Paris Nigeri İrəvanla əvəzləyir?
05.10.2023 [10:30]
Fransanın Ermənistanı silahlandırmaq istəyi bu məqsədə xidmət edir
Fransa Ermənistanı silahlandırmağa hazırlaşır. Bu ölkənin Avropa və xarici işlər naziri Katrin Kolonna İrəvana səfəri zamanı belə bir məqsədlərini açıqlayıb. Onun sözlərinə görə, Fransa gələcəkdə Ermənistana hərbi texnika verilməsini nəzərdə tutan saziş imzalamağa razılaşıb. Amma hazırda bu məsələ üzərində detallı dayanmamağı məqsəduyğun hesab edib. Kolonnanın sözlərinə görə, Fransa Gorusa fəxri konsul təyin edib və bununla Fransanın bu vacib regionda, Sünik (Zəngəzur) vilayətində mövcudluğu möhkəmləndiriləcək.
Kolonnanın Aİ missiyasını genişləndirmək arzusu
O qeyd edib ki, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrelə rəsmi məktub göndərərək Ermənistandakı müşahidə missiyasını və onun mandatını genişləndirməyi gücləndirməyi xahiş edib: “Məqsəd Ermənistandakı mövcud Aİ missiyasını bu ölkə üçün daha faydalı etməkdir. Həmçinin, Ermənistanı Avropa sülh mexanizminə daxil etməyi təklif etdim”, - deyən Kolonna iddia edib ki, Ermənistanın ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox aydın və sərt cavab veriləcək.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə Katrin Kolonnanın ölkəmizə qarşı səsləndirdiyi əsassız iddiaları pisləyib. Bu barədə nazirlikdən bildirilib ki, 30 ilə yaxın müddətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri və kütləvi qırğınlar törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın indi heç bir əsas olmadan və BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatların səsləndirdiyi mövqeyə tamamilə zidd olaraq bölgədən könüllü əsasda getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
XİN: QƏBULEDİLMƏZDİR!
Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır. Bu xüsusda, Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazilərinin 20%-ə yaxın hissəsini işğal altında saxlamasına, 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycan tərəfindən həyata keçirilmiş antiterror tədbirlərinə qədər ərazilərimizdən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə maneə və bölgədə əsl təhdid olduğuna diqqət çəkmək istərdik.
Vurğulanıb ki, Fransanın hər zaman Ermənistana dəstək verdiyinin, BMT Təhlükəsizlik Şurasının iclaslarının təşəbbüskarının Fransanın olduğunun bildirilməsi rəsmi Parisin son 30 ilə yaxın dönəmdə səsləndirdiyi bitərəf və neytral vasitəçi iddialarının tamamilə əsassız olduğunu növbəti dəfə sübut edib. Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Ermənistanın baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, Fransa nazirinin Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırması saxtakarlıq olmaqla yanaşı, Parisin bölgədəki səriştəsiz siyasətini iflasa apardığını nümayiş etdirir.
Cənubi Qafqazda yeni müharibə planı
Beləliklə, Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda yenidən müharibə alovlandırmaq məqsədi güdür. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu ölkəsinin Ermənistanın müdafiə ehtiyaclarını öyrəndiyini bildirib. Bununla əlaqədar Fransa hərbi attaşelərinin İrəvanda danışıqlar apardıqları da rəsmi olaraq təsdiqlənib. Bəs Fransa Ermənistanın hansı hərbi ehtiyaclarını qarşılamaq fikrindədir? Aydın məsələdir ki, Fransa NATO ölkəsidir və Paris NATO ordusunda istifadə olunan silahlarla Ermənistanı təhciz edə bilməz. Lakin Fransa əvəzində özünün istehsalı olan silahlarla Ermənistanın müdafiə ehtiyaclarını təmin edə bilər. Bunun ardından fransızların başqa hədəfləri də var. Onlar əgər Zəngəzur dəhlizi açılarsa, orada iştirak etmək, onun təhlükəsizliyinin təminində “tərəf” olmaq niyyətindədir. Qafanda konsulluq açmaq niyyəti də buradan qaynaqlanır. Digər tərəfdən, Fransanın Afrikada neokolonializm siyasətinin iflasa uğraması Parisi müəyyən yerdəyişməyə sövq edir. Bu baxımdan, yəqin ki, Fransa Nigeri Ermənistanla əvəzləmək istəyir. Bütün hallarda, Fransanın Cənubi Qafqaz regionu üçün təxribatçı planları qəbuledilməzdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

