə bazarının inkişaf etdirilməsi, biznesin və ailə təsərrüfatlarının bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi qeyri-neft sektorunun inkişafını daha da sürətləndirə bilər.
BVF illik inflyasiyanı 5-6 faiz proqnozlaşdırır
BVF hesab edir ki, cari ildə illik inflyasiyanın 5-6 faiz intervalında olacağı proqnozlaşdırılır. İnflyasiya üzrə artım istiqamətində dəyişikliklər əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından yarana bilər. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Belə ki, cari ilin ikinci rübündə artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda, qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaq. Ümumilikdə, proqnozlara görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.
Xatırladaq ki, BVF ilə yanaşı, digər beynəlxalq maliyyə institutları tərəfindən də cari il üzrə inflyasiya proqnozları dəyişdirilib. Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, “Standart & Poor’s” növbəti yarımillikdə idxal inflyasiyasının ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı, Mərkəzi Bankın yürüdəcəyi nominal effektiv məzənnənin dinamikasından da asılı olacağını yəqin edir.
Strateji hədəf birrəqəmli inflyasiya dəhlizinin qorunub saxlanmasıdır
Mərkəzi Bank isə baza ssenarisi üzrə qiymət indeksinin (may proqnozlarına görə) 2026-cı ildə 5,9 faiz, 2027-ci ildə isə 4,5 faiz olacağını gözləyir. Qeyd edək ki, 2026-cı ilin birinci yarısında inflyasiya 5,7 faiz təşkil edib. İnflyasiya səbətində qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.
Mərkəzi Bank bəyan edir ki, 2026-cı ildə inflyasiya faktoru əsas strateji alətlərdən biri olaraq qalacaq. Məqsəd birrəqəmli inflyasiya dəhlizinin qorunub saxlanmasıdır. MB bəyan edir ki, potensial riskləri nəzərə alaraq ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılmalıdır. Bütün bu amilləri ümumi təsnifləşdirdikdə, 2026-cı ildə daxili və xarici bazarlarda baş verəcək dəyişikliklərdən asılı olaraq istehlak qiymətləri dəhlizinin formalaşacağı istisna deyil. Bu baxımdan inflyasiyanın azalacağına arxayın olub prosesi nəzarətsiz buraxmaq qeyri mümkündür. MB öz mandatına uyğun olaraq zəruri nəzarət alətlərini davam etdirəcək. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamından irəli gələn tələbləri 2026-cı ildə də əsas yol xəritəsi kimi diqqətdə saxlanılacaq. Həmin sənədə əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması və bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi tədbirləri növbəti il üçün də aktualdır. Nəzərə alsaq ki, gələn il büdcə xərclərinin irihəcmli artımları da nəzərdə tutulub və bu, inflyasiya təzyiqlərini yüksəldə bilər. Ona görə də hökumət bu riskləri də nəzərə alaraq xərclərdə maksimum ehtiyatlı davranaraq izafi xərclər və pul kütləsi yaranmasının qarşısını almağa çalışacaq. Ələlxüsus da monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də əsas çağırış kimi iqtisadi blokun masasında qalacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50

