“Qırmızı Xaç”ın qara üzü...
02.08.2023 [10:55]
“Humanitar missiya”nın erməni sevgisinin “sirləri”
Son aylarda Ermənistanın Laçın dövlət sərhəd buraxılış məntəqəsi üzərindən oynamağa çalışdığı bütün oyunlarda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) adı “qırmızı hərflərlə” keçir. Əslində, BQXK-nın adı ötən ilin dekabrından başlayaraq bir neçə ay davam etmiş ekofəalların haqlı etirazı zamanı da populyar idi. BQXK Qarabağdakı ermənilərlə Ermənistanın “təmasını” formalaşdırır, “humanitar” daşımaçılıq həyata keçirir, hətta bəzi hallarda... O da məlum oldu ki, bəzi hallarda hətta qaçaqmalçılığa belə əl atır. Azərbaycan özünün suveren hüquqlarından istifadə edərək, beynəlxalq hüquqa və müvafiq konvensiyalara söykənərək Laçında dövlət sərhəd buraxılış məntəqəsinin qurulmasını təmin etdi - hər şey qanuni və hüquqi xarakter daşımaqdadır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərinə isə məntəqədən keçmək hüququ hər zaman tanınıb. Amma BQXK Azərbaycanın humanist davranışlarından sui-istifadə etməyə çalışdı və öz fəaliyyətinə açıq ermənipərəst ştrixlər qatdı...
İndi isə BQXK qatil, cani Vaqif Xaçaturyandan yana “narahatdır”. Yaydığı açıqlamada bildirir ki, Xaçaturyanın ailəsi ilə əlaqə saxlayır və ən qısa zamanda ona baş çəkəcək.
Minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalanda haradaydınız?
Neytrallıq və qərəzsizlik prinsiplərinə əsaslanan humanitar təşkilat sayılan Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyası silahlı münaqişə və məişət zorakılığı hallarının qurbanlarını müdafiə etmək, onlara yardım göstərməkdir. Başqa sözlə, müstəqil və neytral təşkilat olan BQXK mandatına uyğun olaraq, qərəzsizlik prinsipini rəhbər tutaraq, silahlı münaqişələrdən zərər çəkmiş məhbuslara, xəstələrə, yaralılara və mülki şəxslərə yardım göstərir. Hətta son açıqlamasında da bildirib ki, 2022-ci ilin dekabr ayından Laçın dəhlizi ilə 680 xəstə daşınıb. Bəli, bu heç də BQXK-nın özünün uğuru deyil - bu, Azərbaycanın humanizminin göstəricisidir. Azərbaycan demokratik prinsipləri, insani davranışları hər zaman yüksək tutub. Beləliklə, BQXK bunu heç də özünün uğuru saymamalıdır.
Digər tərəfdən, BQXK qaçqın və məcburi köçkünlərə yardım edən bir təşkilatdır - Qarabağda yaşayan ermənilər isə nə qaçqın deyil, nə də köçkün. Xankəndidə yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, biz prosesin danışıqlar və reinteqrasiya yolu ilə həllini istəyirik. Belə olan halda, BQXK-nın qeyri-qanuni yolla həmin ərazilərə nələrisə daşıması hansı prinsiplərlə üst-üstə düşə bilərdi? Bu təşkilat 1988 - 1993-cü illərdə yüz minlərlə azərbaycanlı ermənilər tərəfindən etnik təmizləməyə məruz qalanda, dədə-baba torpaqlarından qovulanda harada idi?
Ermənistan nümayəndəliyi qaçaq mal daşıyır, Bakı nümayəndəliyi susur...
BQXK-nın Ermənistandakı nümayəndəliyi sözün hər bir mənasında özünə əl qatıb - gah sərhəddən qaçaqmalı daşıyır, gah illərlə axtarışda olan bir qatilin həyatından “narahat” olduğunu deyir. Maraqlıdır ki, təşkilatın Bakı nümayəndəliyinin səsi çıxmır. İllərlə də çıxmayıb. Azərbaycan xalqı təcavüzə məruz qalanda, işğalla üzləşəndə, torpağından qovulanda da səsi çıxmamışdı. Minlərlə vətəndaşımız ermənilərin əlində illərlə əsir qaldı - BQXK yenə də sükutunu qorudu. Bir dəfə olsun Bakı nümayəndəliyi bununla bağlı hər hansı bir həyəcan təbili çalmadı, əməkdaşlıq etdiyi beynəlxalq təşkilata müraciətlər ünvanlamadı. Edilli kəndində, Ağdamda, Şuşada aşkarlanan kütləvi qəbirstanlıqlarda basdırılan insanların taleyinə biganəlik nümayiş olundu - bu azərbaycanlı əsirlər illərlə işgəncəyə, təcavüzə, təqibə məruz qaldılar, təzyiqlərlə üzləşdilər və nəhayət, qətlə yetirildilər. Amma BQXK-nın Bakı ofisi yenə də təmkinini qorudu. Ermənistan nümayəndəliyi kimi aktivlik nümayiş etdirmədi - qaçaqmal daşıması bir yana, haqq səsimizin eşidilməsinə belə yardım göstərmədi. Belə çıxır ki, təşkilat adındakı “Qırmızı Xaç” birləşməsinə “sadiqdir”. Və ya təşkilat yalnız ermənilər üçün humanitar missiya daşıyıcısı sayılır... Maraqlı suallardır...
BQXK niyə bizim “Qırımızı Xaç”ımız ola bilmədi?
Ola bilsin ki, BQXK hüquqi müstəvidə hər hansı beynəlxalq və ya hökumətlərarası təşkilat sayılmır - sadəcə olaraq, Cenevrə Konvensiyaları kimi əsas beynəlxalq müqavilələrdə onun tanınması və beynəlxalq statusu, mandatı müəyyən edilir. Bu mənada, onların həyata keçirdiyi fəaliyyət də Azərbaycan dövlətinin razılığı əsasında formalaşdırılır - amma bu kimi hallar bəzən səbri də daşıra bilir. “Humanitar adı” alıtnda qaçaqmalçılıqla məşğul olmaq BQXK-n?n erməni cinayətkardan yana bu qədər həssasiyyət nümayiş etdirməsi Azərəbaycana qarşı növbəti haqsızlıqdır. Axı, bizim minlərlə əsirlərimiz xaçaturyanların qurbanına, girovuna çevrilmişdi. Axı, xaçaturyanlar, köçəryanlar, balayanlar, sarkisyanlar, ohanyanlar minlərlə günahsız azərbaycanlanının qətlinə fərman verib. Niyə BQXK və onun timsalında başqa “humanitar missiyalar” illərlə, on illərlə bu qatillərin ədalət mühakiməsinə verilməsi üçün bir kəlmə də olsa danışmayıb - haqsızlığa göz yumub və susublar. Niyə BQXK həm də bizim “Qırmızı Xaç”ımız ola bilməyib? Axı, bu xaç heç də dini rəmz daşımır - bu xaç yüksək humanizm, bitərəflik və ədalət missiyası daşımalıdır...
Pərviz İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

