Aİ nazirlərinin müzakirəsi
21.07.2023 [10:25]
Münasibətlərin normallaşması prosesi diqqət mərkəzindədir
Nardar BAYRAMLI
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri ötən gün Brüsseldə keçirilən görüşdə Ukraynaya hərbi yardım və təhlükəsizlik təminatları, Türkiyə və Çin ilə münasibətlər kimi məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini də müzakirə ediblər. Avropa İttifaqının XİN Şurasının əsas iclası üç mövzuya həsr olunub. Bura Ukraynadakı münaqişə, iqtisadi təhlükəsizliyin xarici siyasət aspekti və Türkiyə ilə münasibətlər daxildir. Ötən günün ikinci yarısında nazirlər cari məsələləri, o cümlədən Çin, Latın Amerikası və Karib hövzəsi ölkələri ilə iyulun 17-18-də keçirilmiş toplantının nəticələrini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və s. məsələləri müzakirə ediblər.
Bu müzakirələr göstərir ki, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.Bu gün sülh prosesində bir neçə beynəlxalq platforma mövcuddur. Bunlar Rusiyanın, Avropa İttifaqının və Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə aparılan danışıqlardır. Rusiyanın vasitəçiliyi ilə liderlərin bir neçə üçtərəfli görüşlər keçirilib, bu görüşlərin nəticəsi olaraq üçtərəfli bəyanatlar imzalanıb. Son zamanlar ABŞ da vasitəçilik prosesində əhəmiyyətli dərəcədə fəallaşıb. Sülh prosesində Brüssel formatı xüsusilə diqqəti cəlb edir. Brüssel sülh gündəliyi təmasların intensivləşdirilməsi və nəticəyə yönəlik fəaliyyətin davam etdirilməsi baxımından əhəmiyyətlidir. Avropa İttifaqının qərəzsiz və bitərəf olaraq Cənubi Qafqaz regionunda etimad quruculuğu prosesində fəal iştirak etməsi faydalı və önəmlidir. Aİ regionda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühitinin yaradılmasında maraqlıdır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının tərəfdarı kimi, müvafiq təklif və təşəbbüslərlə çıxış edir. Digər tərəfdən, Avropa İttifaqı bu prosesdə Bakının mövqeyini əsas götürür. Çünki bu mövqe haqlı və qalib tərəfin, etibarlı tərəfdaşın yanaşmasını özündə əks etdirir, quruculuğa və proqressə xidmət edir.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

