/ / Bakıda "Qafqazda ekstremizm ideologiyasının yayılmasına qarşı mübarizə" mövzusunda elmi-praktik konfrans keçirilib
Bakıda "Qafqazda ekstremizm ideologiyasının yayılmasına qarşı mübarizə" mövzusunda elmi-praktik konfrans keçirilib
30.09.2011 [11:07]
Dünən Bakıda “Qafqazda ekstremist ideologiyasının yayılmasına qarşı mübarizə” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Moskva Dövlət Linqvistika Universiteti (MDLU) tərəfindən təşkil olunub. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş konfransda Azərbaycanın və Rusiyanın din xadimləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə konfransı açaraq qeyd edib ki, iki qonşu dövlət - Azərbaycan və Rusiya bütün sahələrdə, o cümlədən cəmiyyətdə mənəviyyatın, dini dəyərlərin inkişafı sahəsində əməkdaşlıq edir. A.Paşazadə deyib ki, dünyanın bütün ölkələri Azərbaycanı tolerantlıq nümunəsi hesab edir və bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. A.Paşazadə vurğulayıb: “Bu siyasət Azərbaycanda mənəvi dəyərlərin, dövlət ilə din arasında qarşılıqlı münasibətlərin inkişafına yönəlmişdir”.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, Cənubi Qafqazda xalqlar və millətlər arasında münasibətlər qloballaşma dövründə bütün bölgənin, Xəzər dənizi hövzəsinin və Avrasiyanın siyasi-ictimai vəziyyətinə təsir edir. Buna görə də, Cənubi Qafqazda milli ekstremizm problemlərinə həsr edilən bu konfransın mövzusu çox aktualdır.
Şöbə müdiri daha sonra deyib: “Cənubi Qafqaz dünyanın ən zəngin etnik, dini tolerantlıq mərkəzlərindən biridir. Burada yaşayan xalqlar arasında tarix boyu sıx əlaqələr mövcud olmuş, dinlərarası münasibətlər qarşılıqlı hörmətə söykənmişdir. Hər bir dövlətin siyasi müvazinəti, ilk növbədə ölkənin xalqları, onların dinləri və mədəniyyətləri arasındakı münasibətlərdən asılıdır. Əgər bu xalqlar arasında qarşılıqlı hörmət, etimad, tolerantlıq hökm sürürsə, dövlətin siyasi müvazinəti də güclü və dayanıqlı olar. Amma əgər xalqlar, dinlər, mədəniyyətlər arasında münaqişələr yaranırsa və ya yaradılırsa, bu, dövlətin siyasi müvazinətini pozur, onun beynəlxalq aləmdə nüfuzunu aşağı salır”.
Müstəqillik illərində Azərbaycan cəmiyyətinin mənəvi dəyərlərinin qorunması və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayan Əli Həsənov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Prezident Administrasiyasının şöbə müdiri deyib: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli respublikadır. Azərbaycanda yaşayan xalqların hər birinin dini, dili, mədəniyyəti ölkəmizin mənəvi sərvətidir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir”.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın etnik separatizmə məruz qalan ölkələrdən biri olduğunu vurğulayan Əli Həsənov deyib ki, bu separatizmin nəticəsində Azərbaycan torpaqları işğal edilib, bir milyondan artıq insan qaçqın və köçkün vəziyyətinə düşüb. Bu separatizm indi də davam edir və bundan təkcə Azərbaycan xalqı deyil, həmçinin həmin separatizmin girovuna çevrilən Ermənistan cəmiyyəti də əziyyət çəkir.
Əli Həsənov əmin olduğunu bildirib ki, bu konfrans Cənubi Qafqazda dinlər və xalqlar arasında tolerantlıq münasibətlərinin möhkəmlənməsinə, həm bölgənin, həm də dünyanın humanitar dəyərlərinə töhfə verəcək.
Rusiyada Kilsə və cəmiyyətin qarşılıqlı münasibətləri üzrə Sinodal şöbənin sədri protoiyerey Vsevolod çaplin deyib: “Qafqazda dini özəlləşdirmək cəhdi baş tutmamışdır. Dindən ekstremist məqsədlər üçün istifadə edilməsi region üçün təhlükəlidir”.
Din xadimi vurğulayıb: “Xarici qüvvələr Qafqazda etnik və dini müxtəliflikdən istifadə edərək, münaqişələri qızışdırmağa çalışır. Buna baxmayaraq, Qafqaz bütün dünya üçün tolerantlıq nümunəsidir. Bu baxımdan, müxtəlif dinlərə etiqad edən insanların sülh və həmrəylik şəraitində yaşadığı Azərbaycan regionda dözümlülüyün əyani nümunəsidir”.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov vurğulayıb ki, Azərbaycanda dini konfessiyalar qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir. O, daha sonra qeyd edib ki, hazırda müsəlmanlar bütün dünyada dini haqsızlığa məruz qalır, islam dinindən sabitliyi pozmaq üçün istifadə edilir. H.Orucov deyib: “Buna görə də cəmiyyətdə dini maarifləndirmə üzrə daha çox iş aparmaq, bu məqsədlə sağlam, mötəbər mənbələri cəlb etmək lazımdır. Qafqaz xalqları terrorizmə, ekstremizmə qarşı mübarizədə öz qüvvələrini birləşdirməlidir”.
Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) dosenti, Şimali Qafqaz Federal Dairəsinin hüquqi müdafiə mərkəzinin rəhbəri Roman Silantyev tolerantlığın inkişafı, müxtəlif dinlərin və millətlərin nümayəndələri arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə MDLU-nun töhfəsi barədə məlumat verib. O, qeyd edib ki, bu ali məktəb dini icmalar arasında dözümsüzlüyün əleyhinə çıxış edir, belə hesab edir ki, ekstremizmin mənfi təzahürlərinin aradan qaldırılması üçün bu məsələyə vətəndaşlıq mövqeyindən yanaşmaq lazımdır.
Daha sonra Rusiya İslam Universitetinin prorektoru Sultan Denilxanov, “Din və cəmiyyət” informasiya-təhlil mərkəzinin prezidenti Aleksey Qrişin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının rəhbəri, yepiskop Aleksandr İşşein, QMİ Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev müzakirə olunan mövzunun vacibliyini qeyd edib, ekstremizm ideologiyasının yayılmasının qarşısının alınmasına dair bir sıra təkliflər irəli sürüblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

