/ / İlin yekunlarına görə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub
İlin yekunlarına görə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub
30.12.2011 [13:41]
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dünən 2011-cu ilin yekunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, mətbuat rəhbərləri və ziyalılar iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli deyib ki, 3 il bundan öncə yaradılmış qurum ötən müddətdə ayrı-ayrı qəzetlərin və informasiya agentliklərinin maliyyə durumunu yaxşılaşdırmaq, jurnalistlərin sosial problemlərini həll etmək istiqamətində bir sıra uğurlu layihələr həyata keçirib.
Vurğulanıb ki, Fondun Müşahidə Şurası dekabrın 28-də keçirilmiş iclasında qurumun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə noyabrın 19-dan dekabrın 20-dək keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb. Müsabiqəyə 10 istiqamət üzrə təqdim olunan 76 yazıdan hər istiqamət üzrə ən yüksək bal toplamış iki yazı qalib hesab edilib.
V.Səfərli bildirib ki, bu gün, həmçinin, Fondun Nərimanov rayon İcra Hakimiyyəti ilə birgə 2011-ci il noyabrın 29-dan dekabrın 24-dək keçirdiyi müsabiqənin qalibləri də mükafatlandırılacaqlar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirin iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, deyib ki, son illərdə bayram ərəfəsində bir araya gəlməyimizin ənənəyə çevrilməsi çox yaxşı haldır: “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərdiyi 3 il ərzində jurnalist həmrəyliyinin yaranmasında, jurnalistlərimizin bir araya gəlməsində, öz yaradıcılıq uğurlarını bir-biri ilə paylaşmasında, istedadlı media nümayəndələrinin mükafatlandırılmasında, mətbuatımıza maddi-mənəvi dəstək göstərilməsində və bütövlükdə jurnalist peşəkarlığının artırılmasında Azərbaycan Mətbuat Şurası ilə birlikdə çox işlər görmüşdür. Bu işləri dəyərləndirmək lazımdır”.
Əli Həsənov deyib ki, jurnalist əməyi çox fədakarlıq tələb edən bir əməkdir: “Jurnalist əməyi bütövlükdə özünü Azərbaycan cəmiyyətinin bu günündə, gələcəyində göstərir. Siyasətçilər tarixi yaradır, jurnalistlər isə onun salnaməsini yazır. Oxucular jurnalistlərin gözü ilə dünyaya baxır, planetdə baş verən hadisələrdən media mənsublarının informasiyalarından məlumat əldə edirlər. Ona görə də Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsini, media mənsublarına qayğını özünün başlıca vəzifəsi hesab edir. Bu siyasətin təməlini ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Azərbaycan jurnalistikasına qayğının, yaxşı münasibətin kökündə Ulu öndərimiz Heydər Əliyevin mətbuata münasibəti dayanmışdır.
Azərbaycan hökuməti mətbuatın inkişafını, onun problemlərinin həllini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Prezident İlham Əliyevin son səkkiz ildə jurnalistika ilə bağlı imzaladığı sərəncamlar da media mənsublarının həm maddi, həm mənəvi, həm də sosial problemlərinin həllinə, eləcə də Azərbaycan jurnalistlərinin dövlətə, vətənə, xalqa xidmət istiqamətində formalaşmasına böyük təkan vermişdir”.
Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, 2013-cü ilin avqustunda müstəqil Azərbaycanda jurnalistlər üçün tikilmiş ilk evlərin təqdimatı olacaq: “Həmin binalarda 154 jurnalist Azərbaycan dövləti tərəfindən mənzillə təmin olunacaqdır. Lakin bu son deyildir. Bu istiqamətdə işlər davam etdiriləcəkdir. Azərbaycan Prezidentinin mətbuatla bağlı atdığı hər bir addım, bütövlükdə cəmiyyətin, dövlət qurumlarının, məmurların, jurnalistlərə münasibətinə yaxşı mənada təsir edir. Düşünürük ki, dövlətimizin başçısının başladığı bu təşəbbüs gələcəkdə ayrı-ayrı qurumlarımız tərəfindən davam etdiriləcəkdir. Jurnalistlərə ümummilli qayğı siyasəti ölkəmizdə öz təsdiqini tapacaqdır”.
Yola saldığımız 2011-ci ilin ölkəmizin həyatında mühüm hadisələrlə yadda qalacağını vurğulayan Əli Həsənov deyib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, “Eurovision-2011” mahnı müsabiqəsində parlaq qələbəsi heç vaxt unudulmayan möhtəşəm hadisələrdir: “Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edəcəkdir. Bu, ölkəmizi daha geniş coğrafiyada tanıdacaqdır”.
Əli Həsənov cari ildə ölkəmizdə keçirilən beynəlxalq forumlardan, Azərbaycanın dünyada günbəgün artan nüfuzundan söz açıb və bu istiqamətdə görülmüş işlərdən danışıb. Şöbə müdiri qeyd edib ki, bizi qarşıdan mühüm hadisələr, mühüm uğurlar gözləyir: “Biz jurnalistlərsiz, azad sözsüz, azad mətbuatsız Azərbaycan cəmiyyətinin nə keçmişini, nə bu gününü, nə də gələcəyini təsəvvür etmirik. Biz siyasi plüralizmi olmayan cəmiyyətlərə normal cəmiyyətlər kimi baxmırıq”.
Sonda müsabiqənin qaliblərini təbrik edən Əli Həsənov onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə müsabiqə yazılarını qiymətləndirən ekspertlər heyəti adından çıxış edən Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli deyib ki, bütün yazılara obyektiv baxılıb və ən layiqliləri seçilib. C.Məmmədli vurğulayıb ki, son illər davamlı olaraq keçirilən bu müsabiqələr jurnalistlərin peşəkarlığının artmasına kömək edib.
Mərasim qalib jurnalistlərin mükafatlandırılması ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42

