“Vaqner” Belarusda nə “axtarır”?
20.07.2023 [11:18]
Günel ABBAS
Bir müddət öncə “hərbi çevrilişdə” ittiham olunan Rusiyanın “Vaqner” özəl hərbi qruplaşması razılaşmaya görə Belarusa “köç” edir. Artıq hərbi birliyin ümumilikdə isə altıncı kolonu Belarus sərhədlərinə daxil olub. Məlumata görə, kolon P43-M5 avtomobil yolu ilə hərəkət edib. Kolonun tərkibində olan pikaplar və qoşqusu olan üstüörtülü “Ural” hərbi yük maşınları video vasitəsilə görüntülənib. Kolonu Belarus Dövlət Yol Müfəttişliyi müşayiət edib. Kolonda təxminən 100-120 maşın olub. Muzdlular Sell kəndindəki düşərgəyə doğru irəliləyiblər. Bildirilib ki, “Vaqner” rəhbəri Yevgeni Priqojinin biznes-jeti Belarusda təxminən 13 saat qaldıqdan sonra “Maçulişi” aerodromunu tərk edib.
Politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Vaqner qruplaşması Rusiyanın xaricdə, xüsusilə Mərkəzi Afrika respublikasında, eləcə də yaxın Şərqdə, dəqiq desək, Suriya, Liviyada maraqlarını qoruyur: “Rusiya-Ukrayna müharibəsinə Vaqnerin qoşulması əvvəlki dönəmdə bir sıra uğurlarla müşayiət olundu, ardınca məğlubiyyətlər gəldi. Vaqnerin sərgüzəştləri Yevgeni Priqojinin Müdafiə Nazirliyinin Baş Qərargah İdarəsini tənqid etməsi ilə yekunlaşdı. Moskvaya doğru “Ədalət marşı” adını alan yürüş isə Belarus prezidenti Aleksandr Lukoşenkonun Rusiyanın daxili ictimai-siyasi mühitinə nüfuz etməsi ilə sona çatdı. Ortada razılaşma var. Artıq 120 texnikadan ibarət 6-cı kolonun Belarusa daxil olmasını müşahidə edirik. Bunun bəzi hallarda Minsk üçün bir sıra üstünlüklər formalaşdırması gözləniləndir. Belarus öz təhlükəsizliyini təmin etmək üçün bir səra tədbirlər görüb ki, Rusiyadan taktiki nüvə silahının əldə edilməsi də bu sıradadır. Beləliklə, çox güclü bir təhdid faktoruna çevrilməkdədir. Belarus bu addımlarla qarşısına bir sıra məqsədlər qoyur - NATO hücumlarından qorunmaq, müəyyən mənada, Rusiyaya təsir etmək, həm də Avropa qarşısında bir sıra üstünlüklərə sahib olmaq bu sırada yer alır. Hətta belə bir təəssürat da formalaşır ki, “Vaqner” məhz Belarus üzərindən Ukrayna üzərinə hər hansı bir yeni hücum həyata keçirə bilər”.
Onun sözlərinə görə, “Vaqner”in Rusiyada hakimiyyət əleyhinə çıxış etməsi bəzi siyasi analitiklər tərəfindən görüntü kimi də qiymətləndirlir. Hətta bunu gizli bir plan kimi xarakterizə edənlər də tapılır. “Ola bilsin Rusiya məhz bu planla Belarus üzərindən öz maraqlarını qorumaq niyyətindədir. Əlbəttə, bunu qarşıdakı dönəmdə müşahidə edə bilərik. Düzdür, “Vaqner” qruplaşmasının pərən-pərən olması, onların bəzilərinin Müdafiə Nazirliyi ilə müqavilə bağlaması, nazirliyin tərkibinə keçməsi və digər halları nəzərə alsaq, qruplaşma artıq çox ciddi bir təsir mexanizmi sayıla bilməz. “Vaqner”, əlbəttə ki, müasir texnikalardan uzaq silahlanmaya malikdir. Ola bilsin ki, döyüş qabiliyyətinə görə döyüş meydanında güclüdür. Ancaq bu gün müharibələr “yer”də getmir - kosmik orbitdə və səmalarda gedir. Buna görə də ölkələrin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün milyardlarla vəsait məhz PUA istehsalına, komikadze dronlarına və qırıcılara sərf olunur”, - deyə İ.Hüseynov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58

