/ / Yeni Azərbaycan Partiyası ilə Tacikistan Xalq Demokrat Partiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Yeni Azərbaycan Partiyası ilə Tacikistan Xalq Demokrat Partiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
24.12.2011 [21:20]
Əli Əhmədov deyib ki, Azərbaycan ilə Tacikistan arasında əlaqələrin qədim tarixi var. Onun sözlərinə görə, hər iki ölkə özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə yüksələn xətlə inkişaf edib: “Dövlətlərimizin başçıları arasındakı yüksək səviyyəli siyasi dialoq, dostluq münasibətləri, eləcə də, ölkələrimiz arasında imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımız üçün geniş imkanlar açır, möhkəm hüquqi baza yaradır. Əlaqələrimizin siyasi partiyalar arasında da genişlənməsi dövlətlərimizin və xalqlarımızın münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək”.
Əli Əhmədov YAP-ın yaranma tarixi, Azərbaycanın ictimai-siyasi həyatındakı rolu, beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verib. O, 550 min nəfərdən çox üzvü olan Yeni Azərbaycan Partiyasının Avropanın və Asiyanın nüfuzlu partiyaları ilə geniş əlaqələrə malik olduğunu deyib: “İndi biz Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsində təmsil olunuruq. Gələn il bu təşkilatın 7-ci Baş Assambleyasının Bakıda keçirilməsi nəzərdə tutulub”.
Əli Əhmədov bunu ölkəmizin və Yeni Azərbaycan Partiyasının nüfuzu ilə əlaqələndirib.
Tacikistan Xalq Demokrat Partiyası sədrinin müavini Asror Latipov isə bildirib ki, Azərbaycanın inkişafı və uğurları göz qabağındadır: “Biz regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycan və onun hakim partiyası ilə əlaqələrin inkişafında maraqlıyıq. Düşünürəm ki, “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkili Azərbaycanın sürətli inkişafının və modernləşməyə verdiyi əhəmiyyətin göstəricisidir. Xüsusilə də qeyd etməliyəm ki, hər dəfə aktuallığı ilə seçilən yeni mövzuların müzakirəyə çıxarılması olduqca müsbət haldır. Hakim Yeni Azərbaycan Partiyası ilə Tacikistan Xalq Demokrat Partiyası arasında imzaladığımız Memorandum xalqlarımızın dostluq münasibətlərinin daha da dərinləşməsinə və inkişafına xidmət edəcək”.
“Düşünürük ki, Yeni Azərbaycan Partiyası ilə Tacikistan Xalq Demokrat Partiyası arasında imzalanmış Memorandum xalqlarımız arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə və inkişafına xidmət edəcəkdir”, - deyə qonaq qeyd edib. Asror Latipov təmsil etdiyi partiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında ikitərəfli, eləcə də, MDB çərçivəsində münasibətlər, siyasi partiyaların nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, siyasi və iqtisadi sahədə, xüsusən, modernləşmə ilə bağlı təcrübə mübadiləsi barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Asror Latipov YAP Sədrinin müavini Əli Əhmədova suvenir, Əli Əhmədov isə Tacikistandan gəlmiş qonağa müasir ölkəmizi özündə əks etdirən “Azərbaycan” kitabını hədiyyə edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42

