Türkiyədə seçki yarışı...
23.05.2023 [10:45]
Kılıçdaroğlu Qərbi “yanıltdı”...
Prezident Ərdoğan vətəndaşlara müraciət etdi...
Türkiyədə prezident seçiklərinin ikinci turuna 5 gün qalır. Təbliğat kampaniyalarını davam etdirən namizədlər yenidən öz seçki proqramları ilə bağlı çıxışlar ediblər. Prezident seçkilərinin birinci turunun qalibi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə sosial şəbəkələr üzərindən vətəndaşlara müraciət ünvanlayıb. Türkiyə lideri mayın 28-də səs verəcək vətəndaşlara suallar yönləndirib: “Seçkilərdən əvvəl zəlzələdən zərər çəkənlərə pulsuz ev vəd edib, sonra onları qonaq olduqları yerlərdən çıxarmağa çalışanlara etibar etmək olarmı? Bürokratik və siyasi həyatında ölkəyə heç bir xeyri olmayan bir şəxsdən bu millətə nə fayda gələ bilər? 17-25 dekabrda çevriliş cəhdində FETO-çularla əməkdaşlıq etdiyini şəxsən öz dili ilə etiraf edən birisinə inanmaq olarmı? Rəqiblərini gözdən salmaq üçün şantaj, təhdid, təzyiq və kaset kimi hər yolu məqbul hesab edənlərin siyasi əxlaqına güvənmək olarmı?”.
Millətin iradə və dəstəyi nəticəsində rekord səs çoxluğu...
R.T.Ərdoğan deyib ki, dünən “ağ” dediyinə bu gün “qara” deyən, dünən söylədiyini bu gün inkar edənlərə inanmaq olmaz və belə şəxsə övladların gələcəyini əmanət etmək olmaz: “Millətimiz mayın 14-də Milli Məclisdəki çoxluğu 323 deputatla “Cümhur İttifaqı”na verərək iradəsini bəyan etdi. Prezident seçkilərində 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız şəxsimizə ehtiram göstərdi. İnşallah, mayın 28-ni əziz millətimizin iradə və dəstəyi nəticəsində rekord səs çoxluğu ilə başa vuracağıq”.
Kılıçdaroğlu onları “məyus” etdi...
Qərb mediası da Türkiyədə keçiriləcək seçkilərin ikinci turunu diqqət mərkəzində saxlayır. Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun qaçqınlarla bağlı açıqlaması isə Qərb mediasında mühüm müzakirə predmetinə çevrilib. Bəlli olduğu kimi, Kılıçdaroğlu hakimiyyətə gələn kimi bütün qaçqınları evlərinə göndərəcəyini bəyan edib. CHP sədrinin açıqlamasına yer verən CNBC nəşri Türkiyənin 4 milyona yaxın qaçqına ev sahibliyinə diqqət çəkib. “Şərqlə Qərbin coğrafi qovşağında yerləşən Türkiyənin təqribən 85 milyon əhalisi var.
NATO-nun ikinci ən böyük ordusuna sahib ölkə 4 milyona yaxın qaçqına ev sahibliyi edir və Rusiya-Ukrayna müharibəsində vasitəçilik etməkdə mühüm rol oynayıb” - nəşr yazır.
Türkiyənin dünya üçün əhəmiyyətini vurğulayan CNBC prezident Rəcəb Tayyib Ərdoğanın ilk turda qazandığı uğurunun müxalifəti heyrətə saldığını qeyd edib. CNBC Cribstone Strategic Macro konsaltinq firmasının qurucusunun Türkiyə ilə bağlı fikirlərini də işıqlandırıb. Makro Kılıçdaroğlu haqqında “ortalamanın altında olan namizəd” ifadəsini işlədib.
BBC isə seçkilərin ikinci turunda nəticələrin bütün dünyada yeni dalğa yaradacağını yazıb. Nəşrdə Avropa İttifaqının xarici siyasət üzrə keçmiş məsul şəxsi Baronessa Eştonun sözləri də yer alıb: “Ukraynanın işğalından bu yana Türkiyə dəyərli diplomatik vasitə kimi öz mövqeyini gücləndirdi. Müharibə edən ölkələr arasında danışıqları asanlaşdırdı, taxıl müqaviləsi ilə əsl sıçrayış etdi. Prezident Ərdoğan İngiltərənin baş naziri Rishi Sunak, ABŞ prezidenti Co Baydendən Rusiya Prezidenti Putinə və Çin dövlət başçısı Si Cinpinə qədər hər kəslə ünsiyyət kanallarını açıq saxlayır” - Eşton Türkiyənin qlobal təsirə malik olduğuna diqqət çəkib.
Financial Times “Türkiyənin “ümidsiz” müxalifəti millətçi kart oynayır” başlığı ilə oxucularını qarşı-qarşıya qoyub.
Almaniyanın “Tagesspiegel” qəzeti “Qərb Kılıçdaroğlu haqqında yanıldımı?” başlıqlı xəbərində müxalifət liderinin qaçqınlara qarşı kampaniya başlatdığını qeyd edib: “İlk turda ürək işarələri ilə demokratik və sülhsevər Türkiyə təbliğatı aparan CHP-nin namizədi indi qaçqınlara qarşı sərt sözlər işlədir. Qərbdə çoxları Kılıçdaroğlunun onları məyus etdiyini düşünür”.
PKK Kılıçdaroğlunu dəstəkləyir...
“Zeit” qəzeti Kılıçdaroğlunun ikinci turda səs toplamaq üçün “sağçı şüarlar” səsləndirdiyini bildirib: “Daha ürəklər və yumşaq ritorika yoxdur”.
“Tagesschau” qəzeti isə Türkiyənin müxalifət namizədinin qaçqınlara qarşı aqressiv münasibət bəslədiyini yazıb. Qəzet Kılıçdaroğlunun ikinci tura sərt münasibətini “Sinan Oğana güzəştə getmək” kimi şərh edib.
Fransanın “Le Figaro” qəzeti də CHP sədrinin qaçqınlarla bağl açıqlamasından yazıb: “Kılıçdaroğlunun qeyri-adi sərt vədi səsvermədə üçüncü olan Sinan Oğanı dəstəkləyən seçicilərə bir mesaj kimi görünür”.
ABŞ-ın “Foreign Policy” jurnalı da 14 mayda keçirilən seçkiləri və prezident Ərdoğanı şərh edib. Jurnal seçki şərhində qeyd edib ki, əvvəllər Türkiyəni tənqid edən Qərb mediası indi bu ölkənin yeni dövründən danışır.
“Prezident Ərdoğanın uduzacağını düşünməklə hamımız yanılmışıq. Ərdoğan səs çoxluğunu qazandı” - jurnal yazıb.
Bu arada, 14 may seçkilərində məğlub olan müxalifətin prezidentliyə namizədi Kamal Kılıçdaroğluna PKK-nın Avropadakı nümayəndələrindən dəstək mesajları gəlməkdə davam edir. Türkiyənin “Sabah” qəzeti sözügedən terror təşkilatının liderləri Fatoş Göksunqur və Yüksel Qoç açıq şəkildə Kamal Kılıçdaroğluna ikinci turda səs verməyə çağırış etdiyini yazıb. Onlar 14 may seçkilərində böyük uğur qazandıqlarını iddia edərək, əhalini ikinci tura səsləyiblər.
Gömrükdə mayın 28-nə kimi...
Prezident seçkilərinin ikinci turu ilə bağlı mayın 20-dən xarici ölkələrdə yerləşən seçki məntəqələrində və gömrüklərdə səsvermə prosedurlarına start verilib. Xaricdə yaşayan vətəndaşların böyük maraq göstərdiyi prezident seçkilərinin ikinci turunda mayın 22-dək 1 milyon 153 min 842 vətəndaş səs verib. Qeyd edək ki, xarici ölkələrdəki səfirliklərdə baş tutan səsvermə mayın 24-də başa çatacaq, lakin gömrükdəki səsvermə prosesi mayın 28-i saat 17:00-a qədər davam edəcək.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

