Seçki dairələrinin yeni təsnifatı
23.09.2023 [10:25]
Fəzail Ağamalı: MSK-nın qərarı mahiyyət etibarı ilə seçki və ya referenduma hazırlıq prosesi kimi dəyərləndirilməməlidir
Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyası (MSK) Seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərarda bildirilir ki, seçicilərin sayının artım dinamikasının təhlilinə əsasən hazırda seçki dairələrində orta təmsilçilik normasının Seçki Məcəlləsinin 29.1-ci və 29.3-cü maddələrinə uyğun tənzimlənməsinə zərurət yarandığından seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi üçün hüquqi əsaslar yaranıb. Bununla əlaqədar Seçki Məcəlləsinin 29.3-cü, 29.4-cü, 29.7-ci və 46-cı maddələrinin tələblərinin təmin edilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiya qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə hazırlanmış seçki dairələrinin sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi ilə bağlı təkliflərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Mərkəzi Seçki Komissiyası isə öz növbəsində Seçki Məcəlləsinin 19.4-cü, 28.4-cü, 29-cu və 46-cı maddələrinə uyğun olaraq seçki dairələrinin yaradılması sxeminin və onun qrafik təsvirinn yenidən təsdiq edilməsi, dairələrin siyahısının dərc olunması haqqında qərar verib. Qeyd edək ki, MSK-nın son iclasında qurumun sədr müavini Rövzət Qasımov da bildirib ki, Seçki Məcəlləsinə əsasən, seçki dairələri ölkə üzrə seçicilərin sayının 125-ə bölünməsi yolu ilə formalaşdırılır. Bu məqam nəzərə alınaraq dövrü olaraq yeni seçki məntəqələri yaradılır: “Bu ilin mayından seçki dairələri üzrə seçicilərin orta təmsilçilik normasının yenidən müəyyənləşdirilməsinə ehtiyac yaranıb”.
Məzahir Pənahov isə nəzərə çatdırıb ki, seçicilərin orta təmsilçilik norması 41 mindən 50 minə qədər artdığı üçün seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsinə ehtiyac var. MSK sədri bildirib ki, əsasən Bakı, Sumqayıt və Abşeronda seçici sayı çox olduğundan yeni seçki dairələri yaradılır. MSK sədri qeyd edib ki, növbəti mərhələdə dairə seçki komissiyaları yenidən formalaşdırılacaq.
Bu kimi yenilənmələr isə bəzi hallarda fərqli motivlərlə izah edilir. Məsələn, seçki dairələri ilə bağlı bu kimi qərarlar bəzi hallarda yeni seçkiyə və ya referenduma hazırlıq kimi “dəyərləndirilir”.
Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı seçki dairələri ilə bağlı yeni qərarın kifayət qədər hüquqi əsaslara malik olduğunu diqqətə çatdırıb. Deputatın fikrincə, Azərbaycanda seçki dairələri bu seçki dairələrindəki seçicilərin miqdarının səviyyəsinə uyğun olaraq müəyyənləşib. Ötən dövrdə isə Azərbaycan əhalisi kifayət qədər artıb. Əgər bir dairəyə 40 min seçici kvotası düşürdüsə, indiki halda bu rəqəm bəzən 60, bəzən hətta 70 və 80 min seçiciyə qədər dəyişir. Belə olan halda təsnifata uyğun olaraq seçki dairələrinin sayının artırılması da təbii hal kimi qəbul olunmalıdır: “İşğaldan azad edilmiş ərazilərimızdə formalaşan dairələrlə bağlı vəziyyət də nəzərə alınmalıdır. Bu dairələrin seçicilərinin müxtəlif yerlərdə məskunlaşması səbəbilə demək olar ki, ölkənin bütün coğrafiyası üzrə məntəqələri mövcuddur. Bu dairələrin sayında dəyişikliklərin edilməsi ilə bağlı addımlar da məntiqli ola bilər. Çünki həmin regionlarda qeydiy yatda olan insanların da sayı artıb”.
F.Ağamalı MSK-nın bu kimi qərarlarını mahiyyət etibarı ilə seçki və ya referenduma hazırlıq prosesi kimi dəyərləndirilməsini doğru saymayıb. Eyni zamanda, seçki dairələrinin artırılmasının deputat sayının da artmasına yol aça biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bunun üçün qanunvericiliyə uyğun xətt seçilməlidir. Yəni, referendum keçirilməli və müvafiq qanunvericiliklərdə dəyişikliklər edilməlidir. “İndiki halda Azərbaycanda 125 seçki dairəsi var və hər dairələrin hərəsindən bir deputat seçilir. Qarşıdakı dövrdə artan seçki dairələrinə uyğun olaraq bu məsələ tənzimlənə bilər”, - deyən partiya sədri qarışıq seçki sistemi ilə bağlı da fikirlərini bölüşüb. O qeyd edib ki, təmsil etdiyi partiya qarışıq seçki sistemindən istifadəyə müsbət yanaşır və bununla bağlı təkliflərini də səsləndirib: “Qarışıq seçki sisteminin hər birinin ayrı-ayrılıqda özünün müəyyən üstünlükləri var. Hazırda majoritar seçki sistemi tətbiq olunur və bura proporsional seçki sistemi də əlavə edilə bilər. Ölkə Prezidentinin həyata keçirdiyi siyasi islahatlar, yeni siyasi konfiqurasiyanın formalaşdırılması, Azərbaycanın müasir inkişaf səviyyəsinə və müasir çağırışlara uyğun siyasi partiyalar haqqında yeni qanunun qəbulu mühüm hədəflər müəyyənləşdirir. Artıq bəlli miqdarda siyasi partiya yenidən qeydiyyata alınıb. Eyni zamanda, son dövrlərdə ölkəmizdə baş verən proseslərə nəzər salmaq olar - sentyabrın 20-də separatçı xunta rejiminin fəaliyyətinə son qoyulmasının ardından Azərbaycanda yeni bir situasiya formalaşıb. Beləliklə, Azərbaycan yeni inkişaf mərhələsinə, yeni bir dövrə qədəm qoyur. Bu isə öz növbəsində siyasi partiyaların həyat və fəaliyyətində də özünü əks etdirməlidir. Fikrimcə, proporsional seçki sistemi də faydalı ola bilər. Təbii ki, belə bir qərar referendumla verilə bilər və bunun üçün müvafiq prosedurlar mövcuddur”.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

