Anklav kəndlərimiz...
10.06.2023 [10:35]
Ermənilər kəndlərimizin qaytarılmasına müqavimət göstərmək istəyirlər
N.BAYRAMLI
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı mərhələsində erməni işğalı altında olan 8 kəndimizin geri qaytarılması ilə bağlı müzakirələr intensivləşib. Qeyd edək ki, bu kəndlərin yeddisi Qazax rayonuna daxildir. Həmin kəndlər Yuxarı Əskipara, Aşağı Əskipara, Bərxudarlı, Sofulu, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. Həmin kəndlərdən Yuxarı Əskipara, Bərxudarlı və Sofulu Ermənistan ərazisində anklavdır. İşğal altında qalan Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonununa daxildir. Bu kənd də Ermənistanın ərazisi ilə əhatə olunan anklavdır.
Hazırda anklavlarla bağlı müzakirələrin genişləndiyi bir zamanda erməni apostol kilsəsi Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan və yeparxiyanın digər nümayəndələri qondarma “Voskepar” adlandırdıqları Aşağı Əskipara kəndində olublar. Bununla bağlı sosial şəbəkələrin erməni seqmentində məlumatlar paylaşılıb. “Bu gün “Voskepar”da olmaq bizim üçün son dərəcə vacibdir. Bir daha bəyan etməyimizi istəyirəm ki, bu, bizim müqəddəs ölkəmiz, müqəddəs torpağımız, Vətənimizdir, burada heç bir “anklav” məntiqi yoxdur, hər hansı düşmən təcavüzünə təslim olmaq fikri və ya istəyimiz yoxdur”, - deyə Baqrat Srbazan iddia edib. Qeyd edək ki, bu ərazilərin Azərbaycana qaytarılmasının müzakirə olunduğu bir vaxtda sözügedən kənddə Ermənistanın razılığı ilə yerləşdirilən Rusiya sərhədçiləri üçün 2021-2022-ci illərdə obyektlər inşa edilib, blokpostlar qurulub. Belə addımların atılması isə qəbulolunmazdır.
Anklav kəndlərimiz Ermənistanın Tavuş və Ararat vilayətlərinin əhatəsində yerləşir. Bu yaşayış məntəqələri 1990-cı illərdə, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal olunub. İşğal faktına görə kəndlərin heç birində azərbaycanlı əhali qalmayıb. Onlar Qazax rayonu ərazisində məskunlaşdırılblar.
Məlumdur ki, anklavlar sovet dövründə yaranıb. Bu gün Azərbaycan həmin kəndlərin haqlı olaraq qaytarılmasını tələb edir. Əgər Ermənistan ölkəmizin 86.6 min kvadratkilometrlik ərazisini tanıyırsa, bu əraziləri də qeyd-şərtsiz təhvil verməlidir. Azərbayan dövlətinin rəsmi mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında sərhədlərin delimitasiya prosesi çərçivəsində bu kəndlər geri qaytarılmalıdır. Azərbaycanın bu haqlı mövqeyinə beynəlxalq səviyyədə də dəstək verilir. Belə ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən ayın əvvəlində Ermənistanın işğalı altında olan Azərbaycanın 8 kəndinin qaytarılması məsələsinə toxunaraq bildirmişdi ki, bu kəndlərlə bağlı məsələ delimitasiya çərçivəsində həll olunmalıdır: “Bu kəndlərin statusu ilə bağlı Ermənistanda da müxtəlif fikirlər var. Delimitasiya prosesi zamanı bu məsələlər öz həllini tapmalıdır”.
Əlbəttə ki, T.Klaarın bu fikirləri Avropa İttifaqının mövqeyini ifadə edir. Lakin Ermənistanın Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etmək əvəzinə, bu kəndlərin Azərbaycana məxsusluğunu sual altına qoyması rəsmi İrəvanın hələ də ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir. Xatırladaq ki, bir neçə il əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq postmünaqişə dövründə Azərbaycanın yaratdığı reallıqları Avropa İttifaqı da qəbul edir.
Təkcə Avropa İttifaqı deyil, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə də, Ermənistanda kimin nə deməsindən asılı olmayaraq işğal altında qalan 8 kəndimiz geri qaytarılacaq. Əgər Ermənistan bunu xoşluqla etməsə, başına nə gələ biləcəyini unutmamalıdır. Çünki Azərbaycanın hələ də erməni işğalında olan ərazilərini azad etmək beynəlxalq hüquq çərçivəsində tanınan haqqıdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

