Ermənistan öhdəliklərini yerinə yetirməlidir
22.06.2023 [10:30]
Rusiya İrəvanı sülhə gətirə biləcəkmi?
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda vasitəçilik cəhdləri və bu istiqamətdə açıqlamalar da təsdiqləyir. Məsələn, danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, sülh gündəliyi Qərbin, əsasən də ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları və verilən bəyanatlar da təsdiqləyir. Belə ki, hər görüşdən sonra və ya öncə ABŞ rəsmilərinin tərəflərlə danışıqlar aparması, Ağ Ev adminstrasiyasının nümayəndələrinin demək olar ki, bütün brifinqlərində bu məsələyə toxunmaları prosesin diqqətlə izlənildiyini deməyə əsas verir. Xatırladaq ki, bu ilin mayın 1-dən 4-nə kimi Azərbaycan ilə Ermənistan XİN rəhbərləri arasında məhz ABŞ-da görüş keçirilmişdi. Nazirlər ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşmüşdülər. Ardından Brüsseldə baş tutan danışıqlar prosesinin növbəti görüşü mühüm irəliləyişlə yadda qalmışdı. Kişinyovda keçirilən görüş isə qeyri-rəsmi xarakter daşısa da, tərəflər arasında təmasın olması prosesə dinamizm qazandırmaq imkanındadır.
Rusiyanın diqqəti...
Rusiyanın moderatorluğu ilə də mayın 25-də Moskvada üçtərəfli Zirvə görüşü keçirildi. Bu görüşdə də bir sıra məsələlər, əsasən kommunikasiya məsələləri müzakirə mövzusu olmuşdu. Təsadüfi deyil ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin qarşıdakı dövrdə yeni görüşlərlə bağlı anonslar səsləndirməsi digər vasitəçi tərəf olan Rusiyanı da məsələyə xüsusi diqqətlə və həssaslıqla yanaşmağa sövq etmişdi - bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşması, dayanıqlı balanslaşdırılmış qərarların hazırlanması prosesinin Moskva üçün həmişə prioritet olaraq qalması ilə bağlı açıqlaması da deyilənləri təsdiqləyir. Zaxarova hətta Rusiyanın moderatorluğu ilə aparılan üçtərəfli danışıqlar kompleksini barışıq prosesi üçün alternativi olmayan yol xəritəsi adlandırmışdı.
Lavrov Qərbi “qeyri-səmimi” adlandırır...
Bu dəfə isə Rusiyanın XİN rəhbəri Sergey Lavrov Qərbin Bakı ilə İrəvan arasında sülh prosesinə kömək etmək istəyinin səmimi olmadığını dilə gətirib. Lavrov Belarusun paytaxtı Minsk şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclasının yekunlarına dair jurnalistlərə müsahibəsində deyib ki, Rusiya beynəlxalq fiqurların Bakı ilə İrəvan arasında sülh prosesində vasitəçilik etməyə cəhdlərinə qarşı deyil. “Təəssüf ki, ABŞ və Avropa İttifaqının hazırkı fəaliyyətində biz onu görürük ki, danışıqlar prosesinə kömək etməkdən daha çox regiona nüfuz etmək istəyirlər. Rusiyanın hüquqi maraqlarına təzyiq göstərmək istəyini görürük”, - Lavrov qeyd edib.
XİN rəhbərinin fikrincə, Qərbin bu cür hərəkətləri onu göstərir ki, NATO-ya üzv ölkələrin və Aİ ölkələrinin sərhədlərindən uzaqda olan regionlara genişlənmək istəyir və bunun da vəziyyətin sabitləşməsinə kömək etmək üçün səmimi istəklə heç bir əlaqəsi yoxdur: “Ümid edirəm ki, İrəvandakı və Bakıdakı həmkarlarımız bunu başa düşürlər. Ən azından biz onlarla baş verən hadisələri açıq şəkildə müzakirə edirik”.
Moskva səmimidirsə...
Təbii ki, Rusiyanın münasibətlərin normallaşması prosesindəki rolu və iştirakı hər zaman Azərbaycan dövləti tərəfindən yüksək dəyərləndirilib. Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat silahlı qarşıdurmanın yekunlaşmasına səbəb oldu. Amma sonrakı dövrdə Ermənistanın ortaya qoyduğu davranışlar, mövqe adekvat qəbul oluna bilməz. Hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan bəzi məsələlərlə bağlı manipulyasiyaları davam etdirməkdədir. Bu isə rəsmi İrəvanın hələ də müəyyən “qaranlıq müəmmalara” ümid etdiyini fikirləşməyə əsas verir. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bir sıra qəbuledilməz nüansları davamlı şəkildə qabardır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarına belə əməl etməyən, bu görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan nümayiş etdirdiyi mövqeyi ilə həm də Rusiyanın vasitəçilik missiyasına kölgə salır. Məsələn, hələ də Azərbaycan torpaqlarında erməni silahlılarının mövcudluğu, Azərbaycanı Naxçıvanla birləşdirən yolun açılmaması və bu kimi başqa məsələlər Ermənistanın yerinə yetirmədiyi öhdəliklərdir - bu isə Rusiyanın apardığı vasitəçilik missiyasının qeyri-ciddi obrazda təqdim olunmasına yol açır. Rusiya iddia etdiyi kimi, özünün vasitəçilik missiyasında səmimidirsə, Kreml Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməlidir. Ötən 3 ildə isə bu kimi hallar müşahidə edilməyib - əksinə, bəzi məqamlarda Qarabağdakı erməni silahlılarına aparılan sursatların hətta “mühaifəzəsi” belə təşkil edilib...
Ermənistan daha çox səy göstərməlidir
Azərbaycan isə hər zaman özünün imzasına sadiqlik və hörmət göstərib - sülhün tərəfdarı olduğunu nümayiş etdirir. Ölkəmiz qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyini önə çəkir - 2023-cü ilin sülh ili olmasını arzulayır. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli, beynəlxalq hüquqa və ədalətə əsaslanan şərtlər zəminində sülhə razılaşmalıdır. Bu, münasibətlərin normallaşması üçün ən əsas formuldur.
Digər tərəfdən, regional problemlərin həlli bölgədə sülhün formalaşmasını təmin edəcək. Bu isə öz növbəsində qlobal laiyhələrin reallaşması və genişləndirilməsi üçün bir təkan olacaq. Xüsusilə vurğulamaq lazımdır ki, yeni dövrün iqtisadi münasibətlərinin nizamlanması, yeni mərhələnin formalaşdırılması həm də Ermənistan ilə Azərbaycan arasında sülhün yaradılmasından asılıdır. Bunun üçün isə Ermənistan daha çox səy göstərməlidir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

