Antiterror tədbirlərini “etnik təmizləmə” adlandıranlar...
22.09.2023 [10:30]
Cənubi Qafqazda sülh istəmir!
Yeganə BAYRAMOVA
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirilən yerli antiterror tədbirlərini şərh edib. Kreml nümayəndəsi Qarabağın Azərbaycanın daxili işi olduğunu vurğulayıb. O, bildirib ki, Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini etnik təmizləmə adlandırmağa heç bir əsas yoxdur. Peskov bu barədə “Birinci Kanal”a açıqlamasında deyib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirmişdir ki, ABŞ Prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron və digər Qərb ölkələrinin rəhbərləri Qarabağda “etnik təmizləmə”yə dözürlər.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan politoloq İlyas Hüseynov bildirib ki, Peskovun məhz lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun etnik təmizləmə aparması və buna dair bütün fikirlərin əsassız olduğunu söyləməsi həqiqətə uyğundur. Politoloq qeyd edib ki, Azərbaycan Qarabağda heç bir etnik təmizləmə aparmayıb və ümumiyyətlə, dövlətimizin belə bir fikri olmayıb: “Azərbaycan yalnız legitim hərbi hədəfləri sıradan çıxararaq regionda sülhü və təhlükəsizliyi təmin edib. Burada saxta təbliğata uymaq və bu təbliğatlar əsasında fikirlər formalaşdırmaq, bunu ali səviyyədə təqdim etmək tamamilə qəbuledilməzdir. Biz müxtəlif Qərb ölkələrinin rəhbərləri tərəfindən erməni təbliğatının davamını gördük. Buna son qoymaq lazımdır. Azərbaycan Qarabağa iqtisadi rayonunda dinc, mülki ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin etmək niyyətindədir. Ölkəmiz bu istiqamətdə zəmanətlər verir, reinteqrasiya planını və yol xəritəsini reallaşdırır və Azərbaycan üçün önəmli olan regional sabitlik, təhlükəsizlik mühitinin gücləndirilməsidir. Eyni zamanda, son dövlər etnik təmizləmə ilə bağlı geniş şəkildə manipulyasiyalar edilir, əsas məqsəd Azərbaycanın Ordusunun uğurlarına xələl gətirmək, onu ləkələmək, Azərbaycanın keçirdiyi çox dəqiq və sərrast antiterror tədbirlərini damğalamaq və ona qarşı çıxmaqdır. Lakin bu, baş tutmayacaq. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirib. 44 günlük Vətən Müharibəsində də, antiterror tədbirlərində də bütün dünya Ordumuzun peşəkarlığını gördü. Son günlər aparılan antiterror tədbirlərinin isə etnik təmizləmə olduğuna dair fikirlərin əsası yoxdur. Belə fikirlər siyasi nizamlama prosesinə mənfi təsir göstərir və bu fikirləri dilə gətirən qüvvələr regionda sülh istəmirlər”.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

