Məğlub ölkədə Qərb və Rusiya cəbhələri
22.09.2023 [10:36]
Mübariz FEYİZLİ
Ermənistanın riyakar siyasət apardığı bütün dünyaca məşhurdur. Məlum erməni xislətinə uyğun olaraq Ermənistan dövləti də öz siyasətində buqələmun kimi cilddən-cildə girməyi, mövqeyini və oriyentasiyasını tez-tez dəyişməyi adi hal sayır. İzlənilən proseslərə istinadən deyə bilərik ki, “daimi dostlar və yaxud müttəfiqlər” anlayişı Ermənistan üçün ümumiyyətlə yaddır. Bu ölkənin siyasəti sırf klanların maraqları üzərində qurulub. Ermənistanın özü kimə isə fayda verməyən bir subyektdir. Bu subyektin digərlərindən gözləntiləri, sümürüb almaq istədikləri isə nəhayətsizdir. Biz zaman-zaman Ermənistan iqtidarının müxtəlif çətirlər altına sığındığının şahidi olmuşuq. Belə təəssürat yaranır ki, ermənilər məhz başqalarının himayəsi altında olanda, arxalarında daha güclülərin dayandığını görəndə özlərini xoşbəxt sanırlar.
İndiki halda məğlub ölkədə proseslərə təsir göstərə biləcək qüvvələrin iki cəbhədə cəmləşdiyi fikrini ifadə edə bilərik. Bunlar Qərb və Rusiya cəbhələridir. Nikol Paşinyan iqtidarı Qərbə bağlıdır. O məhz Qərbin hazırladığı inqilab ssenarisi ilə hakimiyyətə gəlib və hazırda da bağlı olduğu qüvvələrə maşalıq etməyi özünün ən şərəfli missiyası sanır. Bundan ötrü Nikol Paşinyan Qərbin geosiyasi məsələlərdə dərin ədavətdə olduğu Rusiyaya qarşı cəbhə açıb. Bu ssenarinin perspektivi forpost ölkə üçün yaxşı heç nə vəd etmir. Əslində, bir vaxtlar Ermənistanın Rusiyaya asi çıxacağını heç təsəvvürə gətirmək də mümkün deyildi. Bu ölkə indiyədək bir dövlət kimi mövcudluğuna görə məhz Rusiyaya borcludur. Mənbələr təkzibolunmaz faktlarla sübut edir ki, Ermənistan zamanında indiki coğrafiyada – tarixi Azərbaycan ərazilərində məhz Rusiyanın hakim dairələrində çızılan ssenarilər əsasında yaradılıb və xüsusi məqsədlərlə həmişə şimal qonşumuz tərəfindən himayə olunub. Rusiya ilk növbədə geosiyasi maraqlarından çıxış etməklə Ermənistanın təhlükəsizliyinə təminatlar yaradıb, öz çətiri altında erməni xalqının xoşbəxtliyini təmin edib. Sonradan çoxsaylı mübahisələrə, onilliklər boyunca davam edən, öz arxasınca dərin humanitar böhran gətirən Qarabağda ermənilərə muxtariyyət verilməsi də məhz Kremlin təkidi ilə baş tutmuşdu. Eyni ssenarinin tərkib hissəsi olaraq yüz minlərlə azərbaycanlı indiki Ermənistan ərazisindən zorla deportasiya edilib və onların çıxarıldıqları ərazilərdə xaricdən köçürülən ermənilər məskunlaşdırılıblar.
Rusiyanın Ermənistana tarixdən gələn himayəçiliyi günümüzdək davam edib. Hazırda bu ölkənin iqtisadiyyatı, enerji təhlükəsizliyi böyük dərəcədə Rusiyadan asılıdır. Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik missiyasını həyata keçirən ölkələrdən biri Rusiyadır. Xatırladaq ki, məlum üçtərəfli Bəyanat – Ermənistanın kapitulyasiyası və həm də xilası sənədi - məhz bu ölkənin təşəbbüsü və səyləri sayəsində imzalanıb. Müharibənin başa çatmasından sonrakı dövrdə Rusiyanın dövlət başçısının və digər yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə Moskvada və Soçidə bir neçə dəfə üçtərəfli formatda görüşlər keçirilib. Eyni zamanda, hazırda Ermənistanın Türkiyə və İranla olan dövlət sərhədlərini də Rusiya hərbiçiləri qoruyurlar. Ermənistanda dislokasiya olunan 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Bu ölkə Rusiyaya məxsus hərbi bazanın öz ərazisində 2044-cü ilə kimi qalmasına icazə verib.
Bu kimi faktların sayını artırmaq da mümkündür. Ancaq sadalananlar da Ermənistanın Rusiyadan hansı səviyyədə asılı olduğu barədə konkret təsəvvür yaradır. Lakin Ermənistanın, necə deyərlər, çörəyi dizinin üstündədir. Nikol Paşinyan iqtidarının ölkənin Rusiya ilə tarixi yaxınlıq münasibətlərini sırf hakimiyyət maraqlarına qurban vermək istəyi ortadadır. Bu ölkə şimal qonşumuzun üzləşdiyi çətinlikləri ondan qopmaq üçün fürsət kimi dəyərləndirərək Qərbə intensiv inteqrasiya xəttini özünün əsas prioriteti kimi bəyan edib. Nikol Paşinyan iqtidarının bu sürüşkənliyi Cənubi Qafqazda Rusiyanın mövqelərini zəiflətməyə çalışan Qərbin maraqları ilə üst-üstə düşür və rəğbətlə qarşılanır.
Hazırda Ermənistanın siyasi mənzərəsi də məhz bu iki cəbhədən gələn sifarişlər əsasında formalaşır. Ermənistanın Qarabağ siyasətinin iflasa uğraması, 44 günlük müharibəni uduzması fonunda ölkədəki Rusiyaya bağlı qüvvələr daha üstün mövqedə görünürlər. Ancaq Nikol Pakinyan müharibədən sonrakı iki il yarımda müxtəlif manevrlər etməklə, o cümlədən də acınacaqlı məğlubiyyətin məsuliyyətini ondan əvvəlki iqtidar komandalarının üzərinə atmaqla öz hakimiyyətini qorumağa nail olub. Son günlərdə baş verənlər isə onun komandası üçün “X” gününün yaxınlaşdığı ehtimallarını əhəmiyyətli dərəcədə gücləndirib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

