60 telefon danışığı...
22.06.2023 [10:45]
Paşinyanın etirafları...
Erməni müxalifəti baş naziri manipulyasiyada ittiham edir
Ermənistan parlamentində İkinci Qarabağ müharibəsində məğlubiyyətin səbəblərinin araşdırılması üzrə istintaq komissiyasında ifadə verən baş nazir Nikol Paşinyanın fikirləri bu ölkənin daxilində qarşıdurmaların güclənməsinə yol açıb. Rəsmi İrəvan 44 günlük müharibədə kapitulyasiyaya imza atandan sonra müxalifətin Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları səngimir. Amma Azərbaycanın erməni işğalına son qoyması və regionda yeni reallıqlar yaratması Cənubi Qafqazın gələcəyi baxımından önəmlidir. Həmin reallığı Ermənistan hakimiyyəti də qəbul etmək məcburiyyətindədir. Bütün bunların fonunda Paşinyanın istintaq komissiyasının iclasında etirafları və yalanları təəccüblü deyil.
BMT TŞ-nin qətnamələri “kağız parçası” deyildi
İlk növbədə, Paşinyan müharibədə məğlubiyyətin səbəbini özündən əvvəlki iqtidarların üzərinə atıb. O, həmçinin Şuşanın Azərbaycan üçün önəmini etiraf etməyə məcbur olub və deyib ki, azərbaycanlıların əsas məqsədi Şuşaya qayıtmaq idi: “2020-ci ilin noyabrın 8-də Azərbaycanın Şuşa şəhərini alması müharibənin dönüş anı oldu və İrəvan noyabrın 9-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu”. Onun sözlərinə görə, Şuşa itirildikdən sonra Xankəndi zərbə altına düşdü, Xocavəndə təzyiq artdı, ən başlıcası isə 25 min erməni əsgəri mühasirəyə düşmək təhlükəsi ilə üzləşdi. N. Paşinyan parlament komissiyasının iclasında çıxış edərkən onu da bildirib ki, həmin ilin oktyabr-noyabr aylarında Rusiya Prezidenti Vladimir Putinlə təxminən 60 dəfə telefonla danışıb, Moskvanın vasitəçiliyi ilə atəşin dayandırılmasına çalışsa da, buna nail ola bilməyib. O qeyd edib ki, üçtərəfli bəyanat müharibəni dayandırmaq üçün sayca beşinci cəhd olub. Əvvəlki cəhdlərdə Azərbaycanın əraziləri azad etmək şərtləri qəbul olunmayıb.
Baş nazirin sözlərinə görə, Dağlıq Qarabağ üzrə danışıqlar prosesi və onun məzmunu birbaşa Ermənistandakı daxili siyasi vəziyyətdən asılı idi: “Əsas hadisələrdən biri ATƏT-in Lissabon sammiti və birinci prezident Levon Ter-Petrosyanın dərc etdiyi “Müharibə, ya sülh” məqaləsidir. Əslində Ter-Petrosyan qeyd edib ki, status-kvo uzunmüddətli ola bilməz. Özümüzü aldatmağa ehtiyac yoxdur və Qarabağ məsələsində bizim müttəfiqimiz yoxdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə “Dağlıq Qarabağ” “Azərbaycan Respublikasının bölgəsi” adlandırılıb. Bu sənədlər sadəcə kağız parçası deyildi. Eləcə də, 1996-cı ildə ATƏT-in Lissabon sammitinin heç bir hüquqi qüvvəsi olmasa da, beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq aləmdə tanınır”.
Günahkar Köçəryanla Sarkisyandır?
Müxalifətin ittihamlarını qəbul etməyən erməni baş nazir deyib ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan hakimiyyətinin ilk günlərindən bağlı qapılar arxasında danışıqlar aparıb və bu danışıqlarda Qarabağın Azərbaycanın tərkibində statusunu məqbul hesab edib. Paşinyan Köçəryanı Qarabağdakı qondarma “hakimiyyəti” danışıqlarda iştirak imkanından məhrum etməkdə də suçlayıb. “Köçəryan Qarabağı istənilən “müstəqillikdən” məhrum etdi. Əslində, bu, “Dağlıq Qarabağ”ın beynəlxalq subyektivliyinin sonu idi”, - deyə baş nazir bildirib. Paşinyan qeyd edib ki, Köçəryanın motivasiyası onun 1998-ci il prezident seçkilərində saxtakarlıqla qalib gəlməsi və qeyri-legitim surətdə dövlət başçısı postunu tutması ilə bağlı olub. Çünki o vaxt qüvvədə olan qanunvericiliyə görə, Köçəryanın prezidentliyə namizədliyini irəli sürmək hüququ yox idi. Paşinyan digər keçmiş prezident Serj Sarkisyanı isə 2016-cı ilin aprel döyüşlərindən sonra işğal edilmiş torpaqların Azərbaycana qaytarılması ilə bağlı şifahı razılıq verməkdə ittiham edib.
Amma, nədənsə, erməni baş nazir özünün Şuşada sərxoş vəziyyətdə yallı getməsindən, “Qarabağ Ermənistandır və nöqtə”, “yeni ərazilər üçün yeni müharibə” fikirlərini xatırlatmayıb. Müxalifət müharibənin Paşinyanın belə mövqeyinə görə başladığını iddia edir. Bir sıra ekspertlər də hesab edirlər ki, Paşinyanın fikirləri etiraf yox, növbəti manipulyasiyadır. N. Paşinyan indiki şəraitdə Ermənistan revanşistlərinin qarşısında özünü təmizə çıxarmaq üçün uydurulmuş situasiyadan danışır. Əslində Ermənistan ordusunun hansı səbəblərdən məğlub olduğunun bir hissəsini dilə gətirməklə məsuliyyəti özündən əvvəlki hakimiyyətin üzərinə yükləməyə çalışır. Çünki Paşinyan müharibəyə qədər qısa zaman kəsiyində Ermənistana rəhbərlik edib. Amma müharibəyə qədər Ermənistan ordusunun formalaşmasında qismən Ter-Petrosyan, daha sonra isə Köçəryan və Sarkisyan iştirak ediblər. Bununla da, Paşinyan əslində bu istintaqı daha çox özündən əvvəlki siyasi hakimiyyətlərə qarşı yönəltməyə çalışır. Yəni, prosesin təməlində ona qarşı olan qüvvələri müəyyən qədər neytrallaşdırmaq məsələsi dayanıb.
XİN: Ermənistanın tarixi səhvlərindən dərs çıxarması zəruridir
Paşinyanın sözügedən çıxışına Azərbaycanın Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin açıqlamasında qeyd olunur ki, iyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışında 44 günlük müharibə zamanı və ümumilikdə işğal dövründə aparılmış bir sıra danışıqları təhrif etməklə yanaşı, bir daha göstərib ki, Ermənistan çağırışlara baxmayaraq, Azərbaycan ərazilərini danışıqlar yolu ilə işğaldan azad etməkdən imtina edib. Vurğulanıb ki, Ermənistan baş nazirinin müharibə zamanı hər bir danışıqdan və humanitar atəşkəsdən dərhal sonra müharibə zonasından kənar mülki əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutmasını və mülki əhalini qətlə yetirməsini danması Ermənistan tərəfinin faktları necə təhrif etdiyini bir daha nümayiş etdirir.
“Azərbaycanın guya 2011-ci ildən silahlanmanı və təxribatları artırmaqla vəziyyəti gərginləşdirdiyi barədə iddialara gəldikdə, Azərbaycan əraziləri işğal olunan andan etibarən BMT Təhlükəsizlik Şurasının və bir sıra digər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında danışıqlar yolu ilə ərazilərinin geri qaytarılmasına səy göstərib. Bütün bunlara baxmayaraq, baş nazir Paşinyan tərəfindən şəxsən 2018-2019-cu illərdə nümayiş etdirilən təhrikçi ritorika da daxil olmaqla, uzun illər ərzində Ermənistan tərəfindən törədilən təcavüz aktının və təxribatların sülhə töhfə vermədiyi və 2020-ci ildə müharibə ilə nəticələndiyi hər kəsə məlumdur”, - deyə qeyd edilib. Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması və postmünaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

