Roma Statutu, yoxsa Rusiya ilə əlaqələr...
03.10.2023 [11:53]
Seçim İrəvana qalıb
Ötən ayın əvvəlində Ermənistan hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası layihəsini parlamentə göndərməsi ilə başlanan proses maraqlı məcraya yönəlməkdədir. Sentyabrın ilk günlərində məsələ ilə bağlı “cəsarətli” açıqlamalar verən erməni siyasətçiləri artıq yavaş-yavaş öz sözlərini danmağa, Rusiyaya “yalvarmağa” başlayıb. Hətta Ermənistan Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutu ilə bağlı ikitərəfli saziş imzalamağı belə təklif edib. Belə ki, Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan parlament komissiyasının iclasında, müvafiq qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək niyyəti ilə bağlı uzun aylar ərzində Rusiya tərəfi ilə danışıqlar aparılıb. “Ermənistanın təkflifinə əsasən, ?tatutla bağlı tərəflər bir-birlərinə ən narahatedici məsələlər üzrə zəmanət verməyi öhdələrinə götürürlər”, - deyə Kirakosyan bildirib. Ermənistan rəsmisi aprel ayında geri göndərilən təkliflə bağlı heç bir cavab alınmadığını vurğulayıb.
Qeyd edək ki, Ermənistan Roma Statutuna qoşulduqda BCM-in çıxardığı qərarlar ölkə tərəfindən də icra olunmalı olacaq. İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirib. Belə ki, BCM mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır. Xatırladaq ki, bu il martın 24-də Ermənistan Konstitusiya Məhkəməsinin (KM) sədri Arman Dilanyan bəyan etmişdi ki, rəhbərlik etdiyi qurum BCM-in Roma Statutu ilə təsbit edilmiş öhdəliklərini ölkənin əsas qanunlarına uyğun olaraq tanıyıb.
Rusiyanın reaksiyası sərtdir - ən mənfi nəticələr...
Rusiyanın Ermənistanın “təklifinə” budəfəki reaksiyası da əvvəlkilərdən fərqlənməyib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi yenidən Ermənistana xəbərdarlıq edib. Bildirilib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiya-Ermənistan arasında ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. “Ermənistan tərəfindən Roma Statutunun ratifikasiyası ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Moskva Ermənistan parlamentində statutla bağlı zərərli qərara möhür vurmayacaq qüvvələrin olacağına ümid edir”, deyə Rusiya XİN-dən verilən açıqlamada qeyd olunub.
O da vurğulanıb ki, İrəvan Rusiya tərəfinin sənədlə bağlı cavab təkliflərini nəzərə almayıb. “Ermənistanın Roma Statutunu ratifikasiya etməsindən sonra Rusiya rəhbərliyinin respublikaya səfərlərini təsəvvür etmək çətin olacaq”, - bildirilib.
Ermənistan sonuncu mərhələdə...
Göründüyü kimi, dünənə qədər özünü Rusiyanın “müttəfiqi” hesab edən Ermənistan Rusiya ilə “danışığa” sonuncu mərhələdə başlamaq niyyətini ortaya qoyub. Bu isə Rusiya üçün olduqca ciddi və həssas məsələdir. Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu 15 iyun 1998 - 17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur. 2016-cı ilin mart ayından etibarən 139 dövlət müqaviləni imzalasa da, cəmisi 124 dövlət bu müqaviləni təsdiqləyib ki, Ermənistan da son mərhələni adlamaqla 125-ci tamhüquqlu təsdiqçi ola bilər - təbii ki, bu da Rusiya ilə ikitərəfli əlaqələrin konkret olaraq dayandırılmasına belə yol aça bilər. Baş verənlər, perspektivdə gözlənilənlər isə Rusiya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Rusiya KİV-in məsələyə münasibəti isə birmənalıdır - hətta vaxtilə Ermənistanın dəstəkçisi qismində çıxış edən, Azərbaycana qarşı antikampaniyalar aparan KİV-lər, ekspertlər, siyasi şərhçilər və Duma deputatları belə bu acı reallığı etiraf etmək məcburiyyətində qalıblar - Ermənistanın Roma Statutunu qəbul etməsi, imzalaması ikitərəfli əlaqələrin bitməsi anlamına gəlir...
SADİQ
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

