Cənubi Qafqazda sülh istəməyənlər...
04.10.2023 [11:38]
İlqar Vəlizadə: Azərbaycana təzyiqlər olsa da, əsas məqsəd Rusiyanı regiondan çıxarmaqdır
Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildikdən sonra müəyyən beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli kampaniyaya başlayıblar. Həmin dairələr dövlətimizi “etnik təmizləmə”də ittiham etməyə çalışsalar da, konkret faktlar ortaya qoya bilmirlər. Çünki Qarabağın erməni sakinləri könüllü olaraq Ermənistana gedib. Azərbaycan dövləti onlara heç bir təzyiq göstərməyib, əksinə qanunlarımız çərçivəsində vətəndaşlıq verməyə hazır olduğunu bəyan edib.
Avropa Parlamentindən ənənəvi qərəz
“Etnik təmizləmə” iddiasının əsassız olması faktı Qarabağda monitorinq aparan BMT missiyasının məlumatında da qeyd olunur. Bununla belə, ermənipərəst dairələr qarayaxma kampaniyasını aparmaqda davam edirlər. Ötən gün Avropa Parlamentdə aparılan müzakirələr, eləcə də Fransa parlamentində Azərbaycanla dostluq qrupunun ləğv edilməsi və bir qrup ABŞ konqresmeninin Prezident Baydenə müraciəti də bu qəbildəndir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, Avropa Parlamenti dəfələrlə ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edib. Onun sözlərinə görə, bu kampaniya Qranada şəhərində Azərbaycan və Ermənistan liderlərinin nəzərdə tutulan görüşü ərəfəsində məqsədli olaraq təşkil edilib: “Bu dairələr istəmirlər ki, Cənubi Qafqazda sülh olsun. Münaqişə və ziddiyyətlər regional gündəmə müdaxilə etmək və onun gedişatına təsir etmək imkanı yaradır. Erməni lobbisi üçün bu, həm də öz mövcudluğuna haqq qazandırmaq üçün bir fürsətdir. Belə olmasaydı, Qarabağdakı proseslər niyə onları narahat edir? Avropanın ermənipərəst dairələri məqsədli şəkildə çalışırlar ki, sülh gündəmi pozulsun. İstəyirlər ki, Azərbaycana qarşı maksimum təzyiqlər göstərilsin”.
Politoloq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin “Euronews” telekanalına müsahibəsinin açıq şəkildə Azərbaycanın haqlı mövqeyinə zidd olduğunu deyib: “Mişelin sözlərindən belə çıxır ki, antiterror tədbirlərimiz zamanı Rusiya sülhməramlıları Azərbaycan ordusuna qarşı vuruşub, erməni separatçıları müdafiə etməliydilər. Artıq bunu açıq deyirlər. Qranadada gözlənilən görüş ərəfəsində bu çox qərəzli yanaşmadır. Bu vasitəçilikdən biz nə gözləyə bilərik? Əslində, bütün bunların hamısı Rusiyaya qarşı hesablanıb. Məqsəd odur ki, Ermənistanda anti-Rusiya kursu daha da möhkəmləndirilsin. Ermənistana göstərmək istəyirlər ki, Rusiya sizi müdafiə etmir”.
Fransa parlamentinin “dostluğu” formal idi
Fransa parlamentinin Azərbaycanla dostluq qrupunu ləğv etməsinə gəlincə, İ.Vəlizadə hesab edir ki, belə bir qrupun olması bir “nonses” idi. Çünki Fransa parlamenti dəfələrlə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib, hətta Qarabağda qondarma rejimin tanınması üçün hökumətə müraciət edib. Belə bir qrup onsuz da formal xarakter daşıyırdı. Ona görə də, Azərbaycan parlamenti tərəfindən də analoji addımın atılması düzgündür. Biz burada heç nə itirmirik.
ABŞ-ın bəzi konqresmenlərinin məqsədi nədir?
Qeyd edək ki, oktyabrın 2-də ABŞ Konqresinin 75 üzvü prezident Co Baydenə müraciət ediblər. Həmin konqresmenlər ABŞ prezidentini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, Bakıya hərbi yardımı dayandırmağa, Qarabağdan “məcburi köçmüş” əhaliyə humanitar yardım göstərməyə və Laçın dəhlizində beynəlxalq müşahidəçilər yerləşdirməyə çağırıb. Konqres üzvlərinin ABŞ prezidenti Co Baydenə ünvanladığı məktubun təşəbbüskarları Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi və konqresmen Anna Eşudur. Bununla bağlı politoloq İlqar Vəlizadə deyib ki, bu, qeyri-obyektiv və ədalətsiz yanaşmasıdır. Onun sözlərinə görə, həmin konqresmenlər N.Paşinyanın anti-Rusiya kursuna dəstək verirlər: “Bu müraciətin Ermənistan parlamentinin Roma Statutunun ratifikasiyası ərəfəsində edilməsi təsadüfi deyil. Belə görüntü yaradılır ki, bu addım Azərbayacana qarşı yönəlib. Amma burada əsas hədəf Rusiyadır. ABŞ da istəyir ki, Rusiya Cənubi Qafqazdan çıxsın. Sadəcə, bunun üçün “Qarabağ erməniləri” kartından istifadə edirlər. Təbii ki, prosesdə Azərbaycana təzyiqlər var. Amma bunun arxasında daha böyük oyunlar oynanılır. Bu da Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılmasıdır. Azərbaycanda Rusiyanın hərbi bazası yoxdur, Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingenti isə 2025-ci ildə ərazini tərk edəcəklər. Amma Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur, sərhədçilər var. Görünən odur ki, 1988-ci ildə baş verənləri təkrarlamaq istəyirlər. O vaxt SSRİ-nin dağılması üçün Qarabağ münaqişəsini başlatdılar. İndi də Rusiyanın Qafqazdan çıxarılması üçün planlar mövcuddur”.
Politoloqun fikrincə, ümumi mənzərə bundan xəbər verir ki, Ermənistan regionda geosiyasi oyunlar aparmaq üçün əvvəllər Rusiyanın alətinə çevrilmişdi, indi isə Qərbin, xüsusilə Fransanın alətinə çevrilib: “Burada Rusiya Ermənistanda Fransa, ABŞ kimi ölkələrlə rəqabətə girərək nüfuz davası aparır. Nəticədə regionumuzda vəziyyət qarışır. Yenə də, bu məntiqə gəlib çıxırıq ki, bölgədə sabitliyin pozulmasına səbəb olan Ermənistandır. Bu, həmişə belə olub və indi də davam edir. Tarix yenə də təkrar olunur, Ermənistan yenə də həmin rolu oynayır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

