Ermənistanı nə gözləyir?
22.09.2023 [10:50]
Paşinyan sülhdən “danışır”, müxalifət “istefa” deyir
Günel ABBAS
Məlum olduğu kimi, sentyabrın 19-dan İrəvanda kütləvi etirazlar başlayıb. Etirazçılar Ermənistanın hökumət başçısını dövlətə xəyanətdə ittiham edərək istefasını tələb ediblər. Hətta sentyabrın 20-də İrəvandakı “Respublika” meydanında keçirilən aksiyada polislə nümayişçilər arasında qarşıdurma yaşanıb. Qarşıdurma nəticəsində 34 nəfər yaralanıb ki, onlardan 16-sı polis əməkdaşıdır. Aksiya iştirakçıları tərəfindən mühasirədə saxlanılan Rusiyanın İrəvandakı səfirliyinin fəaliyyəti də iflic olub. Səfirlik bəyanatla çıxış edərək Ermənistan Xarici İşlər Nazirliyindən diplomatik nümayəndəliyin fəaliyyətinin bərpası üçün təcili tədbirlərin görülməsini tələb edib. Qeyd edək ki, Ermənistanın müxalifət partiyaları xalqı meydanlara çıxmağa səsləyib. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Buna səbə kimi isə Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri göstərilib. Xatırladaq ki, tədbirlər nəticəsində Qarabağdakı silahlılar təslim olublar. Bu isə Ermənistandakı siyasi-ictimai vəziyyəti daha da gərginləşdirib. Baş nazir Nikol Paşinyanın iqamətgahı çoxlu sayda polis tərəfindən qorunur. Nikol Paşinyan isə açıqlamasında tərəfdarlarına istefaya getməyəcəyini bildirib. Verilən məlumata görə, 20 sentyabr tarixində hökumət binası yaxınlığında etiraz aksiyaları fonunda Paşinyan tərəfdaşları ilə görüşüb onlara istefa verməyəcəyini və nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını bəyan edib. Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər.
Yeri gəlmişkən, Nikol Paşinyanın bir neçə gündür ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı cəhdi axır ki baş tutub. Erməni tərəfinin təşəbbüsü ilə baş tutan danışıqda Putin və Paşinyan son hadisələri müzakirə ediblər.
Politoloq Tural İsmayılov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Putinlə Paşinyan arasındakı telefon danışığı Paşinyanın israrları nəticəsində baş tutub: “Yəni bir növ məcburən həyata keçirilmiş bir danışıqdır. Paşinyan ötən günlər ərzində dəfələrlə Rusiya prezidentinə zəng edib və onun telefon danışığına nail olmağa çalışdığı vurğulanır. Rusiya rəhbərliyi baş verənlərin real mənzərəsi ilə tanışdır. Son dövrlərdə bu ölkənin anti-Rusiya əhval-ruhiyyəsi bəlli idi. Bunda isə Paşinyan komandası günahlandırılır. Təbii ki, Qarabağ regionunda aparılan lokal antiterror tədbirləri ümumi mənzərənin daha da gərginləşməsinə yol açıb”.
Politoloqun fikrincə, qarşıdakı günlərdə prosesdə müəyyən səngimələri də görmək mümkündür. Ermənistan mətbuatı Paşinyanın sülhlə bağlı pozitiv fikirlər səsləndirdiyini yazır. Bu isə ümumi hadisələrin gedişinə mühüm təsirlər göstərə bilər. “Rusiya-Ermənistan münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı müəyyən fərqli proqnozların şahidi oluruq. Bəzi hallarda Rusiyanın Paşinyanın hakimiyyətdə qalması razılaşa bilməyəcəyi vurğulanır ki, bu da mümkündür. “Çünki Rusiya rəhbərliyi anlayır ki, Ermənistandakı sorosçularla hansısa danışıqların aparılması effekt verməyəcək. Həmçinin Rusiya rəhbərliyi yaxşı bilir ki, bu gün Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsi bitməyib və Moskva bunun ən böyük günahkarı kimi hazırki iqtidar komandasını göstərir. Bu baxımdan münasibətlərin inkişafı istiqaməti ilə bağlı fkir səsləndirmək üçün zamana ehtiyac var. Ola bilsin ki, Rusiya Paşinyan iqtidarının Ermənistanda əvəzlənməsi üçün səy göstərsin”, -deyə T.İsmayılov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

