Yevlax görüşü baş tutacaqmı?
04.08.2023 [10:40]
Separatçılar dinc erməni sakinlərə təzyiq edir, görüşə mane olmağa çalışırlar
Nardar BAYRAMLI
Yevlaxda dövlət nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığın təmsilçiləri arasında görüşün təşkili üzərində iş aparılır. Bu barədə bir neçə gün öncə “caliber.az” saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, görüş təklifi heç bir üçüncü ölkədən gəlməyib və xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək.
1 mart görüşündən sonra...
Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. R.Məmmədov martın 1-də Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib. Lakin qarşı tərəf bu təkliflərdən imtina etmişdi.
Hazırda Yevlaxda keçirilməsi gözlənilən görüş haqqında müxtəlif fikirlər səslənir. Erməmi mediasının yaydığı məlumatlardan və sosial şəbəkələrdəki paylaşımlardan görünür ki, Qarabağdakı qondarma rejim bu görüşün baş tutmasına mane olmağa çalışır. Əgər separatçılar görüşü əngəlləyərsə, yaxud görüşdə iştirak edən ermənilərə təzyiqlər, təxribatlar edərsə Azərbaycan separatçılara qarşı hansı taktiki addımlar ata bilər? Məsələ ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə qəzetimizə açıqlamasında bildirib ki, hazırda belə bir görüşün keçirilməsi müəyyən suallar doğurur. Çünki Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan erməni əhalini separatçı rejim sanki mühasirədə, əsarətdə saxlayıb. Separatçılar öz çirkin məqsədlərini həyata keçirmək üçün həmin kütlədən istifadə edirlər.
Ç.Qənizadə: Azərbaycan anti-terror əməliyyatı keçirə bilər
Ç.Qənizadə deyib ki, qondarma rejimin rəhbərləri erməni sakinlərə təzyiqlər edir, onları qorxu altında saxlayırlar: “Bu baxımdan, inanmıram ki, separatçıların başı üzərindən hansısa etnik erməni Yevlaxa gələrək görüş keçirsinlər. Çünki əlində silahı, qanunsuz hərbi birləşmələri olan separatçı rejim istəməsə onlara imkan verməyəcək. Amma çoxsaylı müraciətlər olacaqsa, əhalinin müəyyən hissəsi bu görüş üçün təkid edərsə, onlara qarşı separatçılar zorakılıq, təzyiq göstərərsə onda Azərbaycan tərəfi Rusiya sülhməramlılarına xəbərdarlıq etməklə bu prosesdə ilk olaraq köməklik istəyə bilər. Yəni, sülhməramlılar separatçıların yerli ermənilərin görüşə gəlmələrinə mane olmalarının qarşısını almalıdır. Əks halda, biz görsək ki, orada dinc insanlara qarşı zor tətbiq olunur, o zaman Azərbaycan onların müdafiəsinə qalxmaq, inteqrasiyasını reallaşdırmaq istiqamətində həmin ərazilərdə müəyyən anti-terror əməliyyatı keçirə bilər. Bu dövlətimizin müstəsna hüququdur”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

