Goranboyda mətbuat xidmətlərinin təmsilçiləri üçün treninq-məşğələ keçirilib
02.08.2011 [10:33]
İyulun 30-31-də Goranboy rayonunda Azərbaycan Mətbuat Şurasının Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsi çərçivəsində “İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış” mövzusunda treninq-məşğələ keçirilib.
Treninqi açan MŞ sədri Əflatun Amaşov layihənin məqsəd və məramları ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, mövcud təşəbbüsdə məqsəd ümumilikdə mətbuat xidməti institutunun ictimai münasibətlər sistemindəki rolunun və mövqeyinin artırılmasından, informasiya-kommunikasiya texnologiyalarının müasir metodlarının onların iş prinsiplərinə tətbiqinin gücləndirilməsinə effektiv təsir göstərməsindən ibarətdir. Şura sədri məşğələnin layihə çərçivəsində sayca ikinci tədbir olduğunu vurğulayıb. “İlk treninqimizi Qubada təşkil etdik. Tədbir səmərəli fikir mübadiləsi baxımdan əhəmiyyətli oldu. Hesab edirəm ki, bu günkü toplantımız da eyni şəraitdə davam edəcək”, - deyən Ə.Amaşov rəhbəri olduğu qurumun Avropa Şurası ilə birgə təşəbbüslərinin medianın müxtəlif sahələrini də əhatə edəcəyini diqqətə çatdırıb.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ölkədə bütün sahələrdə olduğu kimi, mediada da dinamik inkişafın getdiyini bildirib. Goranboyda kütləvi informasiya vasitələri ilə iş prinsiplərindən söz açan N.Quliyev rayonda yerli “Mübariz” qəzetinin fəaliyyət göstərdiyini, nəşrin üzləşdiyi problemlərin həlli istiqamətində işlər görüldüyünü, onun tirajının artırılmasına da müvafiq dəstək göstərildiyini diqqətə çatdırıb. Goranboy rayonunun təbii-coğrafi şəraiti, iqtisadi göstəriciləri, sosial tərkibi və digər xüsusiyyətləri barədə məlumat verən icra başçısı bölgədə geniş miqyaslı quruculuq işlərinin aparıldığını və prosesin getdikcə daha böyük vüsət aldığını önə çəkib.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkədə media sahəsində aparılan dövlət siyasətinin istiqamətlərindən söhbət açıb. O bildirib ki, jurnalistlərin cəmiyyəti məlumatlandırmalarında onların informasiya ilə təminatı məsələsi olduqca önəmlidir. Bu işdə mətbuat xidmətlərinin üzərinə böyük məsuliyyət düşür. Mövcud layihə bu baxımdan yüksək qiymətləndirilməlidir. Azərbaycan dövləti həmişə belə təşəbbüslərə öz dəstəyini göstərib və bundan sonra da göstərəcəkdir.
Treninq-məşğələnin ilk günü informasiya əldə etmək haqqında qanunun hüquqi aspektlərinə, press-relizlərin və mətbuat konfranslarının təşkili xüsusiyyətlərinə, böhranlı vəziyyətlərdə media ilə əlaqələrin qurulmasına, o cümlədən kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyi və internet media ilə əlaqələrin yaradılmasına dair məruzələr səslənib. İkinci gün isə iştirakçılara hakimiyyət orqanları ilə əlaqələr sahəsindəki beynəlxalq təcrübə ilə bağlı məlumatlar verilib.
Qeyd edək ki, treninq-məşğələdə Goranboy da daxil olmaqla, Yevlax, Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarındakı dövlət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri, Daxili İşlər, İqtisadi İnkişaf, Vergilər, Təhsil nazirliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Neft Şirkətinin media ilə işə məsul şəxsləri iştirak ediblər.
İki günlük treninq-məşğələ Hollandiyadan olan ekspertlər David van der Houwen və Fred Gijbels tərəfindən aparılıb.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

